Bazar ertəsi, 23 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Putin ABŞ-ın təhlükəsizlik zəmanətləri ilə bağlı yazılı cavabını şəxsən oxuyub

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın təhlükəsizlik zəmanətləri ilə bağlı yazılı cavabını şəxsən oxuyub.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə ABŞ-ın cavabının təhlil edilməli olduğunu deyib: “Əlbəttə, onları təhlil etmək müəyyən vaxt aparacaq. Gəlin nəticə çıxarmağa tələsməyək”.

Peskov, Rusiyanın xarici işlər naziri Sergey LavrovABŞ dövlət katibi Entoni Blinkenin nə zaman görüşəcəyinə dair sualı cavablandırarkən dəqiq tarix barədə hələlik anlaşmanın əldə olunmadığını qeyd edib: “İndiyə qədər onlar dəqiq razılığa gəlməyiblər. Görüşün mənalı olacağını bildiriblər, amma səhv etmirəmsə, hələlik onun tarixi ilə bağlı anlaşma yoxdur”.

O, ABŞRusiya prezidentləri arasında görüşün mümkünlüyü ilə bağlı da sualı cavablandırıb və əlavə edib ki, buna prezidentlər özü qərar verəcək.

“Əlbəttə, işgüzar səviyyədə müəyyən təmaslar olacaq. Bundan sonra görüş və danışıqlara ehtiyac olub-olmamasına və lazım gələrsə, nə vaxt keçiriləcəyinə prezidentlər özləri qərar verəcəklər”, - Peskov vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

İlham Əliyevin Aİ Şurasının Prezidenti Şarl Mişellə təkbətək görüşü başa çatıb - Foto, Video, Yenilənib

Absurdun ötəsində: ARB Elza üçün 60 min manat toplayır, 4 medallı Şuşa qazisi isə komada yaşayır...

Britaniya kral ailəsi ukraynalı qaçqınları evində yerləşdirib

Keşlədə Şəhidlər xiyabanı yaxınlığında gecə klubu açılması etirazlara səbəb oldu - Video

"Chessable Masters": Şəhriyar Məmmədyarov son görüşlərini keçirəcək

Rusiya “İskəndər”ləri Ukrayna sərhədləri yaxınlığında yerləşdirib

Zelenski: “Rusiya bütün resurslarını bizi məhv etməyə yönəldib”

Bakıda qaraçılar Rusiya vətəndaşını bıçaqladı

Litva Rusiyadan elektrik enerjisinin idxalından imtina edib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - Video

Ən çox oxunanalar