Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın son həmləsi - Ermənistan Üçtərəfli Bəyanatı lazımsız kağız parçasına çevirməyə çalışır..

Ermənistan rəsmiləri son bəyanatları ilə onlar üçün ağır yükə çevrilən Üçtərəfli Bəyanatı etibarsızlaşdırmağa cəhd edirlər?...

Siyasi-şərhçi: “Gedən proseslər onu göstərir ki, Üçtərəfli Bəyanatının Rusiyanın, və Ermənistanın maraqlarına sərf etməyənheç bir bəndlnə riayət olunmur”.

“Düşünürəm ki, Ermənistan bu iki ildə qeyri-rəsmi olaraq rədd etdiyi və əsas bəndələrinə əməl etmədiyi Üçtərəfli Bəyanatdan çıxmaq istəyirsə, ona bu məsələdə mane olmaq lazım deyil. Əgər anlaşma ləğv edilərsə, o zaman status-kvo 10 noyabrdakı vəziyyətə dönəcək və bu Azərbaycanın maraqlarına tamamilə cavab verir”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Ermənistan rəsmilərinin son bəyanatlarınıını PİA.az-a şərh edərkən qeyd edib.

Avqustun 3-də, Azərbaycan ordusunun “Qisas” əməliyyatına başladığ ərəfədə Ermənistanın Təhlükəzilik Şurasının Katibi Armen Qriqoryan bəyan edib ki, Azərbaycanın “Laçın dəhlizi”nin başqa marşurutla əvəz olunması ilə bağlı tələbi qanunsuzdur”. O, bunu Üçtərəli bəyanatın 6-cı maddəsi ilə əsaslandırıb və qeyd edib ki, 10 noyabrda imzalanan Üçtərəfli Bəyanatda ancaq alternativ yolunun tikintisinin planlaşdırılmasının razılaşdırılması nəzərdə tutultub. Ermənistan rəsmisinin fikrincə Ermənistan istəməsə “Laçın dəhlizi”nin marşurutu dəyişməyə də bilər.

Dünən isə Ermənistanın baş naziri Nikol Paşinyan daha da uzağa gedərək Azərbaycanın “Dağlıq Qarabağ”ın inzibati ərazisini tanımalı olduğunu vurğuladı və bu zaman da yenə Üçtərəfli Bəyanata əsaslandı. Ermənistan liderinin özünün belə tanımadığı, beynəlxalq hüquqa, o cümlədən Azərbaycan konstitutsiyasına zidd olaraq “Dağlıq Qarabağ”ın inzibati ərazisini məhz Azərbaycanın tanımalı olduğunu dilə gətirməsi bütün “qırmızı xətt”ləri anlamına gəlir ki, bu da Ermənistanın Üçtərəfli Bəyanatı öz istəklərinə uyğun şəkildə yorumlaması kimi dəyərləndirilə bilər.

Qeyd edək ki, Üçtərəfli Bəyanat imzalanan andan Ermənistan tərəfi bu sənədi qəbul etmək istəmir və sənədin mövcudluğunu onlar üçün ağır yükə çevrilib. Məhz bu sənədi qüvvədən düşürmək üçün Ermənistan revanşistləri dəfələrlə Nikol Paşinyanı devirməyə cəhd ediblər və bu cəhd hələ də davam edir. Görünür ki, Paşinyan və hakimiyyət komandası müxalifətin əlindən bu kartı almaq üçün Üçtərəfli Bəyanatı etibarsızlaşdırmağa çalışırlar və Paşinyanın da hökümət iclasında dünənki çıxışı bundan xəbər verir.

Paşinyanın dünən səsləndirdiyi fikirlər arasında diqqəti çəkən məqamlardan biri isə sülhməramlılara qarşı səsləndirdiyi iddialar idi. Xüsusilə Ermənistan baş nazirinin RusiyaErmənistan sülhməramlıların mandatını təsdiq edən sənədi imzalayıb. Ya Azərbaycan bu sənədi imzalamağa sövq edilməli, ya da mandat RusiyaErmənistanın imzaları ilə qüvvəyə minməlidir. Əks təqdirdə “sülhməramlıların mandat məsələsi” beynəlxalq təşkilatların müzakirəsinə çıxarılmalıdır” fikrini səsləndirməsi diqqət çəkici idi. Paşinyan bu ifadələri işlətməklə faktiki olaraq sülhməramlıları üçün mandat ala bilməyən Rusiyanı təhdid edir və onun “sülhməramlıların mandat məsələsi” beynəlxalq təşkilatların müzakirəsinə çıxarılmalıdır” fikrini səsləndirməsi isə Ermənistanın Üçtərəfli Bəyanatdan çıxma ehtimalını ortaya qoyur. Bir daha qeyd edək ki, Paşinyanın dünənki çıxışındakı əsas notlar Rusiyanı şantaj etmək və Ermənistanın Üştərəfli Bəyanatdan çıxması üçün siyasi baza yaratmaq məqsədini daşıyırdı.

