Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polad Bülbüloğlu Azərbaycanın sülhə hazır olduğunu Fransa səfirinin diqqətinə çatdırıb

Dekabrın 8-də Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Fransanın Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Pyer Levini onun xahişi ilə qəbul edib.

Səfirliyin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, görüşdə Azərbaycanın Səfiri fransalı həmkarı ilə Azərbaycan, RusiyaErmənistan liderlərinin 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixli bəyanatlarının müddəalarının icrası ilə bağlı fikir mübadiləsi aparıb. Eyni zamanda söhbət əsnasında 26 noyabr 2021-ci il tarixində Soçidə keçirilmiş yüksək səviyyəli üçtərəfli görüşün nəticələri müzakirə olunub.

Səfir Pyer Levi qəbula görə təşəkkürünü bildirərək, post münaqişə, xüsusilə də Soçi görüşündən sonrakı vəziyyətə dair ölkəmizin mövqeyi ilə maraqlanıb.

Polad Bülbüloğlu ölkəmizin Prezident İlham Əliyevin qeyd etdiyi kimi sülh prosesinə hazır olduğunu bildirərək, bu kontekstdə sözügedən bəyanatların bəndlərinin Azərbaycan tərəfindən yerinə yetirilməsi məqsədi ilə praktiki addımların atıldığına baxmayaraq, Ermənistan tərəfindən bu öhdəliklərin hələ də icra olunmadığını vurğulayıb.

Ermənistanı mövcud reallıqla barışmalı olduğunu və tezliklə regiondakı iqtisadi və nəqliyyat əlaqələrinin bərpasının vacibliyini önə çəkən Səfir, üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində fəaliyyət göstərən İşçi qrupun keçirildiyi görüşləri qeyd edərək bu xüsusda, bölgədə nəqliyyat kommunikasiyalarının, o cümlədən Zəngəzur dəhlizinin ən qısa zamanda açılmasının buradakı ölkələr üçün yeni imkanlar yaradacağına, əməkdaşlıq və sülhə xidmət edəcəyinə əminliyini ifadə edib.

Soçidə baş tutmuş Azərbaycan, RusiyaErmənistan liderlərinin görüşünə toxunan Polad Bülbüloğlu həmsöhbətinin nəzərinə çatdırmışdır ki, bu görüş Bakı ilə Yerevan arasında münasibətlərin normallaşması baxımından olduqca vacib görüş olmuşdur və məhz liderlərin birbaşa təmasları müsbət nəticə verə bilər.

Daha sonra Fransalı Səfir iki ölkə arasında delimitasiya prosesinin detalları barəsində ona məlumat verilməsini xahiş edib.

Ölkəmizin Səfiri Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı müvafiq təmasların baş tutduğunu diqqətə çatdıraraq, ikitərəfli komissiyanın tezliklə yaradılmasının zəruriliyini qeyd edib və bu prosesin başlaması Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində əhəmiyyətli addım olacağını önə çəkib. P.Bülbüloğlu Azərbaycan tərəfinin bu məsuliyyətli işə hazır olduğunu bildirib.

Eyni zamanda, Polad Bülbüloğlu azad olunmuş ərazilərimizdə sürətlə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri haqqında ətraflı məlumat verərək, Füzuli şəhərində cəmi 8 ay ərzində beynəlxalq hava limanının inşa edildiyini, eləcə də qısa müddət ərzində yeni və müasir standartlara cavab verən “Zəfər yolu”nun istifadəyə verildiyini həmsöhbətinin diqqətinə çatdırıb.

Həmçinin görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Azərbaycanın Səfiri fransalı həmkarına Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə çap edilmiş “Zəfər salnaməsi” və “Qarabağ işğaldan əvvəl və sonra” kitablarını hədiyyə edib.

Fransalı Səfir Pyer Levi maraqlı və faydalı görüşə görə öz təşəkkürünü bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

Ən çox oxunanalar