Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan uddu. Bəs Rusiya?

Taha Dağlı
Haber7.com, Türkiyə
 
Türkiyənin Haber7.com saytında “Paşinyan uddu. Bəs Rusiyanın uduzduğunu demək olarmı?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi Haber7.com-un yazarı Taha Dağlıdır. Novator.az saytı məqaləni Azərbaycan türkcəsinə çevirərək təqdim edir.
İyunun 20-si Ermənistanda keçirilən parlament seçkisində Nikol Paşinyan qələbə qazandı. Bu seçkinin nə ilə nəticələnməsinin Ermənistanla yanaşı Rusiya, ABŞ, Azərbaycan və Türkiyəyə də birbaşa aidiyyəti var.

Nikol Paşinyan 2018-ci ildə Qərbin dəstəyi ilə baş nazir olmuşdu. Onun legitimliyinə şübhələr də vardı.

Ermənistanın Qarabağdakı məğlubiyyəti Qərbin dəstəklədiyi Paşinyanla Rusiyapərəst erməni müxalifəti arasında qarşıdurmaya gətirdi.

Vəziyyət o həddə çatdı ki, Rusiyanın dəstəklədiyi Ermənistan ordusu Paşinyanı devirməyə cəhd göstərdi.

Paşinyan bu böhrandan öz xeyrinə yararlana bildi və növbədənkənar seçki keçirilməsinə qərar verdi.

20 iyun seçkisini bir növ Qərblə Rusiya arasında mübarizənin təzahürü də saymaq olar. Çünki bu, ABŞ-ın dəstəklədiyi Paşinyanla Rusiyanın dəstəklədiyi Köçəryanın qarşı-qarşıya durduğu bir seçki idi.

Udan Paşinyan, uduzan Rusiya oldu.

Moskva Qarabağ müharibəsində istədiyini əldə etmişdi. Əsgərlərini sülhməramlı adı altında Qarabağa yığmışdı.

Ancaq Rusiya bütün Ermənistana hökmranlıq etmək iddiasındadır və onun qarşısında Paşinyanın timsalında bir maneə vardı. Son seçkinin nəticəsi bu maneənin hələ bir müddət qalacağını göstərdi.

Rusiya bu bölgəyə öz həyətyanı sahəsi kimi baxır. O, son 30 ildə Ermənistan-Azərbaycan münaqişəsini demək olar müstəqil idarə edib. Bu status-kvo müəyyən şəkildə pozuldu.

Rusiya işğaldan azad olunan Qarabağ bölgəsində “sülhməramlı” qüvvələrini yerləşdirməklə mümkün itkilərin qarşısını aldı.

Ancaq Paşinyanın rəhbərlik etdiyi Ermənistan Rusiya üçün onun tam nəzarət edə biləcəyi bir məkan deyil.

Paşinyan hakimiyyətinin davam etməsi xüsusilə ABŞ faktoru səbəbindən Rusiyanın Ermənistanda hərəkət imkanlarını məhdudlaşdıra bilər.

Məsələn, Zəngəzur dəhlizi.

Rusiya neçə vaxtdır Zəngəzur dəhlizinin vacib nöqtəsi sayılan Sünik bölgəsində hərbi baza qurmağa çalışır.

Bu baza üçün ən böyük maneə Paşinyandır. Çünki ABŞ həmin dəhlizdə Rusiyanın daimi hərbi varlığına qarşıdır.

Paşinyanın seçkidəki qələbəsini ABŞ prezidenti Cozef Baydenin göstərdiyi təsirlə də əlaqələndirmək olar.

Baydenin 24 apreldə səsləndirdiyi “soyqırımı” böhtanı Paşinyanın Qarabağdakı məğlubiyyətdən sonra itirdiyi nüfuzunu sanki kompensasiya etdi.

Rusiya İkinci Qarabağ müharibəsində bitərəf mövqe tutaraq Paşinyanı cəzalandırmaq yolunu seçdi. Əlbəttə, Rusiya həm də Azərbaycan və Türkiyə ilə birbaşa qarşıdurmaya getmək istəmirdi.

Ancaq bir məsələ gün kimi aydındır: Qarabağ müharibəsində Ermənistana Paşinyan yox, Köçəryan rəhbərlik etsəydi, ruslar hər şeyə rəğmən daha çox səs-küy qoparardılar.

Paşinyan kimi bir fiqurun Türkiyə və Azərbaycana çox böyük ziyanı olacağını demək mümkün deyil.

Düşmən kimi baxanda Paşinyan zəif və asan məğlub edilə biləsi rəqibdir. Ona görə Paşinyan hakimiyyətinin davam etməsi Azərbaycandan ötrü mənfi hadisə deyil.

Əksinə, Rusiyanın dəstəklədiyi Robert Köçəryanın qalib gəlməsi Qarabağa yeni hücum cəhdlərinə səbəb ola bilərdi.

Ermənistanda son seçkinin nəticəsi bu ölkədə parçalanmalara yaxşıca təkan verə bilər. Paşinyan öz qələbəsini elan edib, amma rəqibi Köçəryan seçkinin nəticəsini tanımır.

Yerevanda ötən ilin sentyabrından hökm sürən gərginlik daha da arta bilər. Bu durum Ermənistanda eynən Qarabağ məğlubiyyətindən sonrakı günlərdə olduğu kimi kütlələrin küçələrə tökülüşməsinə də gətirib çıxara bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar