Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Əiyevin tərəfində idi – Ermənilər belə düşünür...

Ə

Erməni cəmiyyətində, siyasi arenasında və mətbuatında Soçidə keçirilən üçtərəfli görüşün nəticələrinə münasibət görüşdən əvvəlki gözləntilərdən o qədər də fərqlənmir. Bu mövzuyla bağlı ümumilikdə pessimist əhval-ruhiyyə qalmaqdadır və hesab olunur ki, proseslər Ermənistanın gec-tez Azərbaycanla təslimçi sülh müqaviləsi bağlaması ilə yekunlaşacaq.

Soçi görüşünün nəticələrinə ən radikal münasibət, gözlənildiyi kimi, müxalif düşərgədən göstərilib. Sabiq Prezident Serj Sarqsyanın partiyası Baş nazır Nikol Paşinyanı yenə “kapitulyant” adlandıraraq, onu təslimçi mövqe nümayiş etdirməkdə və ən əsası “Qarabağın müstəqilliyinin üzərindən xətt çəkməkdə” günahlandırıb: “Kapitulyant Qarabağın müstəqilliyi, öz müqəddəratını təyin etmək hüququnun reallaşdırılmasının və hətta statusun müəyyənləşdirilməsinin vacibliyi haqqında bir kəlmə də demədi. O, faktiki olaraq, Qarabağ əhalisinin öz müqəddəratını təyin etmək hüququnun reallaşdırılmasını dəqiqləşdirmədən sərhədlərin delimitasiyasına razılıq verdi. Bununla da, sadəcə, Qarbağ məsələsində “əllərini yudu””. 

Digər müxalif siyasi qüvvələrin də Soçi görüşünə münasibəti Sarqsyanın “Respublikaçı” Partiyasının mövqeyindən fərqlənmir və bu düşərgə Paşinyanı addım-addım Ermənistanın məğlubiyyətini daha da dərinləşdirməkdə ittiham edir. 

Erməni politoloqlar isə xüsusi vurğulayırlar ki, Paşinyanın görüşün rəsmi hissəsində səsləndirdiyi “hərbi əsirlər” və sərhəddəki toqquşmalarla bağlı məsələlərin heç biri Soçi görüşünün yekun bəyannaməsində yer almadı. 

 

“Onsuz da bir gün oyanıb görəcəyik ki, hansısa sənədi imzalamısınız”. Bunu isə Ermənistanda ən tanınmış və mötəbər mənbələrə malik politoloqlardan sayılan Tatul Akopyan deyib. Sözügedən ekspert dəfələrlə gözlənilən görüşlər, Paşinyanın atacağı addımlar, verdiyi vədlərlə bağlı məlumatlar paylaşıb. Və maraqlıdır ki, hökumət hər dəfə bu məlumatları əvvəlcə inkar etsə də, sonradan bu və ya digər yolla təsdiqləyib. 26 noyabrda planlaşdırılan Soçi görüşü barədə də ilk olaraq hələ oktyabr ayında Akopyan məlumat vermişdi. Lakin hökumət dərhal bunu təkzib etmişdi. Sonradan isə həmin görüş doğrudan da baş tutdu.

İndi isə Akopyan öz sosial şəbəkə səhifəsində yazıb ki, sənəddə hər nə qədər, sadəcə, “delimitasiya və demarkasiya ilə bağlı komissiyanın yaradılmasına” razılıq verildiyi qeyd olunsa da, Paşinyan əslində həmin sənəddə göstərilməyən bir çox vacib detallarla bağlı güzəştə gedib və razılıq verib. Akopyanın “Onsuz da bir gün oyanıb görəcəyik ki, hansısa sənədi imzalamısınız” ifadəsi də bundan irəli gəlir.

Politoloq deyib ki, “Ermənistan fəlakətli cəhənnəm seçimi qarşısındadır” və hazırkı vəziyyətdən üç çıxış yolu var: “Birincisi, Ermənistan dövlətçiliyini itirir. İkincisi, biz daha da zəifləyirik, müstəqilliyimizi və suverenliyimizi daha da çox itiririk və hansısa ittifaqa daxil oluruq (Rusiya-Belarus ittifaqını nəzərdə tutur-red.). Üçüncüsü isə azərbaycanlılarla danışıqları dayandırırıq və onlar 1994-cü ildən sonra özlərini apardıqları, 2020-ci ilin 27 sentyabrına qədər gözlədikləri, sonra isə döyüş meydanında bizi yendikləri kimi, biz də eyni cür davranırıq. Bəs, biz də Azərbaycan kimi hərəkət edə bilərikmi, buna resurslarımız varmı?...”

Revanşın mümkünsüz olduğunu qeyd edən politoloq, nəticə etibarilə erməni cəmiyyətini yenə də “illüziyalarla yemləməyin” doğru olmadığını və konstruktiv, realist yanaşmanın daha doğru olduğunu bildirib.

 “İlham Əliyev əvvəlkitək qalib və qaya kimi sakit görünürdü"

Soçi görüşüylə bağlı Rusiyanın “Kommersant” nəşrində də maraqlı yazı dərc edilib. Soçiyə gedərək, həmin görüşün işıqlandırılmasında iştirak edən jurnalist Andrey Kolesnikov ermənipərəst yanaşmasını gizlətməsə də, bir sıra maraqlı detallara toxunub. Görüşlə bağlı təəssuratlarını bölüşən Kolesnikov yazır: “İlham Əliyev əvvəlkitək qalib və qaya kimi sakit görünürdü. O, erməni həmkarına tərəf baxmadan, tərpənmədən oturmuşdu və elə təəssürat yaranırdı ki, hətta ağzını belə açmadan danışır“.

“Kommersant”-ın müxbiri hesab edir ki, Vladimir Putin öz çıxışı və hərəkətlərilə Azərbaycan Prezidentinin tərəfində olduğunu nümayiş etdirdi: “Putin ötən il ərzində az iş görülmədiyini dedi, Qarabağa qaçqınların qayıtmasını (İlk növbədə qalib kimi azərbaycanlıların qayıtması-A.K.), Rusiya sülhməramlılarının və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətini, ən başlıcası isə normal həyata qayıtmağın vacibliyini vurğuladı. Vladimir Putin bunları deyərkən, həqiqətən də mahiyyət etibarilə Azərbaycan Prezidentinin tərəfində idi. Paşinyan haqqında isə bunu demək olmaz. Onun müharibədə məğlub edilmiş qismində qalibin yanında oturması qaçılması mümkün olmayan nəticə idi. Cənab Əliyev isə sanki onun (Paşinyanın-red.) burada mövcudluğunu belə nəzərə almadan, ona tərəf baxmadan yenə Azərbaycanın sərhədlərin müəyyənləşdirilməsi və gərginliyin aradan qaldırılması istiqamətindəki konstruktiv fəaliyyətindən danışdı.”

Yeri gəlmişkən, məqalədə bir maraqlı məsələyə xüsusi önəm verilir. Putinin çıxışındakı bir məqama istinad edilərək, deyilir: “Putin dedi: “Biz bir sıra məsələlərlə bağlı razılıq əldə etdik. Hansıları ki, mən, əhəmiyyətli hesab edirəm. Onlardan birincisi sərhədlərin delimitasiyası və demarkasiyası mexanizmlərinin hazırlanmasıdır. Bu ilin sonuna qədər biz bunu edəcəyik. Bu mexanizmlərin yaradılması üçün heç bir maneə yoxdur”. Bu, o deməkdir ki, sərhəd hazırda qoşunların dayandığı xətdən keçəcək”. (AzPolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar