Bazar, 07 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Putin “ağır çəkili” generalı təqaüddən geri çağırıb – Ukraynadakı rus generalları bir-bir sıradan çıxır - Fotolar

Ukraynadakı döyüşlərdə ən təcrübəli və yüksək rütbəli komandirlərini itirən Putin təqaüdə göndərilmiş generallardan yararlanmağa məcbur olub.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşri məlumat yayıb.

Qəzet yazır ki, 67 yaşlı general Pavel (soyadına heç bir mənbədə rast gəlinmir-red.) Ukraynadakı Rusiya Xüsusi Təyinatlılarına rəhbərlik edəcək. General Pavelin bundan öncə 40 il rus Xüsusi Təyinatlılarına rəhbərlik etdiyi, Əfqanıstan döyüşlərinin veteranı olduğu, beş il əvvəl isə təqaüdə göndərildiyi bildirilir.

Məlumatda qeyd olunur ki, çəkisi 200 kiloqramdan çox olan general Pavel gündə beş dəfə yemək yeyir və ən azı bir litr araq içir. Artıq çəkisi səbəbidən genaral üçün xüsusi olaraq hərbi forma və qoruyucu jilet hazırlandığı bildirilir.

“Daily Mail”-in məlumatına görə, indiyə qədər Ukraynada rus ordusunun 50-dən artıq polkovniki və ən azı 8 generalı həlak olub.

Əlavə edilir ki, Ukraynada həlak olan generalların bəzilərinin müəmmalı ölümüylə bağlı bir sıra suallar hələ də cavabsız olaraq qalır.

Məsələn, 63 yaşlı istefada olan general-mayor Kanamat Botaşevin ölümü. O, may ayında Donbas bölgəsində Su-25 döyüş təyyarəsinin vurulması nəticəsində həlak olub.

Maraqldır niyə həmin vaxt 63 yaşlı pilot qırıcı təyyarəni idarə etsin? Daha da önəmlisi odur ki, təqribən 10 il əvvəl Rusiya ordusunu tərk etmiş bir hərbçinin həmin vaxt təyyarə kabinində nə işi var idi?

Britaniya mediası Ukraynda öldürülən yükəsk rütbəli rus zabitlərinin siyahısını da təqdim edib:

- General Maqomed Tuşayev. Çeçen xüsusi təyinatlıların lideri fevralın 26-da Hostomel yaxınlığındakı pusquda öldürülüb;

- General-mayor Andrey Suxovetski. Martın 4-də snayper silahından açılan atəş nəticəsində həlak olub. O, Mərkəzi Hərbi Dairənin 41-ci Əlahiddə Ümumqoşun Ordusu komandirinin müavini olub;

- General-mayor Vitali Gerasimov. Suriya və Krımda əməliyyatlarda iştirak etmiş Rusiyanın 41-ci ordusunun komandanının birinci müavini olub və martın 8-də Xarkov ətrafında gedən döyüşlərdə həlak olub;

General-mayor Andrey Kolesnikov. Martın 11-də öldürülən 29-cu Birləşmiş Ordunun komandanı olub;

- General-mayor Oleq Mityayev. Martın 16-da Mariupol şəhəri yaxınlığında gedən döyüşlərdə həlak olub;

- General-leytenat Andrey Mordviçev. Martın 19-da Xerson vilayətində öldürülüb;


- General-leytenat Yakov Rezantsev. Rusiyanın 49-cu birləşmiş ordusunun komandiri martın 25-də Xerson şəhərinin cənubunda həlak olub;

- General-mayor Anton Simonov. Rusiya ordusunun elektron müharibə üzrə aparıcı mütəxəssisi idi. O, mayın əvvəlində Ukraynanın şimalında keçmiş Rusiya ordusunun komandanlığına hücum zamanı həlak olub;


- General-mayor Kanamat Botaşev. Su-25 döyüş təyyarəsi idarə edən general mayın 22-də Donbas səmasında Stinger raketindən açılan atəş nəticəsində həlak olub;

- General-mayor Roman Kutuzov. 29-cu Əlahiddə Ümumqoşun Ordusunun qərargah rəisi idi. Onun ölümü iyunun 5-də təsdiqlənib və güman edilir ki, Ukrayna qüvvələrinin pusqusuna düşərək həlak olub.

Qeyd edək ki, hazırda Vladimir Putinin Ukraynadakı işğal qoşunlarına general-polkovnik Gennadi Jidko rəhbərlik edir.

pia.az


Etiket:


Digərxəbərlər

Qriqoryandan yeni müharibə anonsu – Ermənistan istəməsə “Laçın dəhlizi”nin marşurutu dəyişməyəcək?..

Əbülfəz Məlikov DGK sədri olmaq istəyir?

Populyar xəbərlər

İllər ərzində AzTV-dən oğurlanan pullar... - Görün haradan çıxdı...

İrəvana gizli zəng edirdik, Bakı dərhal xəbər tutur... – Satanovski

Pakistanlı tələbə Bakıda oturub külli miqdarda pulu necə qazandı?

İctimai TV Xamneyinin iqamətgahı ilə bağlı yanlışlığa görə üzr istədi

Korotçenko: “Noyabra kimi Qarabağda silahlı erməni qalmamalıdır”

Erməni bloqer prezident İlham Əliyevdən Azərbaycan vətəndaşlığı istəyir

Emin Hüseynov: “Qarabağ iqtisadi rayonunda bərpanın ilk mərhələsi 2026-cı ildə yekunlaşacaq"

Babadağda köməksiz vəziyyətdə qalan üç nəfərin vəziyyəti necədir?

Ceyhun Bayramov gürcü həmkarına təşəkkür edib

Ərdoğan: “Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir” - Video

Ən çox oxunanalar