Çərşənbə axşamı, 31 Yanvar 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin bibisi oğlu barda prokurorun başına butulka ilə vurdu, konsern rəhbərliyindən qovuldu…

Türkmənistan prezidenti bibisi oğlunu barda dava saldığına görə cəzalandırıb. Əhməd Geldimuradov sərxoş vəziyyətdə yüksək rütbəli prokurorun başına butulka ilə zərbə endirib…

Sərdar Berdiməhəmmədov “Türkmənqaz” Dövlət Konserninin sədr müavini vəzifəsində çalışan bibisi oğlu Əhməd Geldimuradovu barda dava etdiyinə görə işdən çıxarıb.

PİA.az Turkmen News nəşrinə istinadən xəbər verir ki, buna səbəb Aşqabad barlarından birində baş verən dava olub. Geldimuradov Türkmənistanın elitasının toplandığı barda istirahət edərkən, həddindən artıq sərxoş vəziyyətdə yüksək rütbəli prokurorun başına butulka ilə zərbə endirib. Məlumatlı mənbənin turkmen.news-a verdiyi məlumata görə, hadisə təxminən bir ay əvvəl baş verib.

Dava anı bardakı müşahidə kameralarına düşüb. Mənbə bildirib ki, görüntülər daha sonra prezidentə və onun atası Qurbanqulu Berdiməhəmmədova göstərilib. Qısa müddətdən sonra isə barda dava edən Geldimuradov işdən çıxarılıb. Onun indi ailəsi ilə birlikdə dincəlmək üçün Dubaya getdiyi bildirilir.

Turkmen News bildirir ki, rəsmi olaraq Əhməd Geldimuradovun vəzifəyə təyin və ya vəzifədən azad edilməsi ilə bağlı heç bir fərman yoxdur. Bununla belə, Əhməd Geldimuradovun adı ən azı bir dəfə rəsmi məlumatlarda adı keçib. O, 2021-ci ilin oktyabrında Tehranda Türkmənistan-İran İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasının 16-cı iclasında iştirak edib.

Türkmənistan mətbuatında təfərrüat verilməsə də, turkmen.news toplantı iştirakçılarının siyahısını əldə edə bilib və onların arasında “Türkmənqaz” Dövlət Konserninin sədr müavini Əhməd Geldimuradovun da da var. Məlum olub ki, bir vaxtlar dayısı Qurbanqulu Berdiməhəmmədov Əhməd Geldimuradovu sakitcə vəzifəyə təyin edib, indi isə dayısı oğlu Sərdar səsizcə onu işdən çıxarıb.

Bildirilir ki, Əhməd Geldimuradov Qurbanqulu Berdiməhəmmədovun bacılarından ən kiçiyi Mehri Berdiməhəmmədovanın oğludur. Digər bacısı Gülnabad Dövlətovadan fərqli olaraq, Mehri Berdiməhəmmədova tez-tez müstəqil medianın diqqətinə düşmür. Turkmen.news-un mənbəsi Axmet Geldimuradovun Malayziyada təhsil aldığını bildirib.

2022-ci ilin martında prezident olaraq vəzifəyə başlayan Serdar Berdiməhəmmədov qohumlarına atası və sələfi ilə müqayisədə daha az sədaqət göstərir. Belə ki, o, bibisi Gülnabad Dövlətovanı Türkmənistan Milli Qızıl Aypara Cəmiyyətinin rəhbəri vəzifəsindən istefa verməyə məcbur edib.

2022-ci ilin payızında isə Aşqabadda Dövlətovanın kürəkəni İbabəkir Bekdurdıyevə məxsus “Nəbatat bağı” və “Gürcüstan” restoranları sökülüb. Söküntüyə səbəb “Nəbatat Bağı”nda baş verən bıçaqlanma, eləcə də hər iki müəssisənin botanika bağının ərazisində qanunsuz tikilməsi olub.

Nəhayət, oktyabrın sonunda Dövlətovanın digər kürəkəni Rəhimberdi İşanquliyev “Türkmənistan Hava Yolları” QSC-nin baş direktorunun müavini vəzifəsindən azad edilib. İşdən çıxarılmanın səbəbi məlum deyil, lakin bu qərarın Prezident Aparatından gələn diktə” olduğu bildirilir.

Tərcümə PİA.az-a aiddir

Orjinal

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Səhlab Bağırov yeni vəzifəyə təyin edilib

Öpüş səhnəsi ilə gündəm olan aktrisa danışdı

İranın zərbələr qarşısında acizliyi... - Tehranın Hava Hücumundan Müdafiə Sistemi yararsızdır?

Xalq artisti: “Oğlumu snayperlə vuran şəxs fars nümayəndəsi olub” - Video

Nazirlik daha bir ofis icarəyə götürdü - Bu dəfə 1 milyon manata...

İnstitut direktoru Sialə Rüstəmovanın qlamur həyatı - Brend şubalar, obyektlər...

İranlılara şəhidimizin tabutunu daşımağa icazə verilmədi - Video

Qırılma nöqtəsi - Azərbaycan diplomatik korpusunun İranı tamamilə tərk etməsi hansı anlama gəlir...

Pakistanda məsciddə partlayışda 61 nəfər ölüb, 150 nəfər yaralanıb -  Yenilənib

“SalamNews” İnformasiya Agentliyi və “İnteraz”da əməliyyat: Saxlanılanlar var - Yenilənib

Netanyahu: “Çoxları İranın əsl üzünü gördü”

Ən çox oxunanalar