Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan: “Türk agenti olsaydım, Meğrini Azərbaycana verərdim”

“Utanacaq bir şeyimiz yoxdur”.

Bunu Ermənistan baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, müxalifləri onu və hökumətini şeytanpərəstlikdə belə ittiham edirlər. “Ancaq bu ittihamların böyük əksəriyyəti ilə heç bir əlaqəmiz yoxdur. Utanacaq bir şeyimiz yoxdur. Əslində, bu müharibənin qarşısını almaq mümkün deyildi. Əsas olan müharibə deyil, məhz bu müharibənin nəticələridir. Bu, hər şeyi dağıdan zəlzələ idi. Zəlzələ zamanı bir bina çökəndə insanlar deyirlər: sement “yeyilib”, armatur yaxşı deyildi. Müharibə vəziyyəti ilə bağlı da eyni şeyi deyə bilərik. Yenidən “eks”ləri günahlandırma kimi səslənməsini istəmirəm. Biz sabiqləri ittiham etmirik, onlar bizi ittiham edirlər”.

Baş nazir Levon Ter-Petrosyanın ünvanına tənqidlər səsləndirib. “Onun fikri belədir: Qarabağı tamamilə Azərbaycana təslim etməli və bununla da bu mövzunu qapatmalıyıq. Vaxtilə Aleksandropol və Batumi müqaviləsini imzalayan siyasi qüvvə bu gün bizi xəyanətdə günahlandırır. Niyə onlara xain demirsiniz? Çünki onlar sizin partiyadandır?!”

Nikol Paşinyan vurğulayıb ki, Ermənistan dövlətinin binasının inşası zamanı sementin, armaturların oğurlanıb və zəlzələ nəticəsində binanın təkanlara tab gətirə bilmədiyi aydınlaşıb “2018-ci ildə hakimiyyətə gələndə, Silahlı Qüvvələrdən başlayaraq bu binanı gücləndirmək üçün hərəkətə keçdik. Bu gün keçmiş hakimiyyət nümayəndələrindən heç birinin bizi ittiham etmək üçün nə mənəvi, nə də siyasi haqqı var”.

Daha sonra baş nazir Robert Köçəryanı xəyanətdə ittiham edib. “Köçəryan deyir ki, ölkənin baş naziri Türkiyənin agentidir. Mən də deyirəm: Türk agenti olsaydım, Təhlükəsizlik Şurasının iclasını çağırıb deyərdim ki, Meğrini təhvil verək”.

Bu gün Qarabağ ətrafında danışıqlar prosesi haqqında danışırlar, 1999-cu ildə Təhlükəsizlik Şurasının iclasından sonra və 27 oktyabrda İstanbulda Avropada Təhlükəsizlik Xartiyasını imzalayanlar Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə biləcəyinə razılaşıblar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar