Bazar, 17 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Prezident: Nəyə görə İran bunu 30 illik əsarət və işğala son verildikdən sonra edir?

İlham Əliyev İranın Azərbaycan sərhədləri yaxınlığına qoşun cəmləşdirməsindən danışdı...

Prezident İlham Əliyev Türkiyənin rəsmi “Anadolu” agentliyinə müsahibəsində İranın Azərbaycan sərhədləri yaxınlığına qoşun cəmləşdirməsi və hərbi təlimlər keçirməsinə münasibətini açıqlayıb.

Prezident deyib:

Sərhədlərimizin yaxınlığında keçirilən hərbi təlimlərə gəldikdə isə, bu çox təəccüblü hadisədir. Çünki 30 illik müstəqillik dövründə belə hadisələr olmamışdı. Əvvəla onu deməliyəm ki, hər ölkə öz torpaqlarında istədiyi hərbi təlimi keçirə bilər. Bu, onun suveren haqqıdır. Buna heç kim heç nə deyə bilməz. Amma bunu bir zaman kəsiyində analiz etdiyimizdə belə şeyin heç vaxt olmadığını görürük. Nədən indi və nədən bizim sərhədlərimizdə?

Bu soruları mən deyil, Azərbaycan cəmiyyəti soruşur. Bu soruyu dünyadakı azərbaycanlılar soruşur. Bir sual da verilir ki, nədən işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilərin Cəbrayıl, ZəngilanFüzulidə olduqları dövrdə nədən təlim keçirilmirdi? Nəyə görə biz bu torpaqları azad etdikdən sonra, 30 illik əsarət və işğala son verdikdən sonra bu edilir?

Bu suallar haqlı suallardır. Əlbəttə, biz bölgədə uzun müddətli əməkdaşlığa zərbə vuracaq heç bir durumun olmamasını istəyirik. Bir daha təkrar edirəm, Azərbaycan burada çox məsuliyyətli və ölçülüb-biçilmiş hərəkət edir. Bizim haqlı, legitim addımlarımıza qarşı göstərilən duyğusal reaksiyaların keçici olduğuna ümid edirəm.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Paşinyan “qaş düzəldən yerdə göz çıxardı”... – Əliyevin İrana yönəlik ittihamlarını təsdiqlədi

Azərbaycanda əhalinin istehlak etdiyi elektrik enerjisinin və təbii qazın qiyməti artdı

Bakının mərkəzində ticarət obyektləri yanır, ətrafda yaşayan sakinlər təxliyə edilir - Foto / Video / Yenilənib

Elektrik enerjisi üzrə tariflərin dəyişdirilməsi hansı səbəblərdən qaynaqlanır

"Tarif Şurası qiymətləri artıranda Prezident İlham Əliyev də onun acığına maaş və pensiyaları artırır" - İlqar Məmmədov

SOCAR qazın istehlak qiymətinin artırılmasının səbəblərini açıqlayıb

Hüseynün: İranın Azərbaycanda İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən dəstəklənən yeni hərəkatı

"Toya yazdırdığım pula heyfim gəlir" - Zaur Baxşəliyev

“24 günlük Vətən Müharibəsi” deyən direktor işdən çıxarıldı - Video

Putin amerikalı jurnalistə qarşı seksizmdə günahlandırıldı - Foto,Video

Məhkəmədə Bəxtiyar Hacıyev və Ülviyyə Alovlu arasında dava - Video

Ən çox oxunanalar