Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pirşağının acınacaqlı vəziyyəti – Sakinlərdən prezidentə müraciət…

Bir qrup Pirşağı sakini Azərbaycan prezidenti İlham Əliyevə ünvanladıqları müraciəti PİA.az-ın redaksiyasına da ünvanlayıblar…

Şikayətçilər qəsəbədə acınacaqlı sosial vəziyyətdən şikayətlənir və Prezidentdən kömək istəyirlər. Pirşağı sakinlərinin müraciətini olduğ kimi təqdim edirik:

Bakı Şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsinin Bağlar massivi, 48-ci dalan, Milli Qəhrəman Əsəd Cəlal oğlu Əhmədov küçəsində yaşayan sakinlər tərəfindən

Azərbaycan Respublikasının Prezidenti, İlham Əliyev Cənablarına,

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, xanım Mehriban Əliyevaya

Müraciət

Hörmətli Cənab Prezident!

Bakı Şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsinin Bağlar massivi, 48-ci dalan, Milli Qəhrəman Əsəd Cəlal oğlu Əhmədov küçəsində yaşayan ailələr adından Sizə müraciət etmək istəyirik.

Cənab Prezident, Azərbaycanımızın quruculuğu sahəsində apardığınız islahatlar və şəhərimizin abadlaşdırılması istiqamətində görülən işləriniz bizi şəhərimizə daha da sevdirir və fərəh hissi ilə öz ölkəmizin belə abadlaşdırılmasını görmək çox qürur verici hissidir.

Son illər ərzində Bakı şəhərinin qədim qəsəbələrinin bərpası işləri Sizin verdiyiniz tapşırıqlar sayəsində cox sürətlə icra edilir.

Misal üçün ötən illər ərzində bizdən öncəki dalanlarda quruculuq və abadlıq işləri aparılıb. Lakin təəsüflər olsun ki, bu abadlıq işlərindən Pirşağı qəsəbəsinin bağlar massivinin 48-ci dalanında yaşayan sakinləri bəhrələnə bilmir. Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş Milli Qəhrəman Əsəd Cəlal oğlu Əhmədovun adını daşıyan bu küçə, təəssüflər olsun ki ürək açan vəziyyətdə deyil.

Cənab Prezident, 2020-ci ilin əvvəllərində Sizə ünvanladığımız məktubdan sonra, Sizin tapşırıqlarınıza əsasən bəzi aidiyyatı qurumlar əraziyə baxışlar keçirmiş və burada işlərin aparılması istiqamətində bəzi tədbirlər planını hazırlamışdılar. Təəsüflər olsun ki, ondan sonra heç bir qurum bizim ərazilərin abadlaşdırılması ilə bağlı bir iş aparmamışdı.

Həmən dönəmlərdə dünyanı bürüyən pandemiya və Vətən müharibəsi səbəbindən biz sakinlər müraciətlərimizi dayandırmışdıq və düşünürdük ki, bizim məsələlər ölkə problemləri ilə müqaisədə prioritet təşkil edən məsələlərdən deyil.

Cənab Prezident, yaşayış massivimizin cari durumu ilə bağlı Sizə məlumat vermək istərdik.

Hal-hazırda təqribən 2 km ərazi zolaği olan 48-ci dalanın yolları ürək açan deyil. Hər dəfə yağış yağan zaman, asfalt örtüyü olmayan bu yollar iflic vəziyyətə düşür. Böyük gölməçələr yaranır və bu insanların hərəkətinə və məxsusən də məktəbli uşaqların gündəlik hərəkətlərinə böyük maneələr yaradır.
(foto məktuba qoşma olaraq təqdim edilir)

Cənab Prezident, təəssüflər olsun ki, yol məsələsi yeganə məsələ deyil. Belə ki, işıq naqillərinin köhnə və yararsız vəziyyətdə olması, 48-ci dalanda elektrik xəttlərinin tez-tez sıradan çıxmasına da səbəb olur. (foto məktuba qoşma olaraq təqdim edilir). Elektrik naqillərinin belə olması, ev avadanlıqlarının da tez tez sıradan çıxmasına səbəb olur.

Eyni zamanda, işıq dirəklərinin yararsız olması gələcəkdə yolların işıqlandırılması məsələsini də qeyri mümkün edir.

Elektrik naqillərin yenilənməsi və sakinlərin elektrik tələbatlarına uyğun yeni transformator paylayıcı qurğusunun bu dalanda qoyulması elektrik problemlərinə son qoya bilər.

Bundan başqa 48-ci dalanda su borularının yararsız vəziyyətdə olması, tez-tez su xəttlərinin dağılmasına və bu xəttlərin AzərSu qurumu tərəfindən kustar yollarla bərpa edilməsi çox üzücü bir haldır. (foto məktuba qoşma olaraq təqdim edilir).

48-ci dalan sakinlərinin AzərSu ASC-nin abonentləri olmasına baxmayaraq, icməli suyun olmamasından il boyu əziyyət çəkirlər. Bu səbəbdən sakinlər şirin suyu kənardan sıfariş edərək çox baha qiymətə, rəsmi tariflərdən 4-5 dəfədəndə daha baha qiymətə almaq məcburiyyətində qalırlar.

Buda əlavə maliyyə xərclərin artması və sakinlərin sosial rifahlarının pisləşməsi ilə nəticələnir.

Cənab Prezident, Azərsu ASC ilə 48-ci dalanın sakinləri arasında suyun alınmasına dair alqı-satqı müqaviləsinə əsasən AzərSu ASC abonentləri içməli su ilə təmin etməlidir. Təəsüflər olsun ki, bizim massivin ətrafında il boyu fəaliyyət göstərən kafe və restoranlar, istirahət məkanları, marketlər və digər qeyri yaşayış obyektləri su ilə fasiləsiz təmin olunan halda, 48-ci dalanın sakinləri həm suyun düzgün paylanmaması həm də su borularının yararsız vəziyyətdə olması səbəbindən suya olan ehtiyyatlarını təmin edə bilmirlər.

Cənab Prezident bizim ərazi bağlar massivi adlandırılmasına baxmayaraq burada olan sakinlərin 90%-dən çoxu bütün il boyu burada yaşayan sakinlərdir və bu insanların əksəriyyəti yaşlı və təqaüdçü nəslin nümayəndələridir.

Nəqliyyat və kommunal xidmətlərlə bağlı problemlərin uzun müddətdir ki həll olunmaması yaşayış və sosial duruma mənfi təsir edir.

Çirkab suların axıdılması üçün kanalizasiyaların da olmaması, sakinləri narahat edən əsas məsələlərdən biridir.

Sakinlər tərəfindən dəfələrlə aidiyyatı qurumlara müraciət edilsə də bu məsələlər öz həllini tapmayıb.

Cənab Prezident, bu məktuba qoşma olaraq əlavə etdiyimiz məktublar, aidiyyatı olan qurumlara müraciət ərizələridir. Təəsüflər olsun ki, bu müraciətlər hələ də öz həllini tapmamışdır.

Cənab Prezident, biz, 48-ci dalanın sakinləri, Sizin şəhərimizin abadlaşdırılması istiqamətində apardığınız siyasəti və görülən işləri daima alqışlayır və inanırıq ki, yalnız Sizin təşəbbüsünüzlə Pirşağı qəsəbəsində aparılan quruculuq və abadlıq işləri bizim 48-ci dalana da şamil ediləcəkdir.

Cənab Prezident, yol, elektrik xəttləri və su, kanalizasiya kimi cari problemlərimizin həllində Sizin dəstəyinizə ehtiyyacımız var və biz inanırıq ki, Siz bu məsələlərin həllində müvafiq qurumlara tədbirlərin görülməsinə tapşırıqlarınızı verəcəksiniz.

Dərin hörmətlə,
Pirşağı qəsəbəsi, bağlar massivi, Milli Qəhrəman Əsəd Cəlal oğlu Əhmədov küçəsi, 48-ci dalanın sakinləri”.

Fotolar

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar