Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Premyer Liqada lider dəyişə bilər: “Çelsi” səfərdə büdrədi - Video

İngiltərə Premyer Liqasının 15-ci turunda lider “Çelsi” səfərdə “Vesthem”in qonağı olub.

Qarşılaşmanın 29-cu dəqiqəsində qonaqlar Tiaqo Silvanın qolu ilə önə keçiblər. Lakin M.Lanzini 40-cı dəqiqədə penalti zərbəsi ilə hesabı bərabərləşdirib. İlk hissənin yekununu isə 44-cü dəqiqədə M.Mont qoyub. Qonaqlar ilk hissənin 1-2 hesabı ilə öndə başa vurub.

İkinci hissədə hücumların kəsərini artıran meydan sahibləri 56-cı dəqiqədə hesabı bərabərləşdirdikdən sonra qarşılaşmanın son dəqiqələrində qələbə topunu da vurmağa nail olublar.

87-ci dəqiqədə hesabı 3-2-yə çatdıran A.Masuaku yekun hesabı da müəyyən edib.
Beləliklə, aktivində 33 xalı olan “Çelsi” hələlik liderliyini davam etdirir. “Vesthem” isə bu qələbə ilə xalını 27-ə çatdıraraq 5-ci pillədəki “Arsenal”ı dörd xal qabaqlayıb.

Qeyd edək ki, bu gün “Liverpul” və ya “Mançester Siti” komandaları da meydana çıxacaq. Komandalar qarşılaşmanı qələbə ilə başa vuracağı halda “Çelsi” liderliyi, hətta ikinci pilləni belə əldən verə bilər. (oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar