Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pəncərə qabağında güllələnmiş atalarını gözləyən beş uşağın nağılı

Qan Turalı yazır...

Dünən biz Azərbaycan rəssamlığının ən görkəmli simasını itirdik.

Sözsüz ki, Tahir Salahovun parlaq istedadının və yaradıcı entuziazmın məhsulu olan rəsm əsərləri daim yaşayacaq.

Ancaq onun dramatik həyat hekayəsi bu rəsmlərə heyranlıqla baxanların neçəsinə bəllidir ki?!
Biz bu gün o hekayəni danışacağıq.

Tahir Salahov 92 yaşında dünyadan getdi...

Ancaq həyatın zərbəsi Tahir Salahova dəyəndə onun cəmi-cümlətanı 9 yaşı vardı.
Tahir Salahovun soyadını 92 il şərəflə daşıdığı atası Teymur Heydər oğlu Salahov 1938-ci ildə güllələnmişdi...

Kim idi Teymur Salahov?

İnqilabi ideyalara meyl salmış savadsız bir fəhlə...

Partiyaya hələ 1919-cu ildən üz olmuşdu.

Öz üzərində yorulmadan işləmişdi, Bakı Partiya məktəbinin ilk məzunlarından biri idi.

Sovet hakimiyyətinin ilk illərində Daşkəsən partiya komitəsinin katibi oldu.

Daha sonra təyinatı Laçına verilmişdi.

O Laçının katibi olanda icraiyyə komitəsinin sədri gələcəyin görkəmli yazıçısı Süleyman Rəhimov idi.

Salahovun yüksəlişi davam edirdi.

Bakıya çağırıldı və Meyvə Tərəvəz Ticarəti Təşkilatının direktoru təyin edildi.

1937-ci il onun üçün isə qara gəldi.

İlin ilk günlərində Teymur Salahov mühakimə edilmiş trotskistlərlə əlaqədə olmaqda və bu əlaqələri partiyadan gizlətməkdə ittiham edilərək partiya sıralarından xaric edildi.

Ancaq vəzifəsinin icrasını davam etdirirdi.

İyul ayında isə o həbs edildi.

Bu dəfə ittiham daha sərt idi.

Belə ki, həbs edilən Torpaq komissarı (naziri) və Mərkəzi Komitənin kənd təsərrüfatı şöbəsinin müdiri istintaqa verdiyi ifadələrdə Salahovun da onlarla birgə əksinqilabçı millətçi təşkilatın üzvü olduğu göstərilmişdi.

Teymur Salahov istintaqa ilk ifadəsini oktyabrın əvvəlində verərək əksinqilabçı təşkilata Dadaş Bünyadzadə tərəfindən cəlb edildiyini, Ruhulla Axundov, Qəzənfər Musabəyov kimi görkəmli partiya xadimlərinin da təşkilata üzv olduğunu və Laçın rayonundan bir neçə şəxsi o cümlədən də Süleyman Rəhimovu şəxsən təşkilatın işinə cəlb etdiyini “etiraf” etdi.

Oktyabr ayının sonunda verdiyi ifadədə isə Tahir Salahov təşkilatın məqsəd və vəzifələrini “izah” edirdi.

Onun vəzifəsi silahlı üsyana hazırlaşmaq və qaramalları məhv etmək idi.

Bəli, məhz belə: Qaramalların məhvi.

Salahovun gərgin “əksinqilabi” fəaliyyəti nəticəsində tövlələrin tikintisi yubadılır, yem hazırlığı ləngidilir, sürülərin mələzləşdirilməsi işi pozulur və bununla yaranan narazılıq silahlı üsyana çevrilərək Azərbaycanda Sovet hakimiyyəti ləğv edilirdi.

Müstəntiq yeni dövlətin adını da tapmışdı: “Azərbaycan Burjua Demokratik Respublikası”.
İstintaq işində Salahovun fəaliyyəti ifşa edilirdi, belə ki, Qoçaz kəndində 60 baş qaramal tələf olmuşdu.

Lakin silahlı üsyanla bağlı ittiham üçün heç bir sübut yox idi.

Bir neçə ay ərzində Salahovu istintaqa çağırılmadı.

Ancaq 1938-ci ilin aprel ayında Tahir Salahov istintaqa çağırılmasını xahiş etdi.

Bu dəfə o belə bir ifadə verdi: “Bildirirəm ki, Süleyman Rəhimovun və ifadələrimdə adları çəkilən digər şəxslərin əksinqilabi millətçi təşkilata məxsusluğu haqqında mənim əvvəl verdiyim cavablar həqiqətə uyğun deyildir. Verdiyim ifadələr tamamilə uydurmadır”.

Bu ifadədən sonra Süleyman Rəhimov həbsdən azad edildi.

(Süleyman Rəhimov bu məhkəmənin hökmüylə güllələnsəydi Azərbaycan ədəbiyyatı görkəmli bir yazıçısını itirəcəkdi. Həmin dövrlərdə Süleyman Rəhimovun hələ ilk qələm təcrübələri çap edilirdi.)

İstintaqa verdiyi son ifadədə Teymur Salahov müstəntiqin “Deməli, siz millətçi təşkilata məxsusluğunuzu rədd edirsiniz?” sualına “Bəli, rədd edirəm!” cavabını verir.

Ancaq bu ifadələrin ona heç bir xeyri yox idi, çünki Teymur Salahovun ittiham qərarı iki ay qabaq tərtib edilmişdi.

1938-ci ilin iyul ayının 3-ündə Tahir Salahovun məhkəməsi keçirildi.

İttiham aktında da bir neçə ay qabaq güllələnmiş Dadaş Bünyadzadədən başqa heç kimin adı çəkilmirdi.

Məhkəmədə nə prokuror vardı, nə vəkil, nə də şahid...

Salahov nitqində kənd təsərrüfatı sahəsində namus və vicdanla çalışdığını qeyd edərək ittihamlarla razılaşmadı və bəraət istədi.

Cəmi 15 dəqiqə (22.25-22.40) davam edən məhkəmə isə Salahovu ölüm cəzasına məhkum etdi.

Hökm dərhal icra edildi.

Arayışda hökmün icra tarixi 3 iyul göstərilir.

Məhkəmənin 22.40-da başa çatdığını nəzərə alsaq demək ki, sonrakı 80 dəqiqə ərzində hökm yerinə yetirilmişdi...

Teymur Salahov heç kimi ələ verməyərək mərdliklə ölümə getdi.

Amma arxada beş uşağı qalmışdı. Böyüyün 11 yaşı vardı, kiçiyin 1...

Tahir Salahovun isə qeyd etdiyimiz kimi 9...

Həmin dövrdə məhkum edilmiş şəxslərin taleyi barədə ailələrinə məlumat vermirdilər.

Beş uşaqla başsız qalan Sona xanımın illərlə ərindən bir soraq gəzdi.

Faciəvi xəbəri isə 1955-ci ildə öyrənə bildi.

Sən demə, əri 17 ildir güllələnibmiş...

O zamana qədər isə hər axşam 5 uşaq pəncərənin qarşısında atalarını gözləyirdilər...

Bundan kədərli mənzərə yoxuydu və bu mənzərə balaca Tahirin ruhuna qələmlə əbədilik həkk olunmuşdu...

Tahir Salahov atasını belə xatırlayırdı: “Atam işdən yorğun gəlirdi. Bizə dəftər və qələm verir və ortalığa bir manat pul qoyurdu. Kim yaxşı çəkirdisə pul onun idi”.

SSRİ Dövlət Mükafatını, Azərbaycan SSR Dövlət Mükafatını və eləcə də Rusiya Federasiyasının Dövlət Mükafatını qazanmış nəinki yeganə rəssam hətta yeganə incəsənət xadimi o idi.

Ancaq o mükafatların heç biri o bir manat qədər əziz olmayacaqdı...

Və Salahovun heç bir rəsmi də pəncərə qabağında güllələnmiş atalarını gözləyən beş uşaq qədər kədərli alınmayacaqdı...

P.S. Teymur Salahovun istintaq işinin materialları Ziya Bünyadovun “Qırmızı terror” kitabından götürülüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar