Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin, Əliyev, Ərdoğan – dəyişikliklər ərəfəsində unikal ittifaq

Türk şurası mövzusuna bu və ya digər aspektdən toxunulan kimi çoxsaylı və ümumən nüfuzlu erməni diasporunun təzyiqi ilə Rusiya mətbuatında həm bu birliyin, həm də Ankara ilə Bakının müttəfiq münasibətlərinin Moskva üçün təhlükəli olması mövzusu yayılmağa başlayır.

Maraqlı olan və Türk şurasına üzv dövlətlərə səfərlərim zamanı dəfələrlə müşahidə etdiyim odur ki, bu barədə şuraya daxil olan ölkələrdən daha çox Rusiyada danışırlar. Və burada heç bir paradoks yoxdur. Əgər erməni lobbisi hər fürsətdə bu ideyanın təhlükəliyini qabardırsa, şuraya daxil olan dövlətlər üçünsə “Türk dünyası” – işıqlı və birgə gələcəyin obrazıdır. Düzdür, bu gələcəyə aparan yol asan və yaxın deyil.

Türk şurası Rusiya üçün təhdid deyil, etibarlı sabitlikdir

Bu birliyin düşmənləri və dostlarının yanaşmalarındakı prinsipial fərq də elə bundadır - O, bir tərəf üçün layihədir, digər tərəf üçün isə hətta layihə mərhələsində belə təhlükədir və nə qədər ki reallaşmayıb, məhv edilməlidir. Ancaq gözlərinə baxaraq “Bu kulturoloji inteqrasiyanın Rusiya üçün təhlükəsini nədə görürsünüz” sualını verəndə, cavab olaraq SSRİ-yə qədərki dövrün geosiyasi reallıqlarının Akunin sayağı interpretasiyası ruhunda Osmanlı imperiyası ilə Rusiyanın tarixi qarşıdurmasına dair ifrat konspiroloji nəzəriyyə səsləndirilir. Ardınca da məhv olmuş Sovet şərqşünaslığının azğın yalançı alimlərinin mağara politologiyasından xəbər verən dəyərləndirmələri eşidilir. Bəli, söhbət Baqdasarovdan, Jirinovskidən və sair siyasiləşmiş cəfəngiyatdan gedir.

Türk qəsdinin Rusiyadakı tərəfdarlarını bölgədəki yeni düzənin mənzərəsi də fikirlərindən daşındıra bilmir: hazırda Moskvanın ən etibarlı müttəfiqləri və əməkdaşları məhz Türk şurasının üzvləridir - Azərbaycan, Özbəkistan, Qazaxıstan, hətta Macarıstan üzərlərinə götürdükləri öhdəliklərə sadiqliklərini dəfələrlə sübut ediblər. Yeri gəlmişkən, Ukrayna, Bolqarıstan, Polşa və hətta Serbiya kimi slavyan qardaşlardan fərqli olaraq. Elə Moskvaya da ən mürəkkəb məsələlərdə Ankara ilə ümumi yanaşma tapmaq, antaqonist Vaşinqton və ya razılaşmalardan qaçan Brüssellə müqayisədə daha asandır. Xatırlamaq yetərlidir ki, olduqca mürəkkəb Suriya məsələsində Rusiya və Türk şurası dialoq və kompromis qərarların qəbulu üçün ümumi platforma işləyib hazırlaya bildilər. Və bunu ABŞAvropa ilə birlikdə etmək heç cür mümkün olmur.

Bəli, minillik rus-türk münasibətləri özünü bölgənin bölüşdürülməsi və Avrasiya ərazisində dominantlıq uğrunda qanlı savaşlarda büruzə vermiş etnik-dini qarşıdurmadır. Ancaq Avrasiyanın bütün xalqlarının taleyini həll edən bu iki imperiyanın çoxəsrlik və qanlı müharibələrdən sonra tarixin iradəsi ilə dağılması rusları və türkləri qarşılıqlı anlaşmanın və münasibətlərin yeni reallığına gətirib çıxardı. Hələ yüz il əvvəl həmin imperiyaların parçalarında yaranan ilk dövlətlər dünya siyasətinin gündəliyindəki məsələlərin bir çoxunda böyük fərqlər nümayiş etdirməklərinə baxmayaraq, real siyasətdə uzaqlaşmaq yox, yaxınlaşmaq üçün nöqtələr axtarmağa başladılar.

Əliyev, Putin və Nazarbayev unikal şəxsi etimad mexanizmi yaratdılar

Biz bir-birimizi genetik səviyyədə anlamağı öyrənmişik. Üstəlik, yeni geosiyasət və qlobal dövlətlərin dünya nizamının tam deformasiyası elə bir yeni beynəlxalq reallıq yaradır ki, burada regional dövlətlərin rolu yüksəlir və Rusiya ilə Türk dövlətlərinin liderlərinin münasibəti yeni səviyyəyə qalxır. Bölgədə bənzərsiz və unikal mexanizm, SSRİ-nin süqutundan sonra təhlükəsizliyi onillər ərzində qoruyub saxlaya biləcək özünəməxsus sütun - milli liderlər arasında şəxsi etibar - formalaşır. Bu mexanizm, qlobal partlayışdan - əvvəlki dünya sisteminin və beynəlxalq hüququn çöküşündən sonra yaranmış boşluğu doldurur. Bu mexanizmin baniləri də məhz türk liderləri - Heydər Əliyev, Nursultan Nazarbayev, İslam Kərimov olub… Sonralar bu yeni qeyri-rəsmi regional ənənəni Vladimir Putin, Heydər Əliyevin varisi İlham Əliyev, Ərdoğan, İslam Kərimovun varisi Şövkət Mirziyoyev qoruyub saxlayıb və davam etdirib…

Tədricən Rusiyada da anlamağa başlayıblar ki, böyük imperiyanın varisləri təkcə Moskva və Piter yox, həm də Tatarıstan, Başqırdıstan, Dağıstan və Qafqazdır.

Nəhayət, ikinci Qarabağ müharibəsi yeni geoiqtisadi reallıq yaratdı. Yüz ildə ilk dəfə Putin, Əliyev və Ərdoğan yeni tarixi proses üçün şərtlər hazırladı. Bu prosesdə coğrafiya nifaq yox, tərəflər üçün yaxınlaşmaq, inteqrasiya və geostrateji imkanları genişləndirmək mövzusudur.

Əliyev, Putin, Ərdoğan-böyük ittifaqın əsasları hələ 2000-ci illərin əvvəllərində qoyulmuşdu...

Və üç liderin yaratmağa davam etdiyi yeni tarixin ilk böyük layihəsi “Zəngəzur dəhlizi”dir. O, ölkələrin hər üçünə indiyədək təsəvvür olunmayan inkişaf perspektivləri vəd edir. Rusiya özünün tarixində ilk dəfə Fars körfəzinə maneəsiz çıxış qazanır, Türkiyə Azərbaycan vasitəsilə türk və müsəlman dünyası ilə birləşir, üstəlik Orta Asiyadan qaz daşınması üçün dəhliz əldə edir, Azərbaycan isə bolşeviklərdən qalan tarixi problemi həll edərək Naxçıvanla birləşir və Türkiyə bazarlarına birbaşa keçidə nail olur.

Zəngəzur dəhlizi Rusiyanın Türk şurası ilə münasibətlərinin mirvarisi ola bilər.

Və bu, qarşılıqlı əlaqələrin yalnız bir aspektidir. Qlobal götürəndə isə dünya yalnız Rusiya ilə məhdudlaşmır və Türk şurasının əsasında dil, din və mədəniyyət birliyinə söykənən etnik-mədəni məkanın yaranması ideyası dayanır.

Təbii ki, bu prosesin formalaşması Rusiyanın sabitlik qurşağını qorumaq və möhkəmlətməklə bağlı həyati maraqlarına uyğun gəlir - bu cür ictimai-mədəni inteqrasiyanın sayəsində islam dünyasının bu hissəsi beynəlxalq münasibətlərdəki gələcək tektonik dəyişikliklər qarşısında subyektlik əldə edəcək. Və bu dəyişikliklər heç də çox uzaqda deyil… (Müəllif: Elnur Eminoğlu,virtalaz)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar