Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Peyvənd olunan nazirlər kimlərdi?

Son vaxtlar Azərbaycanda koronavirusla mübarizədə müsbət dinamika əldə edilib. Cəmi bir neçə ay əvvəl 60 minin üzərində olan aktiv koronaviruslu xəstə sayı hazırda 1638 nəfər təşkil edir.

Sözsüz ki, yoluxmada azalmanın əsas səbəblərindən biri bu ilin 18 yanvarından başlayan vaksinasiyadır.

Hazırda COVID-19-a qarşı peyvənd olunan vətəndaşlarımızın sayı 3 milyona yaxınlaşır.

Koronavirusla mübarizədə əldə olunmuş müsbət nəticələr nəzərə alınaraq, 31 maydan etibarən ölkəmizdə sərt karantin rejiminin bir çox məhdudliyyətləri aradan qaldırılıb, insanlar normal həyata dönməyə başlayıb.

Məlum olduğu kimi, Azərbaycanda COVID-19-a qarşı vaksinasiyaya start verilən ilk gündə hələ o zaman səhiyyə naziri postunu tutan Oqtay Şirəliyev peyvənd olunmuşdu. Səhiyyə sahəsində müsbət işlərilə xatırlanmayan cənab Şirəliyev bir müddət sonra vəzifəsindən azad edilsə də, ilk vaksin vurduran nazir kimi yadda qaldı.

İlk peyvənd olunanlardan biri də İqtisadiyyat naziri Mikayıl Cabbarov olub. M.Cabbarov peyvənd olunması ilə bağlı məlumatı sosial şəbəkə hesabında ictimailəşdirmişdi.

Maraqlıdır, Azərbaycanda Nazirlər Kabineti yanında operativ qərargahda təmsil olunan nazirlərdən başqa kimlər peyvənd olunub?

Modern.az elə bu sualla nazirliklərin mətbuat katiblərinə müraciət edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, təmsil etdiyi qurumun rəhbəri, general-polkovnik Vilayət Eyvazov ilk peyvənd olunanlar sırasındadır:

“Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov COVID-19 əleyhinə peyvəndin hər iki dozasını qəbul edib”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova da nazir Muxtar Babayevin koronavirusa qarşı bütün təhlükəsizlik tədbirlərinə riayət etdiyini açıqlayıb:

“Cənab nazir koronavirus əleyhinə peyvəndin hər iki dozasını vurdurub. Muxtar Babayev ilk dozanı fevral, ikinci dozanı mart ayında qəbul edib”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynovun sözlərinə görə, nazir İnam Kərimov da virusa qarşı peyvənd olunanlardandır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov nazir Sahil Babayevin COVID-19 əleyhinə peyvənd olduğunu diqqətə çatdırıb.

Onu da qeyd edək ki, rəhbər şəxslər arasında koronavirusa yoluxanlar çox olsa da, yalnız mədəniyyət naziri Anar Kərimovun aprel ayında COVID-19-a yoluxduğu rəsmən açıqlanıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsinə görə, yoluxmuş şəxslər 6 ay sonra peyvənd vurdura bilərlər.

Böyük müəllim ordusuna peyvənd çağırışı edən təhsil naziri Emin Əmrullayevin də yaxın aylarda virusa yoluxma səbəbindən peyvənd vurdurmadığı qeyd edilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar