Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Peyğəmbərlər belə şəhidlərə təzim edəcək - Hacı Şahin

Şəhidlər xalqın qazancıdır...

"Şəhidlərimiz Azərbaycan xalqının üzərində böyük bir haqqa sahibdir. Hər il anım günündə xalq növbəti dəfə öz birliyini, vəhdətini nümayiş etdirir".

Bunu Bakupost.az -a açıqlamasında ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli şəhidlərimizin Anım günü ilə bağlı danışarkən deyib. 

İlahiyyatçı qeyd edib ki, şəhadət həm dini nöqteyi-nəzərən, həm də milli dövlətçilik baxımından ən yüksək rütbə hesab olunur:

"Tariximizdə ən parlaq səhifənin açıldığı bir gündür. Şübhəsiz ki, bu yolda şəhidlərimizə borcluyuq. Azərbaycanın hər yerində şəhidlərimiz böyük ehtiramla anılır. Bu il də Şuşada Yuxarı Gövhər Ağa məscidində şəhidlərimizin ruhuna namaz qılıb, Quran oxumaq nəsib oldu. Bir daha şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik. Bu müqəddəs məkanda olarkən şəhidlərimizin nə dərəcədə fədakarlıq etdiyi, qəhrəmanlıq göstərdiklərini görmək və hiss etmək olur. Çünki Şuşa alınmaz qala hesab olunurdu. Amma Azərbaycan Ordusunun qəhrəman, igid əsgər və zabitləri Şuşanı qanı-canı bahasına erməni tapdağından azad etdi. Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi, ordumuzun şücaəti, cəsurluğu müxtəlif yerlərdə danışılır, müzakirə edilir".

Hacı Şahin Həsənli igid oğullarımızın ucaldığı Şəhidlik məqamı haqqında da fikirlərini bildirib:

"Şəhidlik insanın çata biləcəyi ən yüksək zirvədir. İnsan bundan uca bir məqama çata bilməz. Allah dostları, peyğəmbərlər, imamların şəhadətə yüksəlmək arzuları olub. "Qurani-Kərim"də qeyd olunur ki, şəhidlərə ölü deməyin, onlar diridirlər. Bundan da daha önəmli odur ki, Quran buyurur, şəhidlər Allahın yanındadır. Allahın yanında olmaq bizim təsəvvür edə bilməyəcəyimiz yüksək bir məqamdır. Yəni, şəhidlər cənnətdən də daha yüksək məqama ucalıblar. Ona görə tarixən şəhid ailələrinə baş sağlığı ilə yanaşı gözaydınlığı da verilib. Çünki Vətən uğrunda qurban vermək hər bir ailəyə nəsib olmur. Şəhid ailələri elə şəhidlərimiz qədər dəyərlidir. Ona görə də Azərbaycan xalqı, dövləti şəhid ailələrinə xüsusi bir ehtiramla yanaşır. Çünki şəhidi formalaşdıran məhz ailələrdir. Məhəmməd Peyğəmbərdən (s.ə.s) hədis var ki, şəhidlər qiyamət günü məhşərə gələndə bütün peyğəmbərlər ayağa qalxacaq, ehtiram əlaməti olaraq şəhidlərimizə təzim edəcəklər. Yəni, şəhidlik elə bir uca məqamdır ki, peyğəmbərlər belə ayağa durub onlara ehtiram göstərir. Şəhadət bir xalq üçün itki deyil. Şəhidlər xalqın qazancıdır".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar