Seçki sistemində islahatların aparılması hakimiyyət üçün hansı zəturətdən ortaya çıxır?..
Sərdar Cəlaloğlu: “Hakimiyyətin referenduma gedəcəyi və konstitutsiyada siyasi islahatlar aparılması söz-söhbətdir”.
Tural Abbaslı: “Referendumun keçirilməsi vacibdir. Seçki sistemi dəyişməlidir. Ən azından deputatların sayı 155 olmalıdır. Milli Məclisin səlahiyyətləri atılırılmalıdır. Nazirlər Kabinetinin Milli Məclisə hesabatlılığı məsələsi gündəmə gətirilməlidir”.
Payızda hakimiyyətin referenduma gedəcəyi və konstitutsiyada siyasi islahatlar aparılması üçün dəyişikliklərin edilməsi ilə bağlı söz-söhbətlər dolaşmaqdadır. Qeyd edək ki, artıq 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərindən sonra bu iddilar səsləndirilməkdədir. Xüsusən seçki sistemində majoritar sistemin proporsional sistemlə əvəzlənəcəyi ilə bağlı dəyişikliyin olacağı iddaları var.
Xatırladaq bundan əvvəl də hakimiyyətin göxlənilmədən xüsusi əhəmiyyətli qərarlar verdiyinin şahidi olmuşuq. Buna misal olaraq növbədənkənar prezident və parlament seçkilərini göstərmək olar. ona görə də payızda hakimiyyət belə bir addım atması heç də istisna olunur. Maraqlı olan isə odur ki, sabitliyin hökm sürdüyü və hakimiyyət üçün narahatlıq yaradacaq heç bir əsasın olmadığı ölkədə siyasi islahatların, xüsusən də parlament sistemində islahatların aparılması hakimiyyət üçün hansı zəturətdən ortaya çıxır?
Mövzunu PİA.az-ın əməkdaşı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu və AG Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edib.
Sərdar Cəlaloğlu: “Azərbaycan hər hansı islahatlar aparılsa, birinci növbədə məhz siyasi islahatlardan başlanılmalıdır”.
Bu islahatların çoxdan aparılmalı olduğunu qeyd edən ADP sərdi Sərdar Cəlaloğlu PİA.az-a bildirib ki, hakimiyyətin referenduma gedəcəyi və siyasi islahatlar aparılması üçün konstitutsiyada dəyişikliyin ediləcəyinə inanmır:
“Əvvəla onu deyim ki, bu islahatlar çoxdan aparılmalı idi. Azərbaycan hər hansı islahatlar aparılsa, birinci növbədə məhz siyasi islahatlardan başlanılmalıdır. Amma hakimiyyətin referenduma gedəcəyi və konstitutsiyada siyasi islahatlar aparılması söz-söhbətdir. Bu söz-söhbətə mən nə münasibət bildirim?..
Mən payızda referendum olacağına inanmıram. Ona görə də bu müzakirələri yersiz hesab edirəm. Əgər belə bir qərar verilərsə, ancaq o qərara görə mövqeyimi bildirə bilərəm”.
Tural Abbaslı: “Gözəl olar ki, birbaşa proporsional sistemə keçid olsun. Amma mən hakimiyyətin belə bir cəsarətli addım atacağına inanmıram”.
Əgər sentyabrda belə bir referendum keçiriləcəksə, ondan 3 ay sonra da parlament buraxılmalı və yeni konstitusiyaya uyğun, yeni zamanın yeni şərtlərinə uyğun da parlamentin formalaşmalı olduğunu vurğulayan AG partiyanın sədri PİA.az-a açıqlamasında qeyd edib ki, ancaq bundan sonra Azərbaycan siyasi, iqtisadi yüksəlişə qədəm qoya bilər:
“Hakimiyyətin hansı addım atacağını özləri bilir. Bizim onların addımlarını analiz etməyimiz doğru deyil. Çünki qərarı onlar verir. Amma referendumun keçirilməsi aktualdır və vacibdir. Siyasi islahatlar aparmaq konstitusiyada müəyyən dəyişikliklər aparılmalıdır. Hazırkı dünyada və Azərbaycan siyasətində majoritar seçki sistemi iflasa uğrayıb. Artıq bu sübut olunub. Mməsələ ondadır ki, majoritar seçki sistemi siyasi partiyaları sıradan çıxarır və siyasi mühiti fərdiləşdirir. Biz deyə bilərik ki, Azərbaycanda məhz majoritar sistem partiyaların siyasi institut olaraq sıradan çıxmasını təmin edib və buna görə də ölkənin siyasi səhnəsində mübarizə kasadlığı yaranıb. daha doğrusu mübarizə və siyasi rəqabət yoxa çıxıb. Buna görə də bu gün istər iqtidar, istərsə də müxalifət kadr azlığından əziyyət çəkir. Ona görə də partiyaların siyasi institut olaraq cəmiyyətdə rolunu və aktivliyini artırmaq üçün majoritar sistem ləğv olunmalı və proporsional sistemə keçilməlidir.
Demək olar ki, siyasi partiyaların siyasi proseslərə müdaxilə imkanları minimuma enib. Bu təkcə müxalifət aid deyil. Baxsaq görərik ki, hakim Yeni Azərbaycan Partiyasının dövlət idarəçiliyinə yaxından, uzaqdan heç bir aidiyyəti yoxdur. Hətta bir çox nazirlər belə bu gün Yeni Azərbaycan Partiyasının üzvü deyillər, lakin bu partiyadan güclüdürlər.
Ümumiyyətlə demokratiyanın inkişafı, sağlam tənqidin formalaşması, daxili-siyasi münasibətlər sisteminin nizamlanması və kənardan müdaxilələrin qarşısının alınmasınım yeganə yolu çoxpartiyalı sistemin inkişafıdır. Çoxpartiyalı sistemini də yeganə gücləndirmək metodu proporsional sistemə keçiddir. Biz bunu dəfələrlə demişik. Müxalifət də bir neçə dəfə bununla bağlı iqtidara təkliflər verib. Amma təssüf ki, hakimiyyət hələ bu addımı atmır.
Hakimiyyət bu addımı atmalıdır. Çünki lazımdır və labüddür. Düşünürəm ki, bundan başqa çıxış yolu yoxdur. Hakimiyyətin verdiyi deputatların siyahısına baxanda da görünür ki, təsadüfi, siyasətə aidiyyəti olmayan insanlar çoxdur. Yəni onların hamısı kiminsə qohumu, kiminsə qardaşı, kiminsə dostudur. Belə bir siyasətə də yürdülmür. yürüdülür. Həmçinin bu gün hakimiyyətin doğru və yalnışını müdafiə edə biləcək fiqurlar azdır.
Tural Abbaslı: “Baxsaq görərik ki, hakim Yeni Azərbaycan Partiyasının dövlət idarəçiliyinə yaxından, uzaqdan heç bir aidiyyəti yoxdur”.
Buna görə də Azərbaycanın daxili siyasəti digər ölkələr üçün açıq səhnədir. Onlar istədikləri vaxt Azərbaycan siyasətinə müdaxilə edə bilir və ziyan verə bilirlər. Çünki ölkədə siyasi mühitin formalaşmasına imkan verilmir. Düşürəm ki, referendumun keçirilməsi vacibdir. Seçki sistemi dəyişməlidir. Ən azından deputatların sayı 155 olmalıdır. Milli Məclisin səlahiyyətləri atılırılmalıdır. Nazirlər Kabinetinin Milli Məclisə hesabatlılığı məsələsi gündəmə gətirilməlidir. Gözəl olar ki, birbaşa proporsional sistemə keçid olsun. Amma mən hakimiyyətin belə bir cəsarətli addım atacağına inanmıram.
Əgər sentyabrda belə bir referendum keçiriləcəksə, ondan 3 ay sonra da parlament buraxılmalı və yeni konstitusiyaya uyğun, yeni zamanın yeni şərtlərinə uyğun da parlament formalaşmalıdır. Düşünürəm ki, bundan sonra Azərbaycan siyasi, iqtisadi yüksəlişə qədəm qoya bilər.
Onu da qeyd edim ki, Qarabağ müharibəsi və Qarabağ müharibəsində qazanılan qələbə Azərbaycan reallıqlarını dəyişdi. Azərbaycan artıq bu gün özünü yeni reallıqlara uyğunlaşdırmalıdır. Əks təqdirdə bu qələbə qalıcı olmaya bilər. Söhbət torpaqların azad olunmasından getmir. Söhbət Azərbaycanın regionun lideri olmasından, Azərbaycanın ən azından Ermənistanla münasibdə diqtə mövqeyində qalması davamlı olmaya bilər. Bunun hamısı nəzərə alınmalıdır”.
Nərminə UMUDLU
pia.az