Şənbə, 02 İyul 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Prezident və birinci xanım Ağalı kəndində uşaq bağçasında yaradılan şəraitlə tanış olublar, məktəbə baxış keçiriblər

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kənddəki uşaq bağçasında yaradılan şərait barədə məlumat verildi. Həmçinin kənd tam orta məktəbinə baxış zamanı distant təhsil həllərinin təqdimatı keçirildi.

PİA.az xəbər verir ki, Bakıdakı Heydər Əliyev adına Müasir Təhsil Kompleksi ilə canlı bağlantıda Prezident İlham Əliyev dedi: Əminəm ki, Ağalı məktəbi ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin arasında əlaqələr bundan sonra da davam edəcək. Burada oxuyan uşaqlar gələcəklər Bakıya, sizin şaridlərinizlə, eyni zamanda, müəllim heyəti ilə görüşəcəklər.

Yəni, bu təmaslar davamlı olmalıdır, həm distant təhsillə bağlı, eyni zamanda, canlı təmaslara da böyük ehtiyac var. Yaxın günlərdə ilk vətəndaşlar burada məskunlaşacaqlar. Ondan sonra yaxşı olardı ki, siz müəllimlər və eyni zamanda, uşaqlar buraya gələsiniz, bu gözəlliyi görəsiniz, necə deyərlər, bu videobağlantı artıq canlı bağlantıya keçsin.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, 360 şagird yerlik ikimərtəbəli məktəb binası və birmərtəbəli 60 yerlik uşaq bağçasının binasında monolit dəmir-beton, xarici və daxili divarların hörgü işləri, kommunikasiya xətlərinin çəkilişi və damın quraşdırılması üzrə işlər tam başa çatdırılıb, daxili və xarici bəzək işləri görülür.

Göründüyü kimi, “Ağıllı kənd”də müasirlik təkcə qurulan infrastrukturla məhdudlaşmır, burada təhsilə yeni yanaşmanın tətbiqi də mühüm rol oynayır.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Müğənni Aysunun dörd geyim dəyişdiyi toyundan rəngli görüntülər - Video, Yenilənib

Prezidentin general rütbəsi verdiyi polislər kimdir? - Siyhı

Rektorun mülkləri açıqlandı - 22 illin rektoru olan Havar Məmmədovun nələri var?..

DTX-dan Gömrük Komitəsində daha bir əməliyyat - Saxlanılanlar var

“Bəyin oğurlanması”nın Yasəməni ölüm ayağında olan atası ilə necə danışdı? - Foto

Türkiyədə torpaq sürüşməsində ölən azərbaycanlının şəxsiyyəti məlum olub - Yenilənib

Zaur Kamal onu tənqid edənlərə belə cavab verdi - Video

Gürcülər qəzəblənib... - Gürcüstan niyə Avropa Birliyindən kənarda saxlanıldı?

Putin insanlardan niyə uzaq qaçır? - Rusiya prezidenti zəhərlənmədən qorxur, yoxsa?..

Rusiya Odessaya raket zərbəsi endirib, 17 nəfər ölüb, onlarla yaralanan var - Yenilənib

Sahil Babayevin əmisi oğlu rüşvətə görə həbs olundu

Mikayıl Cabbarov SOCAR-ın Müşahidə Şurasının iclasını keçirdi

Ən çox oxunanalar