Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident İlham Əliyevin Özbəkistan səfəri... - Əlaqələr strateji səviyyəyə yüksəlir?

Azərbaycanın digər tükrdilli dövlətlərlə əlaqələrinin Türkiyə ilə olduğu kimi strateji səviyyə çıxarılmasında hansı əngəllər var və bu əngəllərin aşılması mümkündürmü?..

Politoloq: “İlham Əliyevin özbəkistanlı həmkarı Şövkət Mirziyayevlə keçmişdə imzalanan sənədlərin yeni reallıqlara uyğunlaşdırılması kontekstində müzakirə apardığını deyə bilərik”.

“Nəticə etibarilə Prezident İlham Əliyevin Özbəkistana səfəri iki tərəfli əlaqələrin inkişafına mühüm töhfə verməklə yanaşı, Türk dövlətləri birliyi təşkilatının inkişafina gətirib çıxaracaq”.

Bu sözləri politoloq Turan Rzayev prezident İlham Əliyevin Özbəkistana səfərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasında səfərdədir. Prezidenti Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar. Səfər xüsusilə dünyada baş verən son hadisələr - Rusiya-Ukrayna müharibəsi, dəyişən güc balansı, qida, su, və yanacaq böhranı, eyni zamanda türk birliyi istiqamətində atılacaq addımlar baxımından diqqət çəkirdi.

Dünən İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışını ediblər. Azərbaycan prezidenti İlham Əliyev özbək həmkarı Şavkat Mirziyoyevlə ibir sıra vacib sənədlər imza atıblar. Hazırda prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri davam edir.

Prezidentin Özbəkistan səfərini necə dəyərləndirmək olar və iki ölkə arasında əlaqələrin səviyyəsi qanedicidirmi? Azərbaycanın digər tükrdilli dövlətlərlə əlaqələrinin Türkiyə ilə olduğu kimi strateji səviyyə çıxarılmasında hansı əngəllər var və bu əngəllərin aşılması mümkündürmü?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Prezidentin Özbəkistana səfəri zamanı Daşkənddə Heydər Əliyev Meydanının açılışının olması da rəsmi Daşkəndin Bakı ilə münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduğunu göstərir”.

Ankara və Bakının Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının güclənməsi fonunda türk ölkələri ilə münasibətlərin təkcə ümumi deyil, həm də fərdi inkişafında maraqlı olduğunu vurğulayan politoloq PİA.az-a bildirib ki, Özbəkistan, Bakı-Ankara strateji əməkdaşlığının 3-cü halqasıdır:

“Ümumiyyətlə, Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini hər zaman dəstəkləyib. 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal zirvə görüşündə Özbəkistan Prezidenti Şövkət Mirziyayevin Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə isə Özbəkistan Prezidenti Şövkət Mirziyayev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini bildirib.

Prezidentin Özbəkistana səfəri zamanı Daşkənddə Heydər Əliyev Meydanının açılışının olması da rəsmi Daşkəndin Bakı ilə münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduğunu göstərir. Diqqətçəkən məqam isə bu səfərin 25 il əvvəl ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin tarixi ilə üst-üstə düşməsidir. Bu mənada İlham Əliyevin özbəkistanlı həmkarı Şövkət Mirziyayevlə keçmişdə imzalanan sənədlərin yeni reallıqlara uyğunlaşdırılması kontekstində müzakirə apardığını deyə bilərik.

Prezidentlərin ikili görüşü zamanı 19 sənəd imzalandı. Bununla belə gündəlikdə əsas üç məsələnin olduğunu düşünürəm. Hansı ki, həmin 3 məsələ rəsmi Bakı ilə Özbəkistanı həm də əməkdaşlığa sövq edir:

Birincisi, Özbəkistan və Azərbaycanı bir-birinə yaxınlaşdıran ilk amil şübhəsiz ki, iqtisadi faktorlardır. 2021-ci ilin statistikasına görə, hazırda Özbəkistanın Azərbaycana ixrac etdiyi malların ümumi dəyəri 17 milyon manatdan çoxdur. Azərbaycan isə Özbəkistana cəmi 3 milyon manatdan çox mal ixrac edib. İmzalanan 19 sənəd arasında iki dövlət arasında idxal-ixrac balansının tənzimlənməsi və aradakı fərqin azaldılmasına dair sənədlər də var.

Turan Rzayev: “TANAP və TAP layihələri ilə Avropaya qaz nəql edən Bakı mövcud qazın nəqlini artırmağa çalışır. Bu istiqamətdə isə Özbəkistan və Türkmənistan kimi ölkələrlə əməkdaşlıq xüsusi önəm kəsb edir”.

İkincisi, Özbəkistan təbii qaz istehsalına görə dünyada 14-cüdür. Rəsmi Daşkəndin Təbii qaz ehtiyatları 1,1 trilyon kubmetrdir. Özbəkistanın təsdiq edilmiş neft ehtiyatları isə 100 milyon tondur. Özbəkistan İqtisadi Araşdırmalar Mərkəzinin məlumatına görə, mövcud tendensiyaları və resurs istehlakı həcmlərini qoruyarkən, Özbəkistanda təbii qaz və kömür ehtiyatları yaxın 20-30 il davam edəcək, neft ehtiyatları isə praktiki olaraq mövcuddur.

Daşkəndin zəngin neft və qaz ehtiyatlarına malik olması Bakı ilə Daşkəndi yaxınlaşdırır. Belə ki, rəsmi Bakı hazırda Avropaya neft və qaz nəqlinin artırılmasında maraqlıdır. TANAP və TAP layihələri ilə Avropaya qaz nəql edən Bakı mövcud qazın nəqlini artırmağa çalışır. Bu istiqamətdə isə Özbəkistan və Türkmənistan kimi ölkələrlə əməkdaşlıq xüsusi önəm kəsb edir. Hesab edirəm səfər zamanı ölkə başçısı ilə Özbəkistan prezidenti arasında Avropaya təbii qazın nəqli və bu istiqamətdə iki ölkə arasında əməkdaşlıq müzakirə edildi.

Üçüncüsü, Ankara və Bakı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının güclənməsi fonunda türk ölkələri ilə münasibətlərin təkcə ümumi deyil, həm də fərdi inkişafında maraqlıdır. Özbəkistan, Bakı, Ankara strateji əməkdaşlığının 3-cü halqasıdır.

Ölkə başçılarının görüşü zamanı bu məsələdə müzakirə edildi və Özbəkistanın təşkilata inteqrasiyası məsələsinə, eyni zamanda strateji əməkdaşlığa dair sənədlər də imzalandı.

Nəticə etibarilə Prezident İlham Əliyevin Özbəkistana səfəri iki tərəfli əlaqələrin inkişafına mühüm töhfə verməklə yanaşı, Türk dövlətləri birliyi təşkilatının inkişafina gətirib çıxaracaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar