Çərşənbə axşamı, 03 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Putin və ABŞ prezidentləri - 20 illik gərgin münasibətlər...

Rusiya Prezidenti Vladimir Putin 1999-cu ilin sonunda hakimiyyətə gəldiyi gündən bəri görüşdüyü 5 ABŞ prezidenti ilə gərgin münasibətlər qurub...

“Şarkul Avsat” qəzeti, 15 iyun 2021-ci il

16 iyunda ABŞ prezidenti Co Bayden ilə ilk dəfə görüşən Rusiya Prezidenti Vladimir Putin 1999-cu ilin sonunda hakimiyyətə gəldiyi gündən bəri görüşdüyü 5 ABŞ prezidenti ilə gərgin münasibətlər qurub. Fransız Xəbər Agentliyinin (AFP) verdiyi məlumata görə, Co Bayden yanvar ayında Ağ Evdə vəzifəyə başladığından bəri rusiyalı həmkarına qarşı olduqca sərt davranıb.

NATO-nun şərqə doğru genişlənmə planlarına baxmayaraq, Boris Yeltsin ilə ABŞ-lı həmkarı Bill Klinton arasında münasibətlər yaxşı idi. Lakin Kosovo müharibəsi “Soyuq müharibə”dən sonra qurulan münasibətləri korladı. Yeltsin 31 dekabr 1999-cu ildə istefa etdikdən sonra, Vaşinqton onun varisi Vladimir Putinə şübhə ilə yanaşdı. ABŞ dövlət katibi Madelen Olbrayt 2 yanvarda Putinin olduqca çətin və qətiyyətli bir adam olduğunu qeyd edib və: “Onun hərəkətlərini çox diqqətlə izləməli olacağıq”, deyə əlavə edib.

2000-ci ilin iyun ayında keçirilmiş ilk Klinton-Putin sammitində ABŞ prezidenti açıq şəkildə azadlıqları və qanunun aliliyini qoruyaraq çiçəklənən və güclü bir Rusiya qurmaq qabiliyyətinə görə Rusiya prezidentinə təriflər yağdırmışdı.

16 iyun 2001-ci ildə ilk görüşlərin sonunda isə Corc W. Buş Rusiya prezidentinin gözlərinə baxdığını və onun ruhunu anlaya biləcəyini söyləmişdi. Buş, həmçinin: “O, ölkəsinə dərindən bağlı bir insandır. Mən onu böyük bir lider kimi görürəm”, demişdi.

11 sentyabr 2001-ci il terror hücumundan sonra ikinci Çeçenistan müharibəsinə başlayan Vladimir Putin “terrorla mübarizədə” prezident Buşla həmrəy olduğunu bildirdi. Lakin bu barışıq çox çəkmədi. 2001-ci ilin dekabrından Vaşinqton Şərqi Avropada raket əleyhinə qalxan yaratmaq üçün 1972-ci ildə imzalanmış Anti-ballistik Raket Müqaviləsindən çıxdı. Bu addım isə Moskva tərəfindən pislənildi.

Eyni zamanda, 2003-cü ildə Moskva ABŞ-ın İraqa təcavüzünü və 1 il sonra Vaşinqtonun Ukraynadakı “Narıncı İnqilab” üzərindəki təsirini pislədi.

2009-cu ildə prezident Barak Obama münasibətləri canlandırmaq prinsipini tətbiq etdi. Bir il əvvəl Putin baş nazir olmuş və onun etibarlı adamı Dmitri Medvedev prezidentliyi qəbul etmişdi. 2009-cu ilin iyulunda Rusiyaya ilk səfərindən əvvəl prezident Obama Putinin işləri bir tərəfdən köhnə, bir tərəfdən də yeni üsullarla idarə etdiyini bildirdi. Moskvada isə “Mənim üçün vacib olan birbaşa həmkarımla işləməkdir”, dedi.

2010-cu ildə yeni nüvə silahsızlaşdırma müqaviləsinin imzalanması da daxil olmaqla, bəzi uğurlara baxmayaraq, iki ölkə arasında bir sıra cəhdlər uğursuz oldu. Rusiya 2013-cü ilin avqust ayında Eduard Snoudenə sığınacaq verdi. Bir neçə gün sonra Obama “Soyuq müharibə düşüncəsinə” qayıtdığı üçün Putinlə zirvə görüşünü ləğv etdiyini bildirdi.

Rusiyanın Krımı birləşdirməsi və Moskvaya iqtisadi sanksiyalar tətbiq etməsi ilə başlayan 2014-cü il Ukrayna böhranı və daha sonra Rusiyanın 2015-ci ildə Suriyaya müdaxiləsi ikitərəfli münasibətləri daha da gərginləşdirdi.

Daha sonra ABŞ prezidenti Donald Tramp Rusiya ilə yaxşı münasibətlərə qayıdacağına söz verdi. Hakimiyyəti ələ aldıqdan sonra Trampın səlahiyyət müddəti də Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ittihamları ilə korlandı. 2018-ci ilin iyul ayında Putinlə keçirdiyi mətbuat konfransında Tramp Rusiya prezidentinin açıqlamalarına FTB nəticələrindən daha çox etibar etdiyini bildirdi: “Prezident Putin bir az əvvəl Rusiyanın bununla heç bir əlaqəsi olmadığını söylədi”.

Tramp 2020-ci ilin sentyabr ayında apardığı seçki kampaniyasındakı çıxışında: “Mən Putini, həqiqətən sevirəm və o da məni sevir. Münasibətimiz çox yaxşıdır”, deyə qeyd etmişdi.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Putin ABŞ Rusiya

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Bu şəxslərə "valerian" dərmanı olmaz - Tromb, insult yaradar

“Məcburiyyət halına gətirilən vaksinləşmə insanlara qarşı terrordur” - Hüquqşünasdan ilginc açıqlama...

Hüquqşünasla baş redaktor arasında qalmaqal: "Maliyyən haradan gəlir?"

Bakıda görünməyən gecə həyatı: Ərəb turistlər, klub qadınları, qəlyan - Video

Qarabağ qazisi icra başçısı tərəfindən təhdid edilir - Foto

Eldəniz Səlimov Milli Məclisin iclasından dərhal sonra həbs ediləcək - İddia

Nazirliklərdəki kütləvi gəncləşdirmənin fəsadları... 

Köçəryanın gəlini Qarabağa istirahətə gəlib - Foto

Ən çox oxunanalar