Eyni zamanda Paşinyanın dünənki açıqlamaları həm də Azərbaycana qarşı yenidən ərazi iddiası irəli sürməsi anlamına gəlirdi. Çünki nə Üçtərəfli Bəyanatda, nə də digər bir sənəddə Ermənistanın Azərbaycan ərazisində yaşayan ermənilərin təhlükəsizliyinin təminatçısı olması haqda heç bir bənd yoxdur. Ancaq Azərbaycan dövləti öz vətəndaşlarının təhlükəsizliyinin təminatını verə bilər və dövlətə tabe olmayan hansısa bir qrupun qanundankənar elan olunması həm beyməlxalq, həm də Azərbaycan qanunlarına uyğundur.

Mövzunu PİA.az-ın əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Biz görürük ki, “sülhməramlılar” dinc sakinləri deyil, qanunsuz silahlı dəstələri, faktiki olaraq terrorçuları müdafiə etməklə, qorumaqla məşğuldur”.

Üçtərəfli Bəyanatın bundan sonra qüvvədə qalıb-qalmamasının müzakirə edilməli olduğunu düşünən ekspert PİA.az-a bildirib ki, bunun zamanı artıq yetişməkdədir və Azərbaycan heç bir halda Ermənistanın arzu və istəyinə görə Üçtərəfli Bəyanatın yozulmasını qəbul edə bilməz:

“Gedən proseslər onu göstərir ki, Üçtərəfli Bəyanatının Rusiyanın, və Ermənistanın maraqlarına sərf etməyənheç bir bəndlnə riayət olunmur. Artıq bu səənədin imzalanmasından iki ilə yaxın vaxt keçib və bu zaman ərzində biz Rusiyanın öz üzərinə düşən öhdəlikləri yerinə yetirməsini müşahidə etmirik.

Burada söhbət təkcə erməni birləşmələrinin tərksilah olunmamasından getmir. Bu bəndə nəyinki əməl olunmur, hətta bəyannamədən sonra Ermənistan ordusunun tərkibində çağırışçılar Qarabağa göndərilib. Onlara təlimlər keçirilirdi, onlar himayə olunurdu və yeri gələndə onlara şərait yaradılır ki, Azərbaycanın nəqliyyat vasitələrini yoxlasınlar, nəzarət etsinlər. Bütün bunlar da Rusiya sülhməramlıları adlandırılan hərbiçilərinin razılığı və xeyir-duası ilə baş tutur.

Digər tərəfdən, “Qisas” əməliyyatından sonra dünən rəsmi erməni mətbu ortqanlarında yayılan məlumatda bildirilir ki, sülhməramlılar qanusuz silahlı birləşmə olan erməni silahlıları ilə onların postunda birgə keşik çəkməyə başlayıblar. Bu nə deməkdir? Bu o deməkdir ki, Rusiya “sülhməramlıları” tərksilah etmələri ilə bağlı öhdəlikləri olan terrorçu dəstələri müdafiə edir.

Halbuki “sülhməramlıların” vəzifəsi onları təksilah etmək və müəyyən müddətdə, Qarabağın azərbaycanlı və erməni əhalisi arasında etimad yaranana qədər dinc erməni sakinlərini müdafiə etməkdir. Amma biz faktiki olaraq görürük ki, “sülhməramlılar” dinc sakinləri deyil, qanunsuz silahlı dəstələri, faktiki olaraq terrorçuları müdafiə etməklə, qorumaqla məşğuldur.

Ərəstun Oruclu: “Ermənistan rəsmi qaydada Azərbaycanın ərazi bütövlüyünü tanıdıöın bildirib. Bundan sonra isə heç bir fəlsəfə yaratmağa ehtiyac yoxdur. Əgər ərazi Azərbaycana aiddirsə, onda orda Azərbaycan qanunları işləyəcək”.

Qriqoryanın açıqlamasında belə bir məqam da var idi ki, Ermənistan guya Azərbaycan ərazisindəki erməni əhalinin təhlükəsizliyi və onların hüquqlarının təmin olunmasına məsuliyyət daşıyır. Halbuki anlaşmada elə bir bənd yoxdur. Yəni Ermənistan heç bir halda Azərbaycanı ərazisində yaşayan ermənilərin təhlükəsizliyi ilə məşğul ola bilməz.

Ermənistan son zamanlar hər fürsətdə status məsələsinə qayıdır. Amma mümkün status məsələsini yalnız və yalnız Azərbaycan həll etməlidir. Bu Azərbaycanın müstəsna hüququdur. Çünki bəhs edilən ərazi Azərbaycana aiddir və Ermənistan da rəsmi qaydada Azərbaycanın ərazi bütövlüyünü tanıdıöın bildirib. Bundan sonra isə heç bir fəlsəfə yaratmağa ehtiyac yoxdur. Əgər ərazi Azərbaycana aiddirsə, onda orda Azərbaycan qanunları işləyəcək.

Bəyannamədə “Zəngəzur dəhlizi” bəndi də var və Putin o vaxt öyünə-öyünə bunun onun təklifi olduğunu deyirdi. İki ilə yaxın zaman keçməsinə baxmayaraq Ermənistan “Zəngəzur dəhlizi”nin tikintisinə belə başlamayıb. Dünən isə Paşinyan arsız-arsız azərbaycanlılara Qazaxdan Naxçıvana getməyi təklif etdi. Bu gülməlidir və Ermənistan tərəfinin Üçtərəfli Bəyanata əməl etmək istəmədiklərinin və bu anlaşmadan çıxmaq isdəiklərinin göstəricisidir. Əgər bu belədirsə, onda Azərbaycan da Üçtərəfli Bəyanatın yükünü üzərindən atmalı və qaldığı yerdən yenidən başlamalıdır.

Nəhayət son günlər “Laçın dəhlizi” istiqamətində baş verənlər və konkret Qriqoryanın açılması onu göstərir ki, üçtərəfli bəyanat yalnız Azərbaycan tərəfindən icra olunur.

Ərəstun Oruclu: “Üçtərəfli Bəyanatın bundan sonra qüvvədə qalıb-qalmaması müzakirə edilməlidir. Hər halda Paşinyanın dünənki çıxışı bunun üçün əsas yaradıb və artıq bunun zamanı yetişib”.

Əgər 44 günlük müharibədə dayandırımasaydı və Kəlbəcər, Ağdam boşaldılmasaydı Azərbaycan birbaşa Xankəndi də götürəcəkdi. Onsuz da Xankəndi boşalmışdı. Təbii ki, bəyannaməyə görə KəlbəcərAğdam rayonları boşaldıldı. Bu da zərurətdən doğan addım idi.

Düşünürəm ki, Ermənistan bu iki ildə qeyri-rəsmi olaarq rədd etdiyi və əsas bəndələrinə əməl etmədiyi Üçtərəfli Bəyanatdan çıxmaq istəyirsə, ona bu məsələdə mane olmaq lazım deyil. Əgər anlaşma ləğv edilərsə, o zaman status-kvo 10 noyabrdakı vəziyyətə dönəcək və bu Azərbaycanın maraqlarına tamamilə cavab verir. Çünki bu yolla ermənilərin yaratdıqları bütün problemlər özü-özünə həll olunacaq. Bu halda Rusiya sülhməramlılarına da ehtiyac olmayacaq. Qalan məsələlərdə isə Azərbaycan və əgər Ermənistanın buna həvəsi olarsa, öz aralarında danışıb anlaşa bilərlər.

Bu gün biz gördük ki, Rusiya öz kürəyi arxasında Ermənistanı gizlədərək onun əli ilə Azərbaycana təsir və təzyiq etməyə çalışır. Bütün bunlara görə də Üçtərəfli Bəyanatın bundan sonra qüvvədə qalıb-qalmaması müzakirə edilməlidir. Hər halda Paşinyanın dünənki çıxışı bunun üçün əsas yaradıb və artıq bunun zamanı yetişib”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar