Cümə axşamı, 05 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Paşinyan söz verdi: “Seçkidən sonra bütün müxalifləri asfaltın üstündə yatıracağam”

Paşinyan dünən axşam İrəvanda yürüş keçirib və aksiyanın sonunda söz verib ki, bu seçkidə də qalib gələcək və müxaliflərini asfaltda yatmağa məcbur edəcək.

Ovqat.com-un məlumatına görə, yürüşdə Ermənistanın siyasi elitası da iştirak edib.

Ermənistan parlamentini sədri Ararat Mirzoyan, vitse-spiker Alen Simonyan, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin müvəqqəti rəhbəri Suren Papikyan, Ekologiya naziri səlahiyyətlərini icra edən Romanos Petrosyan, iş adamı Xaçatur Sukiasyan və Paşinyanın qızı və oğlu da Paşinyanla eyni cərgədə irəliləyiblər.

Paşinyan əlindəki diktofonla təkcə tərəfdarlarına yox, həmçinin əleyhdarlarına səslənməyi yaddan çıxarmayıb. "Bu gün seçici qarşıdurması yaratmaqla siyasi hakimiyyətə gələcəyini düşünənlərin gələcəyi yoxdur. Hər kəsi xəbərdar edirəm: hamınızı səliqə ilə qarşımızdakı asfaltımızın üstünə yatıracağam. Bu gündən etibarən həmin düzülüşə hazır olmaq üçün məşq edin”, - Paşinyan belə deyib.

Qey edək ki, asfaltda yatmaq burada məcazi mənadadır və ötən qış aylarında müxalifətin keçirdiyi aksiyada gecələr asfalt üstündə yatmalarını nəzərdə tutur.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Qüdrət Qurbanov və Həbib Həsənov da yola salınır - Bu vəzifəlilər onları əvəzlədi

İdarə rəisi anasının yasına gəlməyənləri işdən çıxarır? – Şok iddia

Daha bir deputat karantin qaydalarını kobud şəkildə pozdu - Qızına 300 nəfərlik toy edən Novruzəli Aslanov cəzalanacaqmı?

Eldəniz Səlimovun həbsi atasından gizlədilir - Müəmma

Bu il Məhərrəm ayında yeniliklə üzləşəcəyik - Toy olacaq

Azərbaycan mətbuatının daha bir ayıbı - Türkiyədəki media təmsilçilərimiz nə işlə məşğuldurlar?

Arayik Sərsəng və Suqovuşanda SES tikmək istəyir: Bakı niyə susur?

Etibar Məmmədov: "Eldəniz Səlimov Milli Məclisdə özünü elə tərbiyəli aparırdı ki.."

Həbs edilən deputat vergi işçisini də döyübmüş

“Xankəndini tərk edirsən və dəli olursan, hər yerdə Azərbaycan bayraqlarıdır”

“Eldəniz Səlimovun o maddə ilə həbsi qanunsuzdur” - Tanınmış vəkil

Ən çox oxunanalar