Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pirallahıda Ulu Öndər Heydər Əliyevin 98-ci il dönümü ilə bağlı ağacəkmə aksiyası həyata keçirilib

Pirallahı rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü ilə bağlı ağacəkmə aksiyası həyata keçirilib...

Müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində heç vaxt silinməyəcək dərin izlər buraxmışdır. Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi, mədəni və dövlətçilik həyatının bütün sahələrində dirçəliş məhz Heydər Əliyevin adı ilə əlaqədardır.

PİA.az xəbər verir ki, Ümummilli liderimizin ölümündən 18 ilə yaxın bir müddət keçməsinə baxmayaraq Azərbaycan xalqı öz dahi oğlunu heç vaxt unutmur və onu öz qəlbində daima yaşadır. Heydər Əliyev böyükdən-kiçiyə hər kəsin qəlbində dərin məhəbbət və ehtiramla xatırlanır. Hər il Ulu öndərin doğum və anım günlərində onun məzarı başında - Fəxri xiyabanda yaşanan izdiham xalqın öz böyük oğluna əbədi məhəbbətinin əyani təcəssümüdür.

Bu il də 10 may 2021-ci il tarixində dahi şəxsiyyətin anadan olmasının 98-ci il dönümü ilə əlaqədar Respublika ərazisində olduğu kimi, paytaxt Bakının ən gənc rayonu olan Pirallahı rayonunda da Rayon İcra Hakimiyyəti, YAP Pirallahı rayon təşkilatı, idarə və müəssisələrin də iştirakı ilə genişmiqyaslı ağacəkmə kompaniyası keçirilimişdir. Belə ki, Gürgən qəsəbəsi ərazisində 900-ə yaxın (Tuya, Sərv, Zeytun və gül kolları) ağac və gül kolları əkilərək aqrotexniki qulluq göstərilmişdir. Rayon yarandığı gündən bu günədək ümumilikdə əkilən ağacların sayı 360700 ədəd təşkil etmişdir.

Bu əlamətdar gün və Ramazan bayramı münasibətilə şəhid ailələri, qazilər, müharibə iştirakçıları, mömün və aztəminatlı ailələrə bayram sovqatları paylanılmışdır. Bayram sovqatları Həmkarlar İttifaqı Konfedrasiyasının xətti ilə 50 ədəd, Qızıl Aypara Cəmiyyəti tərəfindən 35 ədəd, Rayon İcra Hakimiyyəti tərəfindən 100 ədəd təşkil edilmişdir. İlin əvvəlindən H.Əliyev Fondu tərəfindən bu qəbildən olan 194 ailəyə bayram sovqatı paylanılmışdır.

Xüsusi ilə vurğulanmalıdır ki, müharibə iştirakçıları, şəhid ailələri YAŞAT Fondu tərəfindən daim diqqət mərkəzindədir. Rayon İcra Hakimiyyəti tərəfindən mənzil uçotuna götürülmüş 4 ailə (2-si şəhid, 2-si qazi olmaqla) artıq tam təmirli mənzillərlə təmin olunmuşdular.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar