Bazar, 22 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Prezident İlham Əliyev Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim edib - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 25-də İkinci Dünya müharibəsinin iştirakçısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illiyi münasibətilə ona Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordenini təqdim edib.

PİA.az xəbər verir ki, dövlətimizin başçısına minnətdarlığını bildirən Fatma Səttarova deyib

- Azərbaycanımın, Azərbaycan Ordusunun qəhrəman oğlu, Ali Baş Komandan, 44 günün içində o boyda dağlıq yerləri, Qarabağı aldınız. Böyük qəhrəmanlıqdır. Azərbaycan xalqı Sizinlə fəxr edir, Allah qorusun. Siz camaata ruh verdiniz, Siz camaata inam verdiniz, Siz camaata ölkə qaytardınız, Siz Vətən qaytardınız, torpağımızı qaytardınız.

Prezident İlham Əliyev: Bu, bizim hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir.

Fatma Səttarova: Bəli, hamımızın, Azərbaycan xalqının qələbəsidir. Bəli, qələbəsidir, düzdür, o qələbənin rəhbəri lazımdır, o qələbəni qazanmaqdan ötrü rəhbər lazımdır.

Prezident İlham Əliyev: Bu qələbədə veteranların da payı çox olub. Siz hamımız üçün nümunəsiniz. Siz İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmisiniz, böyük fədakarlıq göstərmisiniz. Ondan sonra da həmişə fəal olmuşunuz. Sizi mən yüksək ordenlə təltif etmişəm.

Fatma Səttarova: Bilirəm, çox sağ olun, Allah razı olsun.

Prezident İlham Əliyev: Bu, Azərbaycan dövlətinin ən ali ordenlərindən biridir, “İstiqlal” ordenidir. Siz buna layiqsiniz. Çünki Siz öz həyatınızla istiqlal idelayarımızı tərənnüm etmisiniz və müstəqillik dövründə sizin fəallığınız, sizin sözünüz, qətiyyətli addımlarımınız, dövlətçiliklə bağlı gördüyünüz işlər bizim üçün çox əzizdir və nümunədir.

Fatma Səttarova: Çox sağ olun, Sizə qurban olum.

Prezident İlham Əliyev: Hər zaman sizinlə və digər veteranlarla 9 May Günündə görüşəndə biz Qarabağ haqqında danışırdıq.

Fatma Səttarova: Bəli, ancaq.

Prezident İlham Əliyev: Qarabağ haqqında danışırdıq və mən deyirdim ki, gün gələcək biz torpaqları azad edəcəyik, bax, gün gəldi.

Fatma Səttarova: Şükür, çox şükür.

Sonra Prezident İlham Əliyev Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim etdi və ona möhkəm cansağlığı arzuladı.

***

Prezident İlham Əliyev Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İkinci Dünya Müharibəsinin iştirakçısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illiyi münasibətilə ona Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordenini təqdim edib.

PİA.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

AMEA-nın alimləri dava edib, bir-birini təhqir etdi - Qalmaqal

Gürcüstandan gələn azərbaycanlı din xadimlərinin Ağdama səfəri başlayıb - Yenilənib

Gömrükdə baş verən özbaşınalıqlara nə vaxt son qoyulacaq? — Səfər Mehdiyev sahibkarları Prezidentə qarşı çevirir - Video

Son sutkada 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Ötən il dövlət büdcəsinin kəsiri proqnozdan 67 % az olub

Müdafiə və milli təhlükəsizlik sahəsinə nə qədər vəsait xərclənib?

Ötən il Qarabağın bərpasına nəzərdə tutulmuş xərclərin 99 %-i icra olunub

Tahir Kərimli Rəsulzadənin qəbrini ziyarət etdi

Azərbaycan millisi növbəti dəfə Litvanı məğlub edib

Azyaşlılara pornoqrafik video izlədən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Ən çox oxunanalar