Çərşənbə axşamı, 30 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Putin: “İlham Əliyev Qarabağ məsələsində müdriklik nümayiş etdirdi”

Azərbaycan Prezidenti İlham ƏliyevErmənistanın Baş naziri Nikol Paşinyan bütün çətinliklərə baxmayaraq Qarabağda qan tökülməsini dayandırmaq qərarına gəldikdə siyasi müdriklik nümayiş etdirdilər.

“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq klubunun iclasında çıxışında bildirib.

"Birincisi, həm Azərbaycan Prezidentinin (İlham Əliyevin-red), həm də Ermənistanın Baş nazirinin siyasi müdrikliyinə hörmətlə yanaşmalıyam. Yenə də hadisələrin bütün faciələrinə baxmayaraq, onlar bir anlıq siyasi vəziyyətdən yuxarı qalxmağı və çox məsuliyyətli qərar qəbul etməyi bacardılar", - deyə Putin vurğulayıb.

"Yenə də Prezident Əliyev və baş nazir Paşinyan qan tökülməsinin qarşısını ala bildilər", - Rusiya lideri qeyd edib.

"Azərbaycan Naxçıvanla normal əlaqə qurmaqda, eləcə də kommunikasiyaların açılmasında maraqlıdır, bu, Ermənistanın qarşısında duran ən vacib vəzifələrdən biridir. Ermənistan regionda effektiv iqtisadi həyat qurmaq, qarşılıqlı əlaqə yaratmaq, o cümlədən gələcəkdə Azərbaycanla münasibətlərin qurulması, Türkiyə ilə dondurulmuş münasibətlərin açılmasında prinsipcə maraqlıdır”, - Rusiya Prezidenti bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Prezident bu nazir müavinlərini işdən çıxardı - Yeni təyinat

"Prezidentimizin quluyam..." - İşdən çıxarılan nazir müavini

AMEA-nın obyektində əxlaqsızlıq yuvası aşkarlanıb

Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, ölənlər və yaralananlar var - Video

YAP-dan Cəmil Həsənliyə cavab: "Soçi görüşündən narahat olublar..."

Kəmaləddin Heydərov icra başçısının oğluna yüksək vəzifə verdi 

Operativ Qərargahda "Omikron" ştammı və "Yeni il şənliklərində təhlükəsizlik qaydaları" ilə bağlı geniş iclas keçirilib

Formula 1 pilotları "Qızıl top" mükafatının təqdimetmə mərasimində iştirak edirlər - Yenilənib

Səttar Möhbalıyevə sual: O, Həmkarlar İttifaqının sədridir, yoxsa işçilərin haqqlarını “yeyən” məmur? - Video

Ən çox oxunanalar