Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paytaxtın şadlıq sarayları və ticarət obyektlərində birgə reydlər keçirilir

Covid-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin strukturları, Bakı Şəhər Baş Polis İdarəsi və rayon İcra Hakimiyyətləri ilə birgə keçirilən reydlər paytaxtın bütün rayonlarını əhatə edib və son günlərdə daha da gücləndirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Pia.az-a verilən məlumata görə reydlərin əsas məqsədi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin vəziyyətinin yoxlanılması və vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi və yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınmasıdır.

Rayonlarda yaradılmış operativ qruplar tərəfindən ticarət obyektlərində, Bakı şəhərində toy məclisi təşkil edilən şadlıq saraylarında, restoranlarda və digər qapalı yerlərdə yoxlama-nəzarət profilaktik tədbirlər həyata keçirir. Şadlıq evlərində keçirilən reydlər zamanı vətəndaşların və işçi personalının COVID-19 pasportu yoxlanılır, iştirak edən vətəndaşların sayı, insanların zalda yerləşdirilməsi zamanı sosial məsafənin qorunması və digər məsələlərə ciddi fikir verilir. Ticarət mərkəzlərində qoruyucu maskalardan istifadənin vacibliyi ilə bağlı söhbətlər aparılır.

Reydlər zamanı aşkar edilən nöqsanlar və çatışmazlıqlarla bağlı operativ tədbirlər görülür, pozuntulara yol verən sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri və digər cavabdehlərə qarşı cərimə tədbirləri tətbiq olunur.
Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısını almaqdır.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar