Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Ukraynanı işğal etsə, Qərb buna necə cavab verəcək?

Aydındır ki, Putin özünü küncə sıxıb, Amerika prezidenti isə öz reputasiyasını riskə atıb. Bununla onlar riskin dəyərini artırdılar və indi geri çəkilməkdən başqa çarələri yoxdur...

Ahmed Mahmud Ucac
“Şarkul Avsat” qəzeti, 6 dekabr 2021-ci il

Bu gün Rusiyanı anlamaq istəyən hər kəs təkcə tarixi nəzərdən keçirməməli, həm də Putinin şəxsiyyətini və Rusiyanın dünyadakı mövqeyini araşdırmalıdır. Putin Sovet İttifaqının dağılmasını “XX əsrin ən böyük geostrateji fəlakəti” hesab edir. Bu, o deməkdir ki, o, beynəlxalq münasibətlərdə balanssızlıq olduğunu və strateji tarazlığı bərpa etməli olduğunu düşünür. Onun fikrincə, buna nail olmaq üçün iki addım önəmlidir: Rusiyanın fövqəl gücünü qurmaq və xaos elementindən istifadə etmək.

Birinci komponentin həyata keçirilməsi çox çəkmədi, çünki Rusiya neftlə zəngin bir ölkədir. Neft gəlirləri hərbi mexanizmin yenilənməsinə, iqtisadiyyatın dirçəldilməsinə və genişlənməsinə, sosial təminatın təşkilinə yönəldilib. Hakimiyyət quruculuğunun birinci mərhələsində şüar Qərblə sülh içində yaşamaq və demokratiyaya sadiqlik idi. İkinci mərhələ isə xaos səpmək və məhsul yığmaq oldu.

Ətrafında düşmən ölkə olduğu müddətdə Rusiya özünü heç vaxt təhlükəsiz hiss etmir. Bu səbəbdən də “yaxın mühit” nəzəriyyəsinin tətbiq edilməli olduğunu düşünən Putin NATO və ya Avropa Birliyinə sadiq qonşu dövlətlərin mövcudluğunu inkar edir. Bu nəzəriyyə Sovet İttifaqının dağılmasından istifadə edən və şərqə doğru genişlənməyə başlayan NATO ilə Rusiya arasında uzun müddət mübahisəyə səbəb oldu. NATO-nun genişlənməsi Putin üçün həyəcan təbili idi və o, bunu NATO-nun Sovet lideri Qorbaçova şərqə doğru genişlənməmək vədinin pozulması kimi qiymətləndirdi. Lakin amerikalılar və avropalılar bu sözün mövcudluğunu qəbul etmirdilər və etməməkdəirlər.

Çeçenistan Qərbin yuxarıda qeyd etdiyimiz çevrəsindən kiçik parçalar qopararaq Qərbin genişlənmə siyasətinə qarşı mübarizədə Putinin ilk addımının hədəfi oldu. Putin ilk olaraq Rusiyadan müstəqillik tələb edənləri darmadağın etdi, onlara qarşı hər cür silahdan və üsullardan istifadə etməkdən çəkinmədi və o, Çeçenistanı zorla rus qəfəsinə qaytardı. Sonra Aİ və NATO-ya daxil olmaq istəyən Gürcüstana üz tutdu. Dövrün Gürcüstan prezidenti ABŞAvropanın yanında olacağını düşünsə də, səhvini çox gec anladı. Putin Rusiyanın dominantlıq etdiyi Osetiya və Abxaziya bölgələri vasitəsilə Gürcüstanda xaos elementini böyütdü. Gürcüstan hökuməti ayrılma tələbi ilə çıxış edən üsyançıları yatırmağa çalışarkən, Putin öz qüvvələrini göndərərək bu bölgələri işğal etdi. Onun paytaxt Tiflisi işğal etməsi üçün heç bir probləm də yox idi, lakin o, paytaxta doğru irəliləmədi, əksinə, iki regionun müstəqilliyini təmin etmək üçün amerikalılar və avropalılarla danışıqlar apardı və nəticədə Gürcüstan müharibəni uduzdu. Bununla da Putin qonşu ölkələr arasında gürcü modelini yamsılamaq istəyənləri qorxutdu. Bu hədə-qorxunun məzmunu ondan ibarət idi ki, NATO Gürcüstanda və ya başqa yerlərdə nüvə müharibəsinə çevrilə biləcək ərazilər uğrunda müharibəyə girməyəcək.

Lakin Ukrayna yenə də bundan dərs almadı, əksinə xalq səfərbər oldu və Aİ və NATO-ya üzv olmağı tələb etdi. Sonra nümayişlər, “Narıncı İnqilab” və nəticədə KiyevMoskva ilə böyük fikir ayrılığı baş verdi. Putin növbəti dəfə ölkə daxilində xaos elementini təhrik etmək üsuluna əl atdı. Ukraynanın şərqində və Krımda moskvayönlü separatçılar ayağa qalxaraq Ukraynadan müstəqillik tələb ediblər. Ukrayna hökuməti müdaxilə etmək istədikdə Putin hərbi güc elementindən istifadə edərək ondan daha sürətli hərəkət etdi. Amma bu dəfə rus əsgərləri öz formalarını yox, Krımda və Ukraynada üsyan edən milislərin geyimində idilər.

