Bazar ertəsi, 08 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Pike məşhur fotomüxbirin telefonunu sındırdı - Video

Kolumbiyalı müğənni Şakiradan ayrılan Jerar Pike əsəbi davranışları ilə diqqət çəkməyə başlayıb.

Belə ki, “Barselona”nın müdafiəçisi məşhur fotomüxbir Xordi Martinonun telefonunu sındırıb.

“O, mənim mobil telefonumu yerə çırpdı, ardınca isə maşınına minib getdi”, - deyə Xordi Martino vurğulayıb.

İspaniya mətbuatı yazır ki, Xordi Martino hava limanında Pikedən etdiyi hərəkətin izahını istəyəndə müdafiəçi yenidən qəzəblənərək özündən çıxıb.

Öz növbəsində Şakira da futbolçu ilə ayrıldıqdan sonra çətin günlərini yaşayır. Müğənninin mütəmadi olaraq təqib olunduğu bildirilir.

Şakiranın qardaşı Tonino Mebarak bacısının yaşadığı evin yaxınlığında bir neçə naməlum kişinin mütəmadi olaraq gəzişdiyini bildirib.

T.Mebark bununla əlaqədar artıq polisə də müraciət edib. (oxu.az)

pia.az 


Etiket:


Digərxəbərlər

Qriqoryandan yeni müharibə anonsu – Ermənistan istəməsə “Laçın dəhlizi”nin marşurutu dəyişməyəcək?..

Əbülfəz Məlikov DGK sədri olmaq istəyir?

Populyar xəbərlər

Bakıda sürücülər etiraz aksiyası keçirdi - Video

Sabiq icra başçısının villaları, maşınları və fermaları...

DTX-dan əməliyyat - “Broker” Əbülfəz Məlikovun həbs edilməsi təsdiqləndi

Ermənistanda gəbərən əsgərlərin qəbir daşına faşist svastikası həkk edirlər - Foto

Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri... - Fotolar

"Neftçi"nin sabiq prezidenti UEFA-dan yeni təyinat alıb

Yol polisi Səfər Mehdiyevi saxladı: "Sən nə həyasız adamsan?" - Video

Daha bir erməni Azərbaycan Prezidentinə müraciət etdi - Video

Ən çox oxunanalar