Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polkovnikdən Sahil Babayevə ağır sözlər: “Ay adı nazirlik olan…”

“Bizim pensiya və təqaüdlərimizlə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bizim dəyərli hüquqşünas zabit dostumuz İlqar Allahverdiyevə elektron qaydada cavab verilib. Mən burada o uzun və bir qədər də şablon cavabı səsləndirib sizləri yormaq istəmirəm. Sözüm ƏƏSMN-nin savadsız və bivec rəhbərliyinə və onların yalançı, təxribatçı və hərbidən bixəbər olan Fazil Talıblı və digər vəzifəli şəxslərinədir”.

Bu sözləri ehtiyatda olan polkovnik Üzeyir Cəfərov yazıb. O, bildirir:

“Bəs nə oldu, ay yalançı təxribatçılar? Deyirdiniz ki, guya siz nazirlik olaraq heç yana müraciət etməmisiniz hərbi qulluqçuların pensiya işi ilə əlaqədar? Hörmətli zabit dostlarımızdan birinin haqlı olaraq yazdığı kimi “oturduqları yerdə” Konstutusiya Məhkəməsi 15 may 2020-ci il tarixli qərarını verərək “Əmək pensiyaları haqqında” Qanuna nədən dəyişiklik etdi? Kimin hansı yeri və ən əsası nəyə görə “qaşındı” ki, gedib KM Pleniumuna yazılı müraciət etdi?..

Ay uşaq, ay ordunun nə olduğunu anlamayan adı nazirlik olub, fəaliyyəti insanları hakimiyyətədən və dövlətdən açıq şəkildə narazı salmaq olan qurumun nümayəndələri? Sizin ümumiyyətlə məqsədiniz və məramınız nədir? Siz başa düşürsünüzmü ki, yaxın illərdə sizin bu axmaq və yersiz hərəkətləriniz və addımlarınız Azərbaycan adlı dövləti və onun Silahlı Qüvvələrini, ordusunu çox böyük problemlərlə, çətinliklərlə üz-üzə qoyacaq?! Siz azərbaycanlısınlz, ya bu xalqa düşmən olan digər millətlərin nümayəndələri? Siz elə düşünməyin ki, biz o 5-10 manatın davasını edirik. Biz sizin kimi maddiyata bağlı olsaydıq, vallah indi hərəmiz bir böyük biznes və mal-mülkün sahibləriydik. Buna bizim bacarığımız da, qabiliyyətimiz də, ən əsası fiziki və mənəvi imkanlarımız da imkan verir. Ay YAZIQLAR!!! Ay pul hərisləri! Siz çox cılız və düşmən yanaşmanız ilə Azərbaycan adlı dövləti çox pis vəziyyətə qoyursunuz. AYILIN. Ordunun, Silahlı Qüvvələrin haqqına girməyin. Bu çox yanlış və zərərli yoldur.

Çox yazıb, insanların onsuz da korlanmış əsəblərini daha da korlamaq istəmirəm. Amma, inanın ki, bu xəlvəti, tülkücəsinə atdığınız yanlış addıma görə xalq və millət bir yaxın zamanlarda sizdən HESAB soracaq. Onda artıq çox gec olacaq.

Buradan ölkəmin və dövlətimin cavabdeh vəzifəli şəxslərinə səslənərək deyirəm: durdurun bu cavan və səriştəsiz şəxslərin yanlış və zərərli addımlarını. Adı millət vəkili olan deputatlardan xahiş və tələb edirəm ki, MM-in güc strukturları ilə bağlı müvafiq profil komitəsi də bu ciddi narazılığı və narahatçılığı nəzərə alsın”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar