Cümə axşamı, 23 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Probasiya Xidməti: Hazırda 4 minədək məhkum elektron qolbaq daşıyır

Azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqi genişlənərək bu il həmin cəzalara, o cümlədən azadlığın məhdudlaşdırılması cəza növünə məhkum olunmuş 2.900-ə yaxın şəxsə elektron qolbaq tətbiq edilib.

Bunu Ədliyyə Nazirliyində Probasiya Xidməti tərəfindən ilin birinci yarımilində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə Probasiya Xidmətinin rəisi, baş probasiya məmuru Akşin Ziyadov bildirib.

Onun sözlərinə görə, cəza müddəti bitən və digər qanuni əsaslara görə 1.070 məhkumdan isə qolbaqlar çıxarılıb. Hazırda 4.000-dək məhkum elektron qolbaq daşıyır və onların üzərində dönmədən probasiya nəzarəti həyata keçirilir.

Bundan əlavə, məhkəmə qərarları ilə ictimai işlər növündə cəza və inzibati tənbeh kimi tətbiq edilmiş 380 nəfərə yaxın şəxs probasiya qeydiyyatına alınıb. Bu növ cəza və inzibati tənbehin icrası ilə bağlı həmin şəxslər şəhər və rayon ərazilərinin, küçə, park və meydanların, yolların abadlaşdırılması və təmizlənməsi, məişət tullantılarının daşınması, təmir və tikinti, habelə kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi ilə bağlı işlərə cəlb olunmaqla 76 min saatdan çox ictimai işlərin yerinə yetirilməsi təmin edilib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Gənc icra başçısının dəbdəbəli villası – Foto

Amaras məbədində qalmaqal: Rus generalı məbədimizin üzərinə Ermənistan bayrağının asılmasını əmr etdi

Ədliyyə naziri və onun “kasıb” oğlu: vəkilin bu qədər pulu hardandır?

Samir Şərifovun "Qara kassir"i kimdir? – Təbriz Həsənovun dosyesi

Ata dövlətdən oğurlayır, oğul  “dövlətçiliyi” qoruyur?! – Azərbaycan reallığı...

Aleksey Overçukun Ermənistanda verdiyi dəhliz bəyantı... - Rusiyanın ənənəvi siyasəti, yoxsa reallıq?

17 yaşında ərər verilən Fəridənin 12 illik evliliyi qətllə bitdi

Allahşükür Paşazadə İranın ali rəhbərinin nümayəndəsinə cavab verib

Ağdamda müdhiş korrupsiya: İcra başçısı Vaqif Həsənov niyə narahatdır?

Ən çox oxunanalar