Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polkovnik Zaur Nudirəliyev təyyarəni düşmən mövqeyinə çırparaq şəhid olubmuş - Video

Vətən müharibəsində böyük qəhrəmanlıq göstərən Hərbi Hava Qüvvələrinin pilotu, polkovnik Zaur Nudirəliyevin döyüş zamanı hansı şəraitdə şəhid olduğu açıqlanıb.

Bu barədə İTV-nin hazırladığı “Savaş şahini Zaur Nudirəliyev” adlı sənədli filmdə çıxış edən şəhid pilotun döyüş yoldaşı polkovnik-leytenant Reyhun Fərmanov bildirib.

Qeyd edib ki, Zaur Nudirəliyev təkcə düşmən mövqelərinə zərbələr endirməklə kifayətlənməyib:

“Oktyabrın 4-ü təxminən saat 12:15 radələri olardı, düşmənin hava hücumundan müdafiə vasitələrinin qoşulması haqqında kəşfiyyat məlumatı alan kimi, mən ona dedim ki, məhvetmə zonasına girməsin. Amma Zaur uçuşunu davam etdirdi, bizi dinləmədi.

O qədər əzmli idi ki, çətin vəziyyətdə olan quru qoşunlarımızın qarşısı açılsın deyə, təyyarəsi ilə götürdüyü döyüş sursatlarını təyin olunmuş koordinata atdı. Güman edirəm ki, uçuş zamanı düşmən hava hücumundan müdafiə vasitələri ilə onun təyyarəsini zədələdilər. Biz onun təyyarəsini düşmənin artilleriya mövqeyinin içərisində tapdıq. Təyyarəni sağ-salamat geri gətirə bilməyəcəyinə əmin olduqdan sonra, onu düşmənin artilleriya mövqeyinə çırparaq ermənilərə ciddi itkilər verməsinə səbəb oldu”.

Qeyd edək ki, 42 yaşlı Vətən Müharibəsi Qəhrəmanı Cəbrayıl-FüzuliAğdərə istiqamətlərində 12 uçuş həyata keçirərək düşmənin dayaq məntəqələrini, canlı qüvvələrini məhv edib, həmçinin Azərbaycan ordusunun qurudan ciddi üstünlüyə sahib olmasını təmin edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

NATO Baş katibi: Azərbaycan çox yaxşı təlim keçmiş və təchiz olunmuş hərbi qüvvələrə malikdir

“Qarabağ”ın səkkiz futbolçusu milli komandaların heyətinə çağırılıb

Ən çox oxunanalar