Cümə, 28 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Perm üçbucağı” – bu məkanda siyasi məhbusların zolaqlı paltar geyinmələri məcbur sayılıb

Permin Kuçino kəndi yaxınlığındakı üç islah-əmək düşərgəsi (Perm-35, Perm-36, Perm-37) Baş Düşərgələr İdarəsi (QULAQ) tarixinə “Perm üçbucağı” kimi düşüb. Stalinin hakimiyyəti illərində salınan bu düşərgələr Qorbaçovun dövrünə qədər fəaliyyətini davam etdirib.

1940-cı illərdə “Perm üçbucağı”nda ağır cinayət törədənlər və cinayət törətmiş orta ranqlı vəzifəlilər saxlanılıb. Düşərgələrdən biri, “Perm-36” əsasən repressiya qurbanlarını qəbul edib. 1953-cü ildə düşərgələrin kontingentinə daha bir qrup əlavə olunub – ölkənin hüquq mühafizə orqanlarında çalışmış və cinayət törətmiş şəxslər.

Düşərgələrin hər biri min nəfərin saxlanılması üçün nəzərdə tutulsa da, 1970-ci illərə qədər hər üç düşərgədə saxlanılanların sayı nəzərdə tutulduğundan bir neçə dəfə artıq olub ki, bu da məhbusların saxlanılma şəraitində ciddi problemlər yaradıb.

“Perm üçbucağı”nın məhbuslarından işçi qüvvəsi kimi istifadə olunub. 12-14 saatlıq ağır iş rejimi, tibb xidmətinin, düşərgələrdə məişət şəraitinin acınacaqlı vəziyyətdə olması, ağır cəza tədbirləri bu məkanı əsl cəhənnəmə çevirib. Təkcə 1948-1949-cu illərdə aclıq, xəstəlik, ağır iş səbəbindən “Perm üçbucağı”nda 425 nəfər həyatını itirib. Digər düşərgələrlə müqayisədə “Perm üçbucağı”nda intihar sayı 14 faiz çox olub.

Məhbuslarla görüşə il ərzində cəmisi iki dəfə icazə verilib. Bağlama qəbuluna da qadağalar qoyulub ki, hər bir məhbus il ərzində yalnız dörd bağlama ala bilib. Məktub göndərməyə və almağa ayda yalnız bir dəfə icazə verilib ki, həm daxil olan, həm də çıxan məktublar düşərgə nəzarətçiləri tərəfindən oxunduqdan sonra ünvanlarına çatdırılıb. Daxili rejim qaydalarını pozanlara isə görüş, bağlama və məktub qəbulu qadağan edilib.

Stalin rejimi sona çatsa da, “QULAQ” bir qurum kimi ləğv olunsa da, “Perm üçbucağı” fəaliyyətini davam etdirib və düşərgələrdə heç nə yaxşılığa doğru dəyişməyib.

1970-ci illərin əvvələrində SSRİ-də antisovet və antikommunist rejiminə qarşı çıxanlarla mübarizə sərtləşdiriləndə bu məsələ Siyasi Büronun qapalı iclaslarında dəfələrlə müzakirəyə çıxarılıb. Müzakirə olunan məsələlərdən biri də siyasi məhbusların saxlanılma yeri ilə bağlı olub. SSRİ daxili işlər naziri Nikolay Şelekov siyasi məhbusları mərkəzdən çox-çox uzaqlarda saxlamağı məqsədəuyğun sayıb. Nazir təklif edib ki, “Perm üçbucağı” siyasi məhbusların cəza çəkməsi üçün ən uyğun yerlərdən biridir. DTK sədri Yuri Andropov Şelekovun bu təklifinə qarşı çıxıb və fikrini belə əsaslandırıb:

“Daxili işlər naziri Nikolay Şelekov təklif edir ki, siyasi məhbuslar “Perm-36” islah əmək koloniyasında saxlanılsınlar. Mənə maraqlıdır, yoldaş Şelekov bir dəfə olsun belə həmin düşərgədə olubmu? Mən nəzərinizə bir məsələni çatdırmaq istəyirəm. Hələ İosif Stalinin hakimiyyəti illərində bu üç düşərgə “Perm üçbucağı” adı ilə qərb ölkələrinin mətbuatında müzakirə mövzusuna çevrilib, bu cəzaçəkmə müəssisələrindəki acınacaqlı vəziyyət sərt tənqid olunub. Hazırda da həmin düşərgələrdə eyni vəziyyətdir, 30 il bundan əvvəlki vaxtla indinin arasında heç bir fərq yoxdur. Əgər SSRİ-yə gələn xarici mətbuat nümayəndələrindən biri həmin düşərgədəki vəziyyətlə maraqlanmaq istəsə və reportaj hazırlasa, yenə də biz qərbdə tənqid hədəfinə düşəcəyik. Mən belə düşünürəm ki, siyasi məhbusların cəza məkanları, saxlanılma şəraitlərinə həssaslıqla yanaşmaq lazımdır...”

Mərkəzi Komitə katibləri, Siyasi Büro üzvlərinin əksəriyyəti Andropovun fikirləri ilə razılaşıb. Amma nədənsə Leonid Brejnev sonda Şelekovun təklifini qəbul edib. Şelekov “Perm üçbucağı”nın qapalı müəssisə olduğunu əsas gətirərək bu əlçatmaz məkana kənar heç kimin ayaq qoymayacağına əmin olub.

Beləliklə, 14 yanvar 1972-ci ildə Şelekov müvafiq əmr imzalayıb. Qeyd edək ki, mövcud dövrdə cəzaçəkmə müəssisələri Daxili İşlər Nazirliyinin tabeliyində olub. Bununla da siyasi məhbuslar cəzalarını çəkmək üçün Permə göndəriliblər.

Bu qərardan sonra “Perm üçbucağı”nda məişət şəraiti, qidalanma, tibb xidməti, iş rejimi qismən də olsa yaxşılaşdırılıb. Amma daxili rejim qaydaları daha da ciddiləşdirilib. Hətta siyasi məhbusların zolaqlı xüsusi paltarların geyinmələri məcbur sayılıb.

“Perm üçbucağı” nə qədər qapalı və əlçatmaz olsa da, onun səsi tez-tez uzaqlardan, qərb mətbuatından gəlib. 1980-ci illərin sonlarında, Qorbaçovun hakimiyyəti dövründə bir neçə dəfə xarici jurnalistlər, hüquq müdafiəçiləri bu məkanı ziyarət edə biliblər.

1988-ci ildən sonra siyasi məhbuslar azad olunmağa başlayanda “Perm-36”nın fəaliyyəti dayandırılıb və bu cəzaçəkmə müəssisəsində muzey yaradılıb. “Perm-37”nin yerində yaşıllıq zonası salınıb. “Perm-35” isə hazırda cəzaçəkmə müəsisisəsi kimi fəaliyyət göstərir. Amma siyasi məhbuslar üçün deyil, yüngül cinayətlər törədənlər üçün. Beləliklə, SSRİ-nin süqutu ilə “Perm üçbucağı” da süquta uğrayıb.

İlham Cəmiloğlu (Musavat.com)

pia.az

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Ərəblərin ov üçün getdiyi Ceyrançöldəki çadırlarından görüntülər - Video

Dövlət Gömrük Komitəsinin 20 yaşlı əməkdaşının dəbdəbəli həyatı - Fotolar

Sabiq deputatın mülklərinin siyahısı açıqlandı: Saymaqla bitmir - Fotolar

Daha bir məktəbdə biyabırçı video: Sinifi dağıdır, müəllimi qovurlar - Video

Qırğızıstan-Tacikistan sərhədində atışma zamanı 17 nəfər yaralanıb - Yenilənib,Video

Prezident və birinci xanım Tədris və Xidmət Kompleksinin açılışında iştirak ediblər - Yenilənib

Polkovnikdən Sahil Babayevə ağır sözlər: "Ay adı nazirlik olan,sizin məqsədiniz, məramınız nədi?…"

İnflyasiya hansı səviyyədə manatın devalvasiyasını zəruri prosesə çevrilə bilər?..

Şor pendir qiymətinə, pendir ət qiymətinə... - Kasıb nə yesin? - Fotolar

Zakir Fərəcovun "dağılan tifağı": Eldar Həsənovun biznes şəriki çıxılmaz vəziyyətdə...

Bərdədə 4 800 şəhidin paltarlarının və şəxsi əşyalarının basdırıldığı yer - Foto

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında Ermənistanla münasibətlərin normallaşması müzakirə edilib - Yenilənib

Ən çox oxunanalar