Bazar ertəsi, 26 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+20 ° Quba
+19 ° Qusar
+25 ° Gəncə
+25 ° Lənkəran
+29 ° Naxçıvan
+25 ° Salyan
+23 ° Şəki
En

“Paşinyan Rusiyadan dəstək, Qərbdən isə maliyyə almaq istəyir” - Musabəyov

“Nikol Paşinyan çalışacaq ki, daim Qərbdən dəstək qazansın. Məncə, riyakarlıq edəcək. Moskvada bir cür, Qərb ölkələrində başqa cür danışacaq. Onun siyasətinin mahiyyəti Rusiyanın dəstəyini itirmədən Qərblə əməkdaşlıq etməkdir. Özü bilir ki, Rusiyanın dəstəyi olmadan heç nəyə nail ola bilməz”.

Bunu Milli Məclisin deputatı Rasim Musabəyov Ermənistanda parlament seçkilərində qalib gələn Nikol Paşinyanın Rusiya və Qərb arasında menevr imkanlarını şərh edərkən deyib.

Deputat hesab edir ki, hazırda Ermənistanın maliyyə baxımından yeganə ümid yeri Qərb ölkələri və institutlarıdır.

Onun sözlərinə görə, Paşinyan yalnız Qərbdən maliyyə dəstəyi ala bilər: “Seçkidən əvvəl Nikol Paşinyan Fransa və Belçikaya səfər etmişdi. Orada da zarıyırdı. Açıq deyirdi ki, Mixail Saakaşviliyə 2008-ci ildən sonra görün nə qədər maliyyə ayırmışdınız, bizə ancaq “molades” deyirsiniz, əlinizi cibinizə salmırsınız. Bütün bu zarıldamaqlara baxmayaraq inanmıram ki, Paşinyan Ermənistana geniş maliyyə cəlb edə bilsin. Bu işdə onun dəstək alacağı görünmür”.

Rasim Musabəyov əlavə edib ki, əgər Paşinyan Qərbdən maliyyə dəstəyi ala bilməsə, deməli vəziyyəti gərgin olacaq: “Əlbəttə, ona asan olmayacaq. Ancaq Paşinyan sübut etdi ki, təsadüfi biri deyil, çox üzlü adamdır və asanlıqla hakimiyyəti verməz”. (Teleqraf)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Prezidentin xüsusi tapşırıqlar üzrə səfiri “manıs” çıxdı

“Rusiya Ermənistana deyir ki, başlayın atəş açmağa” - Deputat

Paşinyanın Tavuş bölgəsinə müəmmalı səfəri – Qazaxın kəndləri geri qaytarılır?..

İcra başçısının əməli etiraza səbəb oldu – Video

“Azərbaycana göstərdik ki, dişimiz yoxdur: Bu, Qarabağın sonu olacaq”

Xudayarın müharibədə oxuduğu daha bir mahnısı tapıldı - Video

Bunu edənləri 500 manata qədər cərimə gözləyir

Qalib Prezident və xəyanətkar komanda: yumruğu stola vurmaq zamanadır!

Vicdanın nə olduğunu bilməyən Şeyxdən nə gözləyirik ki

“Şeyxülislamın məqsədinin nə olduğunu anlamaq olmur” - Elşad Miri

Ən çox oxunanalar