Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Peskovun oğlu səfərbərlikdən imtina edib: “Başqa yolla həll edəcəm” - Video

Yayılan səs yazısına münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, onun oğlu səfərbərlikdən imtina etməyib...

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun oğlu Nikolay Peskov səfərbərlik üçün hərbi komissarlığın çağırışına getməkdən imtina edib.

PİA.az xəbər verir ki, bu gün jurnalistlər hərbi komissarlıq adından Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun oğlu Nikolay Peskova zəng ediblər və ondan sabah saat 10-da səfərbərliklə bağlı hərbi komissarlığa gəlməyi tələb ediblər. Yayılan videoda jurnalist özünü həsrbi komissarlığın əməkdaşı olaraq təqdim edərək Nikolay Peskovdan həkim müayinəsindən keçmək üçün hərbi komissarlığa gəlməsini istəyiblər. Kremlin sözçüsünün oğlu isə cavabında bildirib ki, o sabah 10-da hərbi komissarlığa gəlməyəcək və ümumiyyətlə bu məsələni digər səviyyədə başqa yolla həll edəcək. Oğul Peskov imtinasını onu birbaşa cəbhəyə aparılma ehtimalı ilə əlaqələndirib. Daha sonra jurnalist-“hərbi komissar” ondan soruşub ki, Nikolay Peskov könüllü olaraq orduya qatıla bilərmi? Cavabında isə Nikolay Peskov bildirib ki, o, könüllü olaraq müharibəyə getmək istəmir və buna görə də onun adının qarşısına razılıq işarəsi qoyulmasın.

Nikolay Peskovun səs yazısı yayıldıqdan sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, onun oğlu səfərbərlikdən imtina etməyib və səs yazısını yayan jurnalistlər həmin söhbəti qayçılayaraq” Nikolay Peskovun fikirlərinin mahiyyətini dəyişiblər.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya prezidenti Vladimir Putin qismən səfərbərliklə bağlı fərman imzalayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar