Çərşənbə axşamı, 16 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Paşinyanı parodiya edən aktyor: “Təbii alınması üçün çox çalışırdım” - Foto

“Yolda görəndə “Paşinyan gəldi, Paşinyan gəldi” deyirlər. Qorxurdum ki, məni buna görə vurarlar”.

Bu sözləri Lent.az-a hamının Paşinyan kimi tanıdığı aktyor Anar Almazov deyib.

- Anar bəy, öncə özünüzü bizə tanıdın.

- Uşaqlıqdan kino sahəsinə marağım olub. Çoxlu filmlərə baxırdım. Universitetə qəbul olunandan sonra kino sahəsinə yönəldim. Əvvəlcə “Zaman” teatrında aktyor kimi işləməyə başladım. Yavaş-yavaş filmlərdə ikinci rejissor kimi çalışdım. İndi də həm aktyor, həm də rejissor kimi işləyirəm.

- Müharibə dövründə Paşinyan obrazı ilə gündəmə gəldiniz. Bunun tarixçəsi nədir? Necə oldu belə bir addım atdınız?

- Mən 15 ildir “Azərbaycanfilm” kinostudiyasında çalışıram. Bir gün çəkiliş qrupumuzda olan iş yoldaşım üzüm tüklü vəziyyətdə şəklimi çəkdi.
Bir də gördüm həmin oğlan Paşinyanla şəklimi yan-yana birləşdirib atıb mənə. Özüm də hiss elədim ki, çox oxşayırıq. Amma dedim paylaşmayın. Elə oldu ki, bu şəkil yayıldı. Həmin vaxt mən “Komedixana”da rejissor işləyirdim.

Mənim şəklimi ssenarist Ənvər Abbasov gördü. Aparıb Murad Dadaşova göstərib, deyib ki, Paşinyan obrazını canlandırıb, yumoristik çəkilişlər edək.

Müharibə dövründə hər həftə efirə bu tip videoları çəkib verdik. Onu da deyim ki, həmin şəkil 2010-cu ildə çəkilib.

- Bəs, bu addımı insanlar necə qarşıladılar?

- Düzünü desəm, mən bu obrazı canlandırmaq istəmirdim. O vaxt Məlik Dadaşov da “Fəryad” filmində erməni yaraqlı obrazı canlandırmışdı. Özü danışırdı ki, tamaşaçılar yaxşı qarşılamayıb. Deyirdi ki, yolda gedəndə biri qapaz vurur, biri söyürdü.

Mən də buna görə istəmirdim. Amma əksi oldu. Yenidən “Fəryad” filmi çəkildi. Mən o obrazı canlandırdım. Bu videolarımı erməni saytları da paylaşmışdı.

- Yolda sizi görəndə necə reaksiya verirlər? Heç “qapaz” vuran olub?

- Yolda görəndə pis reaksiya vermirlər. “Paşinyan gəldi, Paşinyan gəldi” qışqırırlar. Uşaqlar, böyüklər hamısı yaxınlaşıb şəkil çəkdirirlər.

İnsanların müsbət qarşılamasının səbəbi də Paşinyanı lağa qoymağımızdı. Videolarda onu alçaldırdıq. Ona görə də insanlara, necə deyərlər, ləzzət elədi.

- Paşinyan obrazı ilə bağlı başqa təkliflər almısınız?

-Hə, çox olub. İkinci dəfə “Fəryad” filmi çəkiləndə orada canlandırdım. Sonra bir internet kanalı var idi, oradan təklif elədilər. Belə çox olub. Çalışmışam ki, “Paşinyan” obrazı ilə gündəmdə olmayım. İstəmirəm ki, onunla reklam olum.

- Anar bəy, çəkilişlərə necə hazırlaşırdınız?

- Paşinyanın bütün çıxışlarını izləyirdim. Hakimiyyətə necə gəlib, mitinqlərdə, dövlət tədbirlərində necə hərəkət edir hamısına fikir verirdim. Təbii alınması üçün çox çalışırdım. Paşinyanın hərəkətlərini özümünküləşdirirdim.

Elə olurdu ki, çəkiliş qrupumuzda uşaqlar bir səhnəni neçə dəfə canlandırmağımı istəyirdilər. Çünki çox gülürdülər. Elə indi də dostlar arasında güldürmək üçün canlandırıram. Amma çəkilişdəki kimi gülməli olmur.

pia.az


Etiket:


Digərxəbərlər

Ağdamın icra başçısının mədəni halı: Vaqif Həsənov daha bir şəhid bacısını edib... - Video

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Biabırçı videosu yayılan FHN polkovniki ilə bağlı generaldan açıqlama

İcra başçısının nümayəndəsinin həbsi ilə bağlı yeni detallar - Foto

Şəmkir və Neftçalada vəzifəli şəxslərə cinayət işi açılıb - bir nəfər həbs edilib

13-cü mərtəbədən yıxılaraq ölən uşağın atası həbs edildi - Rəsmi

İran Cənubi Qafqazda Ermənistan üçün Rusiyanı əvəz edə bilərmi?..

Kəmaləddin Heydərovun işdən çıxardığı generala gömrükdə yüksək vəzifə verildi

Rüstəm Usubovun Avropaya viza istəyinə “yox” cavabı gəldi

Bakıda atalığının dəfələrlə təcavüz etdiyi qız canına qəsd etmək istədi - Təfərrüat

Həmkarı ilə ömrü boyu danışmadı, plastik əməliyyat vaxtı öldü, həkimi stresdən dünyasını dəyişdi - Foto

Özünü erməni dövlətçiliyinin “qurucu babası” sayan ABŞ prezidenti – Vaşinqtonun tükənməyən erməni sevgisi...

"Liderlər əsl kişi xarakteri nümayiş etdirirlər və təslim olmurlar" - Putin

Ən çox oxunanalar