Bazar ertəsi, 26 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin əmisi oğlunun əmlaklarını ələ keçirmək istəyənlər kimlərdir? - Şok məhkəmə işi

Akademik Aqil Əlirza oğlu Əliyevin nəvəsi Riyad Əliyev məhkəməyə müraciət edib.

O, babası Aqil Əliyevdən atası İlqar Əliyevə miras qalmış əmlakların başqa şəxslər tərəfindən ələ keçirildiyini iddia edir. Tərəflər arasındakı mülki çəkişmə bir neçə məhkəmə instansiyasında davam edir.

Musavat.com xəbər verir ki, son olaraq Yasamal Rayon Məhkəməsinə müraciət edən Riyad Əliyev bildirib ki, atası İlqar Əliyevin ətrafında olan bəzi şəxslər həmin əmlaklar vasitəsi ilə varlanıblar və həmin əmlakları tam olaraq ələ keçirmək istəyirlər.

Riyad Əliyev ona və atasının keçmiş şəriki olmuş İlham Məmmədova İlqar Əliyev tərəfindən verilmiş etibarnamələrin ləğv edilməsinin etibarsız hesab olunmasını məhkəmədən xahiş edib. Həmçinin İlqar Əliyevin digər şəxslərə verdiyi etibarnamələr və onlar üzrə aparılmış bütün hərəkətlərin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini istəyib.

Məhkəmə prosesi hakim Günel Əkbərlinin sədrliyi ilə baş tutub.

Məhkəmə iclasında “Yeni Müsavat” qəzetinin müxbiri də iştirak edib.

Məhkəmə başlayan zaman iddiaçı tərəfin (Riyad Əliyevin) vəkili və nümayəndəsi Gülşən Salmanova məhkəmə prosesinin qapalı keçirilməsini, jurnalistlərin iştirak etməməsini istəyib.

Hakim Günel Əkbərli məhkəmə iclasının açıq olduğunu, media nümayəndələrinin isə iştirak edə biləcəyini deyib.

Nümayəndə Gülşən Salmanova işdəki kommersiya sirlərini, məhkəmə iclasında səsləndiriləcək ailə və şəxsi həyatla bağlı məsələlərin nəzərə alınaraq prosesin qapalı keçirilməsini məhkəmədən xahiş edib.

Cavabdeh tərəfin vəkilləri isə məhkəmə iclasında media nümayəndələrinin iştirakına etiraz etrmədiklərini deyiblər. Bildiriblər ki, əgər bu işdə kommersiya sirri olduğu qeyd edilirsə, işə kommersiya məhkəməsində baxılmalı idi. Cavabdeh tərəfin vəkilləri əlavə edib ki, iddia etibarnamələrin ləğv edilməsinə etiraz olduğu üçün burada ailə sirrindən və şəxsi məlumatlardan söhbət gedə bilməz.

İddiaçı tərəfin vəkili Gülşən Salmanova məhkəmənin qapalı keçirilməsi istəyi ilə bağlı yazılı vəsatəti məhkəməyə təqdim etmək üçün hakimdən vaxt istəyib.

Bu səbəbdən hakim məhkəmə iclasını təxirə salıb.

Şahbaz ŞAHBAZOV

Qeyd edək ki, prezidentin əmisi oğlu İlqar Əliyevin İlham Məmmədov və Şahbaz Şahbazov adlı iki şəriki olub. Mətbuatda Şahbaz Şahbazovun müraciətləri yer alır ki, İlham Məmmədov ona qarşı qanunsuz hərəkətlər edərək paylarını əlindən alıb. Şahbaz Şahbazov özünə qarşı qanunsuz ittihamların irəli sürüldüyünü deyərək, məcburiyyət qarşısında ölkəni tərk etdiyini söyləyir.

İlham Məmmədov

İlham Məmmədov isə Şahbaz Şahbazovu ittiham edərək onun İlqar Əliyevin etibarından istifadə edərək əmlakları ələ keçirdiyini bildirir. Son olaraq isə “Nigar Klinikası”nda baş verən qalmaqalla bu məsələ gündəmə gəlmişdi.

İndi isə ortada olan iddialardan məlum olur ki, İlham Məmmədov həm Şahbaz Şahbazova, həm də İlqar Əliyevə qarşıdır. Riyad Əliyev isə İlham Məmmədovla eyni tərəfdən çıxış edərək İlqar Əliyevin xanımı Solmaz Əliyeva və digərlərinə qarşı iddialar qaldırıb.

Qeyd edək ki, Şahbaz Şahbazov barəsində cinayət işi açılıb. İlham Məmmədov isə ötən ilin sonlarında bilə-bilə yalan məlumat vermə, xəbərçilik ittihamı ilə həbs edilmişdi. Daha sonra azadlığa buraxılıb.
Proses davam edir, yeni yazılar olacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

“Gəlin S-400-ləri Azərbaycana verək" — Generaldan şok açıqlama

Güney Azərbaycanın həyati problemi: Kürd separatizmi...

Bakıda toy sahiblərini kütləvi şəkildə aldatdılar - Administrator tutuldu

Neftçinin baş məşqçisi ilə arvadının əlbəyaxa dava görüntüləri yayıldı - Video

Şuşaya ilk daxil olan kəşfiyyatçılardan biri məktəb direktoru təyin olundu

Bu hansı ağır çəkili nazirdi ki, vətəndaşlar ona görə əlavə 6 km əlavə yol getməyə məcbur olurlar... – Video

Şəhid bulağının krantını qıranın qulağını kəsən şəxslə bağlı hökm oxundu 

“Hansısa “ağır çəkili” nazirin tapşırığına görə 6 kilometr artıq yol getməli oluruq” – Video

Lavrov Ukraynada hansı halda nüvə silahı tətbiq ediləcəyini açıqlayıb

İran polisi etirazçı qadınları gülləbaran etdi - Foto, Video

Ən çox oxunanalar