Sonra Putin Krımı ilhaq etdi və Ukraynada vətəndaş müharibəsinə səbəb oldu. Fransa, Almaniya və ABŞ-ın himayəsi ilə imzalanmış ”Minsk razılaşması” da bu müharibənin bəhrəsidir.
Bu razılaşma Putinə istədiyi sabitliyi təmin etmədi, əksinə, məqsədlərinə çatmasına mane oldu. Müqavilə vətəndaş müharibəsini bitirmədiyinə görə, yalnız Ukrayna hökumətinə nəfəs almaq və yenidən qruplaşmaq imkanı verdi. Ukrayna Avropa, ABŞErmənistanla müharibədə effektivliyini sübut edən pilotsuz təyyarələr vasitəsilə Türkiyənin dəstəyi ilə də öz gücünü bərpa etdi.

İndi Putin özünü təhlükədə hiss edir, çünki Ukrayna Aİ ilə ticarət tərəfdaşlığı sazişləri imzalayıb. Onun silahlı qüvvələri NATO tərəfindən hazırlanır və Aİ-yə üzvlük iddiasındadır. Ukrayna prezidenti də Moskva ilə danışıqlara həvəsli deyil. O, hesab edir ki, Putin danışıqları yox, ölkəsinin təslim olmasını istəyir. Putin, həmçinin hesab edir ki, ABŞAvropanın Ukraynanı NATO-ya daxil etməyəcəyini bəyan etmələrinə baxmayaraq, onlar təlimçilər, məsləhətçilər və qabaqcıl silah daşıyıcıları vasitəsilə Ukrayna torpaqlarında qalmağa gedirlər və bununla da yaxın çevrə nəzəriyyəsinə zərbə vururlar.

Eyni şəkildə, o, Avropanın Belarusa doğru hərəkətini mühasirə kimi görür. AvropaABŞ sanksiyaları ona çox təsir etməsə də, bunu ”Minsk razılaşması”nın ruhu ilə ayaqlaşmayan bir düşmənçilik mesajı hesab edir. Bütün bu məlumatlar Putini hərbi güclənmə yolu ilə gərginliyi artırmaq siyasətinə yönəldir. Çünki Putin hesab edir ki, Avropa bölünüb və AB ölkələri artıq vahid siyasətlə razılaşa bilmir və Bayden administrasiyası Çinlə məşğuldur. Bu fakt onu ABŞ və Aİ ilə danışıqlara getməyə və onunla razılığa gəlmək üçün hərbi hərəkət riski almağa məcbur edir.

Bu anlayış Putin üçün yeni deyil. O, əvvəllər də hədələyib və hədələrini yerinə yetirib. Buna görə də, Rusiyanın hərbi cəhətdən güclənməsini adi bir səs-küy kimi qiymətləndirmək olmaz. Putin AvropaABŞ-ı onu və ölkəsinin maraqlarını tanımağa məcbur etməyi öz vəzifəsi hesab edir. O hesab edir ki, ABŞ artıq dünyanın yeganə qütbü deyil. Bunu izah etmək üçün o, özünün sevimli alman şairi İohann Götenin bir şeirindən sitat gətirir:

“Olimp dağına çıxdıqlarını düşünənlər tezliklə ayaqlarının altındakı yerin sürüşməyə başladığını kəşf etdilər...”

Bununla Putin Qərbin dağın zirvəsinə çatdığını və indi də reallığa enməli olduğunu vurğulayır.

Digər tərəfdən, ABŞ administrasiyası və Aİ də vəziyyətin həssaslığını hiss edir. Rusiya ABŞ-ın mərhum senatoru Con Makkeynin dediyi kimi Putin “yalnız yanacaqdoldurma məntəqəsi” və ya keçmiş prezident Obamanın dediyi kimi, onları Çinlə döyüşdən uzaqlaşdırdığı orta ölçülü bir güc deyil, nəzərə alınmalı olan bir gücdür. ABŞ-ın nəticələrlə bağlı təhdidi, ingilislərin iqtisadi və siyasi təhdidi, Fransanın hərbi cəhətdən Ukraynanın yanına keçmək təhdidi Putinin vecinə deyil. Çünki o, öz təcrübəsindən bilir ki, Fransa prezidenti onun dediyini etməyəcək.

İngiltərənin sanksiya hədəsi də faydasızdır, çünki Rusiya artıq iqtisadi və diplomatik baxımdan sanksiyalara məruz qalır. ABŞ-ın öz təhdidinə əməl edəcəyi də şübhəlidir, çünki Vaşinqton Ukrayna üçün müharibə riskinə girməyəcək. Çünki o zaman bu müharibə onun Çinlə mübarizəsi bahasına həyata keçəcək. Keçmiş təcrübələrin reallığına əsaslanaraq, bu rus yanaşması doğrudur, lakin yeni prosesləri, o cümlədən ABŞ-ın nüfuzunu, xüsusən də Çinlə mübarizə fonunda nəzərə almır.

Aydındır ki, Putin özünü küncə sıxıb, Amerika prezidenti isə öz reputasiyasını riskə atıb. Bununla onlar riskin dəyərini artırdılar və indi geri çəkilməkdən başqa çarələri yoxdur. Onların arasında razılaşdırılmış yeni sammit yəqin ki, onlar və dünya üçün yeganə çıxış yolu olacaq.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar