Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polşa Almaniyadan 1,2 trilyon dollar təzminat tələb edib

Polşanın yeni dəyərləndirmələri 2019-cu ildə tələb olunan 850 milyard dollarlıq rəqəmdən belə çoxdur...

Polşa İkinci Dünya Müharibəsi zamanı Almaniyanın vurduğu itkiləri 6,2 trilyon zloti (1,32 trilyon dollar) olaraq qiymətləndirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hakim Qanun və Ədalət partiyasının lideri Yaroslav Kaçinski Varşavanın rəsmi olaraq təzminat tələb edəcəyini bildirib.

Lakin bu gün etibarı ilə Polşanın ən böyük ticarət tərəfdaşı sayılan, Avropa İttifaqı və NATO-nun üzvü Almaniya daha əvvəl İkinci Dünya Müharibəsi ilə bağlı bütün maliyyə iddialarının həll edildiyini bildirmişdi.

Polşanın yeni dəyərləndirmələri 2019-cu ildə tələb olunan 850 milyard dollarlıq rəqəmdən belə çoxdur. Lakin bu tələblər daha çox iqtidar partiyasının nümayəndələri tərəfindən dilə gəirlir və dövlət səviyyəsində qaldırılmır.

Xatırladaq ki, II Dünya müharibəsi zamanı altı milyona yaxın polyak, o cümlədən üç milyon Polşa yəhudisi alman faşistləri tərəfindən öldürülüb, Varşava isə 1944-cü ildə 200 min dinc sakinin ölümü ilə nəticələnən üsyandan sonra yerlə yeksan edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar