Bazar ertəsi, 29 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Paşazadənin yerinə Ocaq Nejatın sürücüsü olmuş şəxsin adı hallanır... - Sensasion açıqlama

“İndi Azərbaycanda istənilən şiədən soruşsanız, dini rəhbəri kimi Qafqaz Müsəlmanları İdarəsinin sədrinin adını çəkməyəcək”.

PİA.az xəbər verir ki, bunu ilahiyyatçı Elşad Miri bildirib.

İllahiyyatçı Tehranın Azərbaycandakı dini mövqeyinə toxunaraq, İranın din adamlarının Azərbaycanda xarici ölkənin təmsilçiləri kimi deyil, yerli din xadimləri kimi qəbul edilmələrinə diqqət çəkib:

Özünü şiə adlandıran azərbaycanlı “İranın dini lideri” ifadəsini işlətmir, “dini rəhbər”, “ağamız” deyir.

Nə sünni, nə də şiəyəyəm, müsəlmanam, Allah bizi belə adlandırıb. Sünnilik və şiəlik sonradan ortaya atılmış siyasi məsələlərdir. Şiəlik anlayışını elə formalaşdırıblar ki, hansısa ayətullah mərceyi-təqlid olaraq qəbul edilməlidir. Ayətullahın sözü daha önəmli olur. Guya həmin ayətullah Allahın yer üzündəki nümayəndəsidir, həmin nümayəndənin sözü də din olaraq qəbul olunur. İndi Azərbaycanda istənilən şiədən soruşsanız, dini rəhbəri kimi Qafqaz Müsəlmanları İdarəsinin sədrinin adını çəkməyəcək”.

E.Miri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin İranla bağlı mövqeyinə də münasibət bildirib:

“Allahşükür Paşazadə görür ki, hakimiyyətin gözündən düşüb. Qafqaz Müsəlmanları İdarəsinin Qafqaza heç bir aidiyyatı yoxdur, özümüzü güldürməyək... Sadəcə, şou göstərirlər. İranla bağlı mövqelərində sanki Xarici İşlər Nazirliyinin diplomatdırlar. İranın yetişdirdiyi kadrlardır. O, Şuşa kimi bir yerdə dini liderin nümayəndəsini başa keçirərək namaz qılırsa, suallar ortaya çıxır. O, niyə başa keçməli idi? İndiyə kimi harada idilər? İran Qarabağı niyə Azərbaycan torpağı deyil, İslam torpağı adlandırırdı? O, (Allahşükür Paşazadəni nəzərdə tutur- red) Amuliyə yazılı şəkildə cavab verir. Bunu açıq şəkildə, efir vasitəsilə etmək olmazdımı? İndi də onun yerinə kimlərinsə adı hallanır. İranın ali dini liderinin Azərbaycandakı nümayəndəsi Ocaq Nejatın vaxtilə sürücüsü olmuş şəxsin, hazırda QMİ sədrinin nümayəndəsinin qurumun sədri olacağı deyilir. Pafosla alim, hacı kimi təqdim etdilər...”.

pia.az 

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - Yenilənib, Video

Daxili Qoşunların Füzulidə minaya düşmüş hərbçilərinin adları bəlli oldu - Yenilənib, Video

Naxçıvandan qarmaqarışıq xəbərlər... - Muxtar Respublikanın rəhbərliyi bütün varidatını “zorən hərraca” çıxarıb?

Kiçik övladları olan valideynlərə xəbərdarlıq: Baş nazir qərar verdi - Video

Ərdoğan İƏT ölkələrini  Azərbaycanın yanında olmağa çağırıb

Prezident İlham Əliyev İranın dövlət başçısı ilə görüşüb - Yenilənib

Ərdoğan: "Zəngəzur dəhlizinin önəmi böyükdür" - Yenilənib

Bakıda məşhur restoranda kütləvi dava - Polis 20 nəfəri saxlayıb...

Gözlənilməyən qətlin qurbanının edam tarixçəsi- Əhməd Əhmədovun məhkəmə fotoları

“Yuventus” klubu rəhbərliyin istintaqa cəlb olunduğunu təsdiqləyib

Tərəf müqabili ilə sevgi yaşayan, iki dəfə intihara cəhd edən Xalq artisti...

Ermənistanın KTMT fiaskosu – təşkilat üzvləri Qarabağı Azərbaycan ərazisi kimi qəbul edir

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay