Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pul var, kino yox... – On ildə 60 milyon pul ayrılıb; nəticə varmı?

“Bu kino ki var, bu, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib...” Məşhur “Bəyin oğurlanması” filmindəki bu parafraz hər zaman aktual olub və bu gün də aktualdır. Ancaq təəssüf ki, son illərdə bu “qəliz” işlə məşğul olmalı olan qurumlarımız, Mədəniyyət Nazirliyi başda olmaqla, kinonun vacibliyini bir tərəfə qoyaraq, özünə lazım olan “daha vacib” işlərlə məşğul olub. Bunun yaratdığı mənzərə isə göz qabağındadır...

Maliyyə naziri Samir Şərifovun Milli Məclisdəki son çıxışında kino sahəsiylə bağlı tənqidi fikirlər səsləndirməsi çoxları üçün gözlənilməz oldu. Çünki Azərbaycanda bir nazirin başqa bir nazirliyin, dövlət qurumunun fəaliyyətini tənqid etməsi heç də tez-tez rast gəlinən hadisə deyil. Lakin nazirin səsləndirdiyi iradlara və kino sahəsinə ayrılan dövlət vəsaitlərinin müqabilində görülən işə nəzər yetirərkən görünür ki, səsləndirilən tənqid və iradlar kifayət qədər əsaslıdır. Bizim ötəri araşdırmamız nəticəsində məlum oldu ki, təkcə 2008-2018-ci illərdə bu sahəyə 59 milyon manat dövlət vəsaiti ayrılıb. 2020-2021-ci illərdə isə kinonun inkişafı üçün əlavə olaraq, daha 13 milyon verilib.


İddia etmək olmaz ki, bu vəsait fantastik dərəcədə çoxdur. Ancaq o da var ki, Azərbaycan kinematoqrafiyası “Hollivud” deyil və onun üçün yuxarıda qeyd edilən məbləğlər heç də kiçik rəqəmlər sayıla bilməz. Ən azından heç bir Cənubi Qafqaz respublikasında kinonun inkişafına bu qədər vəsait ayrılmır. Ancaq bunun əvəzində ortaya qoyulan işə nəzər yetirsək, görərik ki, kinematoqrafımız öz nailiyyətlərinə, ortaya çıxardığı əsərlərə, beynəlxalq festivallarda qazandığı mükafatlara görə qonşu respublikalardan çox-çox geri qalır.

Azərbaycanda kiçik bir sorğu keçirsəniz, son 10-15 ildə ölkəmizdə çəkilən hansısa ciddi kino əsərinin adını çəkə biləcək olduqca az sayda adam tapa bilərsiniz. Çünki belə əsərlər, bir-iki istisnalar nəzərə alınmasa, demək olar ki, yoxdur. Samir Şərifovun “vəsait ayrılır, ancaq biz kino əsəri görmürük” deməsi də elə bundan irəli gəlir. Doğrudan da, hələ başqa mövzuları bir kənara qoyaq, Qarabağ münaqişəsi ilə bağlı dünyaya səs salacaq bircə film çəkilibmi? Axı, kino da təbliğatın bir, özü də çox təsirli formasıdır və təəssüf ki, bu sahədə biz düşmən ölkəyə xeyli dərəcədə uduzuruq...

Bəs, nədir kinematoqrafiyamızdakı bu durğunluğun səbəbi? Səbəblər, əlbəttə ki, çoxdur. Lakin onlardan yəqin ki, ən başlıcası bir çox sahələrdə olduğu kimi, mədəniyyət sektorunda da korrupsiyanın, rüşvətin, saxtakarlığın kök salmasıdır. Ötən ilin mayında DTX-nın Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat, nazir müavini başda olmaqla, bir neçə məmurun həbsi, sonradan nazir Əbülfəs Qarayevin həbsdən canını qurtarsa da, vəzifədən çıxarılması göstərdi ki, bu sahədə vəziyyət acınacaqlıdır. İstintaqın ortaya çıxardığı faktlardan məlum oldu ki, nazirliyin, onun strukturlarının fəaliyyəti “şapka prinsipi” üzərində qurulub, tikinti işlərindən tutmuş işə qəbula qədər hər yerdə korrupsiya, rüşvət baş alıb gedib. Deməli, bu adamların başı pul qazanmağa, çapıb-talamağa qarışıb, belələrinin yadına kino düşər? Bunlar üçün kino çəkmək də tikintiyə ayrılan sementi oğurlamaq kimi bir şey olub. Odur ki, yalnız bu sahəyə rəhbərlik edənlər bilir ki, hər il ayrılan milyonlar kimlərin arasında və necə bölüşdürülüb. Təsəvvür edin ki, nə qədər gülməli görünsə də, hətta Nəfəs alətləri orkestrinin bədii rəhbərinin belə rüşvət aldığı məlum olub və buna görə də həbs edilib. Belə bir mühitdə hansı nəticədən, dünya səviyyəli əsərdən söhbət gedə bilərdi?

Maliyyə nazirinin parlamentdəki çıxışına Mədəniyət Nazirliyi xeyli böyük bir mətnlə cavab verərək, “kinematoqrafiyamızın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğu” barədə danışıb. Ancaq doğrusu, hələ ki, nə keyfiyyət, nə də inkişaf görə bilmirik. Lakin hər halda ümid edək ki, nazirliyin yeni rəhbərliyinin iş prinsipi əvvəlkindən fərqlənəcək və Azərbaycanın kino ənənələrinin yaşadılması, dünya səviyyəsinə çıxarıla biləcək filmlərin çəkilməsi təmin olunacaq.(AzPolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Ən çox oxunanalar