Çərşənbə axşamı, 30 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Polkovnik Xudafərinin azad olunması üçün keçirilən əməliyyatın detallarını açıqlayıb

“Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Dövlət Sərhəd Xidmətinin qarşısına qoyulan bütün tapşırıq və öhdəliklər layiqincə yerinə yetirilib”.

Bunu “Report”a müsahibəsində Dövlət Sərhəd Xidmətinin (DSX) polkovniki, Arazboyu əməliyyatlarında böyük şücaət göstərmiş Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsində əməliyyatların uğurla həyata keçirilməsinin səbəblərindən biri də pilotsuz uçuş aparatlarından (PUA) effektiv istifadə edilməsidir: “PUA-lar vasitəsi ilə düşmənin yeri, koordinatları müəyyənləşdirilirdi və daha sonra tam şəkildə bizə ötürülürdü. Biz “Harop”lardan da istifadə edərək düşmənə ağır zərbələr vurduq, onların texnikalarını məhv etdik. Xudafərin əməliyyatında da motivikasiya olunmuş AN-2 təyyarələrindən istifadə etdik. Cəbrayıl rayonunun Əmirvarlı kəndi düşməndən təmizlənəndən sonra Xudafərin körpüsünün azad olunması üçün əməliyyat planı hazırlandı”.

“Xudafərindəki yüksəkliklərin götürülməsi tapşırığını aldıq. İldırımsürətli bir əməliyyat nəticəsində yüksəklikləri düşməndən azad etdik. PUA-lar vasitəsi ilə düşmənin yeri əvvəlcədən aşkar edildi. Daha sonra düşmənin arxasına keçdik, ora yerləşən zaman ermənilər bunun fərqinə varmadı. Düşmənə qarşı burada qurulan pusqu nəticəsində uğurlu əməliyyat həyata keçirdik və onları məhv etdik. Ermənilərə qarşı buradakı üstünlüklərimiz sayəsində şəhidimiz və yaralımız olmadı”, - o vurğulayıb.

Qeyd edək ki, 44 gün davam edən və Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Vətən müharibəsində ən uğurlu döyüşlərdən biri də Arazboyu əməliyyatları olub. Bu uğurlu əməliyyatlar nəticəsində 2020-ci ilin oktyabr ayının 18-də Xudafərin körpüsü düşməndən azad edilib və 27 illik həsrətə son qoyulub.

Azad olunan Xudafərin körpüsünə Azərbaycanın şanlı üçrəngli bayrağı sancılıb. Bu sevinci Azərbaycan xalqına Ali Baş Komandan çatdırıb. Tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirən Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana DSX-nin zabiti, Vətən Müharibəsi Qəhrəmanı B.Ələkbərov məruzə edib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Polis "JEK" rəisinin otağında bıçaqlandı - DİN-dən açıqlama, yenilənib

Prezident bu nazir müavinlərini işdən çıxardı - Yeni təyinat

Rəmişin qızı ilə Gülü arasında qalmaqal böyüyür: "Qüruruma toxunub..." - Video

Dəhliz qərarı verildi, qalır rəmzi "adqoyma mərasimi" - əks halda, Ermənistan üçün "əlvida, Laçın dəhlizi!"

Aslan İsmayılovdan Səttar Möhbalıyevə həcv: “Qazini özünü öldürməyə vadar edən…”

Tanınmış ginekoloq qadına şiddətdən danışdı - Video

Deputatdan dövlət qurumuna ittiham: “300 milyonun necə xərcləndiyi məlim deyil“

Azərbaycanda məhkəmə müstəntiqin cəzalandırılması üçün Baş prokurora müraciət edib

“Futbolu məhv edən Elxan Məmmədov Prezidentlə poz verir” - Aslan Ismayilov

Ən çox oxunanalar