Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın “Facebook” səhifəsinin kontent analizi və ictimai rəy sorğularının təhlili

Azərbaycan 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinin hərbi-siyasi vasitələrlə nail oldu. 44 günlük Vətən Müharibəsində məğlub olan Ermənistanın baş naziri Nikol Paşinyan bütün fəaliyyəti haqqında daxili auditoriyaya Facebook vasitəsilə xitab etdi.

SOROS-un əlaltısı olan N.Paşinyan tabeçiliyində olan dövlət televiziyaları vasitəsilə xalqa müraciət etmək əvəzinə daha çox texnoloji yeniliklərdən istifadə etmək və müasir tendensiyalarla ayaqlaşmaq istiqamətində addım atdı. Bu məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın müharibədə məğlub olmasından sonra “Facebook” səhifəsində olan aktivliyə və izləyicilərinin reaksiyalarına nəzər salmağa çalışacağıq. Eyni zamanda məqalədə Ermənistanda keçirilmiş ictimai rəy sorğularını da təhlil edəcəyik.

Ermənistanın baş naziri Nikol Paşinyanın informasiya müharibəsində ən böyük səhvi cəbhədə baş verən həqiqi məlumatları daxili auditoriyadan gizlətməsi oldu. Bu, ermənilər üçün böyük və bağışlanılmaz səhv idi.

Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev 8 noyabrda Şuşanın azad olunması ilə bağlı xalqımıza müraciət edəndən 1 gün sonra Nikol Paşinyan öz “Facebook” səhifəsində yazırdı ki, Şuşa uğrunda döyüşlər davam edir. Bu cür vəziyyət Hadrut qəsəbəsinin azad olunmasından sonra da müşahidə olunmuşdu. Həmin dövrdə Semyon Peqov (WarGonzo) kimi təxribatçılar, Ermənistanın Müdafiə Nazirliyininsözçüləri Şuşan Stepanyan və Artsrun Ovannisyan (hər iki vəzifəsindən qovulub) həqiqəti erməni ictimaiyyət gizlətməkdə ictimai rəydə dilemma yaradırdılar.

Əgər 27 sentyabrdan sonra dövrdə Nikol Paşinyanın Facebook səhifəsində paylaşımlarına müsbət reaksiyalar müşahidə olunurdusa, 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatdan sonra neqativ reaksiyaları ardı-arası kəsilmədi. Yeri gəlmişkən, qeyd edək ki, Nikol Paşinyanın üçtərəfli bəyanatı harada imzaladığı ictimaiyyətdən gizli saxlanıldı.

Paşinyanın imza atdığı bəyanatdan sonra onu sosial şəbəkələrdə və meydanlarda “satqın” adlandırmağa başladılar. Qeyd edək ki, hazırkı vəziyyətdə də Ermənistan cəmiyyətində Nikol ilə satqın sözləri qarşısında bərabərlik işarəsi qoyurlar.2018-ci ildə meydanda bağıranların rəğbətini qazanan siyasi diletant qəhrəman övladlarımızın şücaəti sayəsində erməni xalqının qəzəbində boğulmağa başladı.

Paşinyanın izləyicilərin əksəriyyəti müharibənin çıxış yolu olmadığı və məsələnin dinc və siyasi yolla nizamlanmasının daha uğurlu çıxış yolu olduğunu qeyd edirdilər. Eyni zamanda, minlərlə erməni gəncinin məhv edilməsinin məsuliyyətini də baş nazir Nikol Paşinyanın daşıdığı vurğulanırdı.

Paşinyanın imzaladığı bəyanatdan sonra yaşamaqdan çox ölmək daha uyğun çıxış yolu olması haqqında fikirlər də üstünlük təşkil edirdi. Qeyd edək ki, Azərbaycan özü münaqişənin həllinə nail olub, Ermənistanı döyüş meydanında məğlub edib və kapitulyasiyaya hesab olunan bəyanatı imzalamağa məcbur edib.

Bu xüsusda qeyd edək ki, erməni xalqının Nikol Paşinyana nifrəti elə bir həddə çatıb ki, hətta onun “Facebook”da olan ən fəal izləyiciləri də onu təhqir etməkdən çəkinmir.

Öz yaxınlarını müharibədə itirən şəxslər Ermənistanın baş nazirinin öz əcəli ilə dünyadan köçməyəcəyi ilə bağlı yağdırdığı hədələr də sosial məkanda qabarıq şəkildə özünü göstərir.

Nikol Paşinyanın siyasi arenada və hərbi teatrda aldığı sarsıdıcı məğlubiyyətdən sonra izləyicilərinə müxtəlif bəhanələrlə çıxış edəndə ermənilərin özləri də baş nazirin “Facebook” səhifəsində sarkazm dolu rəylər paylaşırlar.

Paşinyanın Facebookda hər bir çıxışını səbrsizliklə gözləyən ermənilər ölkənin düşdüyü hazırkı durumda onu günahlandırır və cavab tələb edirlər.

Nikol Paşinyan hərbi-texniki və hüquq-mühafizə sistemində buraxdığı səhvlərin hesabatı ilə bağlı çıxış edəndə vətəndaşlar haqlı olaraq bildirirdilər ki, dövlətə qarşı ağır cinayətlər törədilib, bunun günahkarı isə baş nazirdir.

Ermənistanın baş naziri Paşinyan onun şəxsi otağına daxil olan narazı kütlənin otaqdan saat, kompüter, ətir, sürücülük vəsiqəsi və digər əşyalarının “vətən naminə” oğurlandığını bildirməsi də göstərir ki, Nikol üçün yuxarıda adıçəkilən əşyalar daha mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Nikol Paşinyanın şəxsi əşyalarının oğurlanması ilə paylaşımın altında çoxlu sayda qeyri-etik şərhlər paylaşıldı. Lakin Nikol Paşinyanı materialist olmaqdan çəkinməyə çağıran sosial şəbəkə istifadəçiləri onların inamının və doğmalarının itirilməsi ilə bağlı izahat tələb edirdilər.

Bu siyahını uzatmaq olar. Lakin birmənalı olaraq qeyd edə bilərik ki, Ermənistanın baş naziri Nikol Paşinyana ictimai rəydə münasibət hazırda çox neqativdir.

Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanda olan reytinqi ilə bağlı keçirilən sorğulara nəzər salaq.

İctimai rəyi manipulyasiya etmək cəhdləri..

Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın reytinqi bir sıra beynəlxalq ictimai rəyi ölçən təşkilatlar üçün böyük maraq doğurur. Çünki 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gələndə ona ictimai rəydə müsbət reaksiyalar olması ilə bərabər, ölkəni “işıqlı gələcəyə” aparmağa təşəbbüslər göstərəcəyi ilə bağlı da vurğu edilirdi. Vətən Müharibəsindən öncəMPG-Armenia (qeyd olunan təşkilat “Gallup International Association”-un həqiqi üzvüdür) Nikol Paşinyanın reytinqtini ölçüb və bununla bağlı araşdırma aparıb.

MPG-Armenia-nın direktoru Aram Navasardyan keçirdiyi mətbuat konfransında deyib ki, respondentlərin 46,6%-i Paşinyana tamamilə, 38,5% -i isə qismən etibar etdiklərini qeyd ediblər. Parlamentdənkənar müxalifətə tam etimad səviyyəsi 5,2 %, nisbi etimad isə 13,6 %-dir. Parlamentdəki müxalifət qüvvələrinin oxşar göstəriciləri daha yüksək olub - müvafiq olaraq 7% və 21,1%. Eyni zamanda, mövcud hakimiyyət orqanlarına etimad 19,4% və 38,1% səviyyəsində olub.

Qeyd edək ki, respodentlərə ünvanlanan “əgər sabah parlament seçkiləri keçirilsə kimə səs verəcəksiniz” sualına cavablar bu cür olub:

“Mənim addımım” – 61.7%

“Çiçəklənən Ermənistan” – 14.7%

“Maariflənmiş Ermənistan” – 3,9%

“Daşnaksütyun” – 2,5%

“Respublikaçılar partiyası” – 1,5%

Partiya fəaliyyətindən məmnunluq səviyyəsi ilə bağlı məlumatlar təhlil edilərkən maraqlı göstəricilər əldə edilmişdir. Beləliklə, 31,4% “Mənim addımım” ın işindən tamamilə, 47,9% isə kifayət qədər razıdır.

“Çiçəklənən Ermənistan”partiyası ilə bağlı bu göstəricilər müvafiq olaraq 19,9% və 46,3%, “Maariflənmiş Ermənistan”müvafiq olaraq 8,8% və 38,8%, “Daşnaksütyun” - 4,1% və 15%, “Respublikaçılar” - 1,5% və 7,9%, “Sasna Tsrer”isə müvafiq olaraq 10,6% və təxminən 30% olmuşdur.

“Mənim addımım” ın ən məşhur siyasi qüvvələri sırasında Nikol Paşinyan (76%), Ararat Mirzoyan (40,8%) və Alen Simonyan (30,4%), “Çiçəklənən Ermənistan” dan Qaqik Tsarukyan (81,2%), Naira Zöhrabyan (63,5%) və Qevorg Petrosyan (22,3%), “Maariflənmiş Ermənistan”dan - Edmon Marukyan (59,7%) və Mane Tandilyanı (30%) respondentlər daha çox tanıyırlar.

Ardınca Respublikaçılar partiyasının ən məşhur siyasətçiləri keçmiş prezident Serj Sarkisyan (68,3%), Armen Aşotyan (53,7%) və Eduard Şarmazanov (52,5%), Daşnaksütyundan Artsvik Minasyan (28,8%), Armen Rüstəmyan (25,4%) və Hrant Markaryandır “Sasna Tsrerdən”isə Jirayr Sefilyan (% 39.4) və Varujan Avetisyan (% 23.8) ictimai rəydə daha çox tanınırlar.

Respondentlər partiyaların və siyasi xadimlərin səviyyəsini də qiymətləndiriblər. Beləliklə, partiyalar arasında ən yüksək balları “Respublikaçılar”, “Daşnaksütyun” və “Çiçəklənən Ermənistan”, siyasətçilər arasında isə eks-prezident Robert Köçəryan, Eduard Şarmazanov, Armen Aşotyan və Serj Sarkisyan alıb. Ermənistanın inteqrasiya vektoruna gəldikdə, respondentlərin 29,9%-i dövlətin dünya təsir mərkəzləri ilə bərabər şərtlərə malik olmalıdır, 27,6%-i Rusiyaya, 21,1 -i Aİ-nə, 15%-i ABŞ-a doğru getməli olduğunu söyləyib. Qeyd edək ki, sorğu 2019-cu ilin9 noyabr - 1 dekabr tarixləri arasında İrəvanda və Ermənistanın 10 bölgəsində 1517 nəfər arasında aparılmışdı (Исследование: Рейтинг Никола Пашиняна продолжает оставаться высоким // “Arminfo”, 23.12.2019. URL:https://arminfo.info/full_news.php?id=48146&__cf_chl_jschl_tk__=45dccd7ae8a85d93e4063e85996f3efc2d9dc193-1606818750-0-ARtMJdpzmnBBK3ayISDFTJEzLoDuiiy3NAL24LGGtu6Q0D_H8UQhUdy71XbLInhN6rh6tZApxo0oDakTd2LOlW3kCBwj5OkorsMpkAPW8YrlGYFo_ObhKh2xBkrMK-81r35OGFA5zdlBEojDsigmd2ygGeEcl245LKyuInxKCTUtrMGlhPOWlVcIQFxXDtqKJCIwagqmls41mcLheHPmc81l_BVhZqlPKSD1n1bWVlyVjDFrlkN9D-6NCknPTiMS7StnjqPxm_ilItWjo769ZVOJSJn58DOV7cOM_6H5K1THoWU_gz2FSvkFnLRj-dNECAMFv_7cQI0mVrmXNVGPLGnt9DJBmonHxHpur3y-Y3VB-9fcox_5ZqdhLOBVHgOdRpRY2ObhY5TTZdjRqqSPPT0)

Müharibədən sonra keçirilən sorğuların nəticəsi

(GALLUP International Association)

“Dəmir Yumruq” kod adı altında keçirilən əks-həmlə əməliyyatının nəticələri Ermənistanın baş naziri Nikol Paşinyanın reytinqinə ağır zərbə vurdu. Müharibəyə görə bütün məsuliyyət Nikol Paşinyan rejiminin üzərinə düşür. Məhz Paşinyan hakimiyyətinin təxribatçı hərəkətləri, bəyanatları danışıqlar prosesini məhv etdi və müharibənin başlanmasına səbəb oldu. Bu adamın heç bir bilik, təcrübəsi, beynəlxalq münasibətlər və ölkənin idarəçiliyi haqqında təsəvvürü yoxdur.“Deutsche Welle” (DW) yazır ki, “GALLUP International Association”-a görə, iyul ayında sorğuda iştirak edən Ermənistan əhalisinin 85%-i Paşinyanın baş nazir kimi fəaliyyətini dəstəkləyirdisə, son rəy sorğularının nəticələrinə görə (Qeyd: sorğu üçtərəfli bəyanat imzalanandan sonra aparılıb) bu rəqəm 30%-dən aşağı düşüb.

Xüsusilə vurğulamaq lazımdır ki, müharibə dövründə Nikol Paşinyanın siyasi tərəfdarlarından bəziləri onun yarıtmaz siyasətinə qarşı demonstrativ şəkildə istefa verdilər.

Regional məsələlər üzrə ixtisaslaşan mütəxəssis Manvel Qumaşyan müharibədəki məğlubiyyətin insanları “təlatümlü bir dövrə qərq etdiyini, erməni cəmiyyətinin istiqaməti itirdiyini” söyləyir. DW-yə verdiyi müsahibədə Qumashyan, həm siyasi qüvvələr arasında, həm də onların daxilində ayrılma xətləri ilə cəmiyyətin də son dərəcə qütbləşdiyini vurğulayır. Ekspertin fikrincə, bu, hakim partiyaya da aiddir - hakim bloku, “Mənim addımım” fraksiyasını artıq bəzi üzvləri də tərk edib.

Ermənistan cəmiyyətində dominant olan fikir bundan ibarətdir ki, Nikol Paşinyan və onun komandasının hakimiyyətdən getməlidir. Qumaşyan bunu belə izah edir ki, əsas fikir ayrılıqları baş nazirin dərhal istefasını tələb edənlər ilə ehtirasların sakitləşməsi və erkən seçkiləri daha sakit şəraitdə keçirib yeni bir hökumət qurmaq mümkün olacağı zaman bunun baş verəcəyinə əmin olanlar arasında davam edir. Onun fikrinə görə “xarici fors-major olmadığı təqdirdə, Paşinyan və komandası bir neçə ay daha dözəcək, baş naziri “yol xəritəsini” həyata keçirməyə və baharın sonunadək erkən parlament seçkilərini keçirməyə çalışacaqlar” (Война в Карабахе обвалила рейтинг Пашиняна // «Зеркало», 21.11.2020. URL: https://zerkalo.az/vojna-v-karabahe-obvalila-rejting-pashinyana/)

Müxalif qüvvələrin reytinqi: “Hraparak” nə yazır?

Müharibədən sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti, hakimiyyətin göstərişi ilə siyasi qüvvələrin və Nikol Paşinyanın reytinqini öyrənmək üçün növbəti ictimai rəy sorğusu keçirdi.

“Hraparak”-da qeyd olunur ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti yalnız daxili istifadə üçün vaxtaşırı belə sorğular keçirir, nəticələri isə heç vaxt dərc olunmur. Son anket sorğularının nəticələri, əldə etdiyimiz məlumata görə, rəsmi şəxslər üçün çox məyusedicidir. Nikol Paşinyanın reytinqi hazırda 6-12% arasında var-gəl edir.

“Çiçəklənən Ermənistan” partiyasının reytinqi təxminən 6%, “Daşnaksütyun” və “Vətən” partiyasının reytinqi 3-6% arasında dəyişir, Respublikaçılar Partiyasının reytinqi isə 2-3% -dir. Əvvəlki bütün sorğularla müqayisədə bu sorğu cavab verməkdə çətinlik çəkənlərin və ya açıq şəkildə fikirlərini bildirmək istəməyənlərin rekord sayı ilə yadda qaldı (Рейтинг Пашиняна не превышает 12% — «Грапарак» // “Armeniatoday”, 01.12.2020. URL: https://armeniatoday.news/ru/%d0%bf%d0%be%d0%bb%d0%b8%d1%82%d0%b8%d0%ba%d0%b0/205581/) Bu da onu göstərir ki, müharibədə məğlub olan Ermənistanda heç bir siyasi qüvvənin ölkəni çətin iqtisadi durumdan çıxaracağına inanmırlar.

Nəticə

Hazırda Ermənistanda hər gün müxalifət etirazlarını davam etdirsə də,baş nazir Nikol Paşinyanın istefası tələbi ilə yürüşlər keçirsə də, baş nazir istefa etməyəcəyini söyləyir․ Bu prosesin nə qədər davam edəcəyini söyləmək çətin olsa da baş nazirə qarşı olan neqativ reaksiya hər gün artır. 19 dekabrda Ermənistan Respublikasında üç günlük matəm elan ediləcək, İrəvandakı Respublika Meydanından “Yerablur”-a qədər yürüş təşkil ediləcək və digər matəm tədbirləri keçiriləcək.Hazırkı durumda xalqın etimad göstərdiyi baş nazir Nikol Paşinyan hər vəchlə hakimiyyətdə qalmağa çalışır. “Facebook”da olan neqativ reaksiyaların geniş vüsət alması və keçirilmiş ictimai rəy sorğularının nəticələri də göstərir ki, Nikol Ermənistanda arzuolunmaz personadır. Məqalədə təhlil olunmuş, müxtəlif dövrlərdə keçirilmiş 3 sorğu da ictimai rəydə müxtəlif dinamikarı özündə əks etdirir.Digər tərəfdən, N.Paşinyandan sonra Ermənistanın gələcəyinin necə olacağı ilə bağlı konkret yol xəritəsi olmadığı üçün baş nazirin hakimiyyəti qalması daha da uzanır. Müxalifətin irəli sürdüyü 74 yaşlı Vazqen Manukyan-ın Ermənistanda siyasi olimpə qalxacağı da inandırıcı görünmür.

İlyas Hüseynov

STM-in baş məsləhətçisi

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar