Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin və Makron Qarabağla bağlı “yeni təşəbbüslər” deyərkən, nə demək istəyirlər?

Rusiyanın Dağlıq Qarabağda Fransa ilə bərabər hərəkət etməsi bölgəyə nə vəd edir?..

Politoloq: “Biz Putin və Makron arasında telefon danışığından sonra iki istiqamətdə xəbərlərin şahidi olduq. Kreml sadəcə olaraq prezidentlərin Qarabağ haqqında danışdıqlarını və üçtərəfli bəyanatın reallaşması ilə bağlı pozitiv fikirlər olduğunu bildirdi. Bunun əksi olaraq isə Paris ikibaşlı mətni yazdı”.

“Makronun ümumiyyətlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında, münaqişənin post-müharinə dövründəki konturlarının cızılmasında iştirakına mənəvi haqqı yoxdur. Çünki o müharibə vaxtı kifayət qədər ədəbsiz və ədalətsiz mövqe nümayiş etdirirdi”.

Bu sözləri politoloq Zaur Məmmədov dünən Rusiya və Fransa prezidentləri arasında olan telefon danışığında Qarabağ münaqişəsinə toxunulmasını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Kremlin yaydığı məlumata görə, telefon danışığı zamanı tərəflər Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər:

“Vəziyyətin sabit olduğu, RusiyaAzərbaycan Prezidentlərinin və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Dağlıq Qarabağla bağlı bəyanatlarının icrası ilə bağlı işlərin planauyğun davam etdirildiyi məmnuniyyətlə qeyd edilib.

ATƏT-in Minsk qrupu da daxil olmaqla, Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektləri üzrə əməkdaşlıq etməyə qarşılıqlı hazırlıq ifadə edilib”.

Paris tərəfinin yaydığı açıqlamada isə bildirilir ki, Makron və Putin yaxın zamanlarda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində “yeni təşəbbüslər” hazırlayacaqlar.

Fransa və Rusiya prezidentləri Dağlıq Qarabağ problemi və “yeni təşəbbüslər” deyərkən nə demək istəyirlər? Ümumiyyətlə bu təşəbbüsün uğurlu ola biləcəyi mümkün görünürmü və Rusiyanın Dağlıq Qarabağda Fransa ilə bərabər hərəkət etməsi bölgəyə nə vəd edir?

Rusiya və Fransa prezidentlərinin Qarabağı müzakirə etmələrini PİA.az-ın əməkdaşı Bakı Politoloq Klubunun sədri, politoloq Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Yaxşı olardı ki, Rusiya da bu məsələlərdə ikibaşlı oyun oynamasın”.

Onların bölgədə erməni məsələsi adı altında Qarabağdakı separatçılar vasitəsi öz maraqlarını həyata keçirmək istədiklərini bildirə politoloq əlavə edib ki, bu maraq da 20-30 ilin marağı deyil. Bu yüz illərin marağıdır:

“Biz Putin və Makron arasında telefon danışığından sonra iki istiqamətdə xəbərlərin şahidi olduq. Kreml sadəcə olaraq prezidentlərin Qarabağ haqqında danışdıqlarını və üçtərəfli bəyanatın reallaşması ilə bağlı pozitiv fikirlər olduğunu bildirdi. Bunun əksi olaraq isə Paris ikibaşlı mətni yazdı. Erməni saytlarına və fransız nəşrlərinə istinad etsək görərik ki, Makron və Putin Qarabağla bağlı Azərbaycana, Ermənistana təkliflər üzərində işləyirlər. Yaxın vaxtlarda da həmin təkliflər tərəflərə təqdim ediləcək.

Əgər bu doğrudan da belədirsə, bu reallığa uyğun olmayan addım ola bilər. Çünki cənab prezident İlham Əliyev bir neçə dəfə qeyd edib ki, artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Bu münaqişə tarixdə qaldı və gələcəyə baxmaq lazımdır. Amma təəssüflər olsun ki, biz bir çoxlarının hələ də münaqişə ərtafında dialoqun davam edilməsi zərurəti haqqında çıxışlarını eşidirik. Məsələn aprelin əvvəllərində Minsk qrupu AzərbaycanErmənistan arasında dialoq, həmçinin Kasperşik institutu ilə bağlı sərsəm bəyanat vermişdi. Bu günlərdə Fransanın müxtəlif siyasətçiləri də Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı tamamilə qırmızı cizgini keçən bəyanatlar vermirdi.

Zaur Məmmədov: “Artıq münaqişə olmadığı üçün hər kəs bölgədəki gələcək sülh əməkdaşlığına baxsa, daha yaxşı olar”.

Söhbət ondan gedir ki, Makronun ümumiyyətlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında, münaqişənin post-müharinə dövründəki konturlarının cızılmasında iştirakına mənəvi haqqı yoxdur. Çünki o müharibə vaxtı kifayət qədər ədəbsiz və ədalətsiz mövqe nümayiş etdirirdi. Azərbaycan ictimaiyyəti təbii ki, belə bir şəxsin münaqişəsinin həllində iştirakına hər zaman qarşı olacaq. Yaxşı olardı ki, Rusiya da bu məsələlərdə ikibaşlı oyun oynamasın.

Artıq münaqişə olmadığı üçün hər kəs bölgədəki gələcək sülh əməkdaşlığına baxsa, daha yaxşı olar. Biz başa düşürük ki, onlar bölgədə erməni məsələsi adı altında Qarabağdakı separatçılar vasitəsi öz maraqlarını həyata keçirmək istəyirlər. Bu maraq da 20-30 ilin marağı deyil. Bu yüz illərin marağıdır. Lakin onlar yeni reallıqla barışsalar, bu onlar üçün daha yaxşı ola bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket: Putin-Makron


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar