Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanla görüşməyə dəyərmi? - Yeravan bu görüşdən də vaxtı uzatmaq üçün yararlanmayacaqmı?..

Belə görünür ki, erməniləri ancaq Azərbaycan ordusu yola gətirə bilir...

Politoloq: “Bu dəfə Brüsseldə Paşinyanla çox sərt danışıqlar olacaq”.

“Brüssel görüşü çox vacib görüşdür. Bu görüşdən sonra artıq Rusiya-AzərbaycanErmənistan tərəfindən razılaşdırılmış Laçınla bağlı məsələ öz həllini tapmalıdır”.

Bu sözləri politoloq Zaur Məmmədov AzərbaycanErmənistan liderlərini gözlənilən Brüssel görüşünü PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham ƏliyevErmənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüş keçirəcək. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel “Twitter” hesabında vurğulayıb ki, görüş ərəfəsində gündəliyin bütün bəndləri üzrə dialoqun davam etməsi və konkret irəliləyişin əldə olunması mühüm əhəmiyyət daşıyır. Bundan əvvəl Brüsseldə 3 dəfə görüş keçirilib və əldə olunan razılaşmalar Ermənistan tərəfindən yerinə yetirilməyib və belə görünür ki, erməniləri ancaq Azərbaycan ordusu yola gətirə bilir.

Bu vəziyyətdə yeni Brüssel görüşünə nə qədər ehtiyac var? Yeravan bu görüşdən vaxtı uzatmaq üçün yararlanmayacaqmı?

AzərbaycanErmənistan liderlərinin göxlənilən Brüssel görüşünü PİA.az-ın əməkdaşı Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Bundan öncəki görüşlərdə biz daha çox kommunikasiya, nəqliyyat, delimitasiya, demarkasiya məsələlərini müzakirə edirdiksə, bu dəfə artıq söhbət Laçından, Qarabağın dağlıq hissəsindəki qanunsuz erməni hərbi birləşmələrinin çıxarılmasından gedəcək”.

Brüssel görüşü öncəsi Laçında ermənilərə bir daha “dəmir yumruğumuzu” göstərdiyimizi vurğulayan politoloq PİA.sz-a açıqlamasında bu dəfəki Brüssel görüşü çox vacib görüş ollduğunu bildirib:

“Avqustun ayında AzərbaycanErmənistan liderləriarasında Brüsseldə görüş baş tutmalı idi. Bu haqda məlumat verilmişdi. Görüşdə konkret olaraq tərəflərin həyata keçirəcəkləri delimitasiya və demarkasiya ilə bağlı işçi qruplarının fəaliyyəti, eyni zamanda kommunikasiya, nəqliyyat xətti ilə bağlı atılmış addımlardan sonrakı vəziyyət müzakirə edilməli idi. Amma məlum olduğu kimi Ermənistanın baş naziri bəzilərinin ona təzyiqi nəticəsində Zəngəzur dəhlizi ilə bağlı fikirlərini dəyişdi. Paşinyan faktiki olaraq Zəngəzur dəhlizinin açılmasından imtina edir. Həmçinin Paşinyanın delimitasiya və demarkasiya prosesi ilə bağlı də konkret addımların atmadığının şahidiyik.

Belə olan halda da Brüssel görüşünün mahiyyəti bir qədər dəyişir. Düşünürəm ki, bu dəfə Brüsseldə Paşinyanla çox sərt danışıqlar olacaq. Brüssel görüşü öncəsi biz Laçında ermənilərə bir daha “dəmir yumruğumuzu” göstərdik. LaçınAğdərə istiqamətində Azərbaycan ordusu ermənilərə işarə etdi ki, əgər onlar qeyri-adekvat addımlar atarlarsa, bu zaman bizim ordu hərəkətə keçəcək.

Hesab edirəm ki, bu dəfəki Brüssel görüşü çox vacib görüşdür. Bu görüşdən sonra artıq Rusiya-AzərbaycanErmənistan tərəfindən razılaşdırılmış Laçınla bağlı məsələ öz həllini tapmalıdır. Laçın dəhlizi yeni alternativ yolla əvəz ediləcək. Bu da əlbəttə, Azərbaycanın qələbəsidir.

Zaur Məmmədov: “Erməni hərbi birləşmələrinin Qarabağın dağlıq hissəsindən çıxarılması görüşdə əsas mövzulardan biri olacaq”.

Onu da qeyd edim ki, erməni hərbi birləşmələrinin Qarabağın dağlıq hissəsindən çıxarılması görüşdə əsas mövzulardan biri olacaq. Düşünürəm ki, bundan öncəki görüşlərdə biz daha çox kommunikasiya, nəqliyyat, delimitasiya, demarkasiya məsələlərini müzakirə edirdiksə, bu dəfə artıq söhbət Laçından, Qarabağın dağlıq hissəsindəki erməni hərbi birləşmələrinin çıxarılmasından gedəcək.

Bildiyimiz kimi Avropa platformasında həmişə humanitar məsələlər müzakirə olunur. Bu dəfə də AzərbaycanErmənistan arasında olan humanitar, siyasi məsələlər müzakirə olunacaq. Eyni zamanda girov, əsir düşmənlərlə bağlı da hansısa mənada addımlar atılacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar