Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polad Bülbüloğlu: “Bakı İrəvanı sülh sazişinə çağırır”

Bakı İrəvanı sülh sazişi imzalayaraq sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşmağa çağırır”.

PİA.az xəbər verir ki, bunu Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bu ölkənin “RİA Novosti” İnformasiya Agentliyinə müsahibəsində bildirib və Qarabağ müharibəsinin artıq başa çatdığını dilə gətirib.

“Biz bu müharibənin başa çatdığını, münaqişənin keçmişdə qaldığını dəfələrlə bildirmişik. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq sülh sazişini imzalamalı, sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşmalıdır” – deyən səfir Ermənistan tərəfinin başqa mövqedə olduğunu diqqətə çatdırıb: “Ermənistan dövlətlərarası münasibətlərin həllini yenə ləngitməyə çalışmaqla bütün regionun hərtərəfli inkişafı üçün şərait yaradılmasına mane olur”.

Bölgədə Rusiya sülhməramlılarının missiyasının uzadılması məsələsinə toxunan diplomat deyib ki, bu gün bu barədə danışmaq hələ tezdir.

Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilən Rusiya Federasiyası sülhməramlı qüvvələri onlara həvalə olunmuş hərbi və humanitar vəzifələrini yerinə yetirməyə davam edir” – deyə səfir qeyd edib.

Xatırladaq ki, 2020-ci il 10 noyabr tarixli birgə bəyanata görə, Rusiya sülhməramlılarının fəaliyyət müddəti 5 il müəyyənləşdirilib.

“Biz dövlət başçılarımızın qarşıya qoyduqları vəzifələri yerinə yetirmək üçün əlimizdən gələni əsirgəməməliyik” – deyə, səfir P.Bülbüloğlu vurğulayıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar