Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşa Talıblı: "İlahi, küləkdən ölür adamlar..."

Başımın ağası...

...öz başmağımdadı beş barmağım da!
...əynimdə yad əynin çuxası yoxdu.
...öz əlim, öz başım-mənimki budu!
Başımın bir özgə ağası yoxdu...

...biri tökə bilməz başımdan suyu,
başıma biri od ələyə bilməz.
...özüm öz başımın ağasıyam mən!
Bir kimsə ağalıq eləyə bilməz.

Bir başdı- gah olur daşa döyürəm,
bir başdı- gah üstdə əsirəm elə!
Quruca bir başın ağasıyam mən,
quru ağa kimi gəzirəm elə!

...öz başmağımdadı beş barmağım da!
...əynimdə yad əynin çuxası yoxdu.
...özüm öz başımın ağasıyam mən!
Başımın bir özgə ağası yoxdu...


Əlqərəz...

...hərdən bizə də bir baş çək!
Elə küsəyən incidi...
...bizə də bir baş çək, cəllad!
...kəndin-kəsəyin içidi.

Deməsinlər, nə qapıdı!
Eh, hamı həyatda acmı?
...yadı yox yadına düşsün!
Heç gəlib cəllad da açmır...

...bizə də bir baş çək, cəllad,
mey bilib də başına çək!
...bir başıpapaqlı yoxdu,
qılıncını daşına çək!

Hər gecə yuxuma girir...
Gör dərddən haram ağırdı!
...mən çıxdım qapı görmədi
cəllad, sən hara baxırdın?


Onda oxu vardı...

Yenə kitabstanda kitab doğulur...
...qəzavü-qədərin bir adı tabdı!
...onda oxu vardı, kitablar vardı!
Hər şey yarı, özü yarı kitabdı...

Bu yerdə neyləsin yazıq cəllad da?!
İtmişdi yaddaşı, yadı yoxuydu!
...bircə torpaq vardı-alın qoymağa
göy üzünün belə adı yoxuydu!

Eh, onda hardaydı dost gəmiləri?
...bədənə günahlar əkilməmişdi!
...günəş ərimirdi indiki kimi,
İsa da çarmıxa çəkilməmişdi!

kitab daşınırdı qəflə-qatırnan!..
..onda əynimizə əzablar dardı!
...onda nələr vardı nələr yoxdusa
onda oxu vardı, kitablar vardı!


Canımın cəllad ağrısı...

...bu günüm günlərdən biri
yoxsa dünənə yasımdı?
...bir yanda mənəm- tək-tənha,
bir yanda alın yazımdı!

...canım da düzən-düzəngah
bu dağı aşmaq xeyrinə.
...cəllad can seyrinə çıxır,
başmaqçı başmaq seyrinə.

...süsən-sünbül tərəflərdə
yaz gülü əkilmiş kimi!
...canımın cəllad ağrısı
çarmıxa çəkilmiş kimi!

...demirdin qəflə-qatırdı?
...xeyiri yəhərlə, yavrum!
...yenə xeyirli uğurlar,
xeyirli səhərlər, yavrum!


Səmt küləkləri...

...yüz səmtə küləklər əsirdi onda
biri də yanımdan keçə bilmədi.
...uzaqdan əsirdi, gendən əsirdi!
...yağışlar bir zaman məndən yağırdı,
küləklər bir zaman məndən əsirdi!

...dünyanın küləkli oynuna düşdüm,
səmt umdum, yelkənli dor ağacından.
...başsız küləklərdən alan olmadı,
qurtaran olmadı dar ağacından!

...bəlkə axşamları külək aparır,
qayıdıb səhəri külək gətirir.
...indi çox səfərə küləklər gedir,
indi çox xəbəri külək gətirir!

...ölüm də sevgitək ürəkdən olur!
İlahi, ürəkdən ölür adamlar...
...İlahi, ürəkdən əsir küləklər,
İlahi, küləkdən ölür adamlar.

...sonumuz məzardı-kəfən qarışıq
son torpağa çəkir, son ağa çəkir.
...dağın o üzündən qalxan küləklər
dağın bu üzünü sınağa çəkir.

...Arazın suyuyla öpüş vaxtının,
Araz qırağında örüş vaxtının,
...bəlkə də Allahla görüş vaxtının
yelinə uçurlar səmt küləkləri.


Bir sənsizlik yeddi rəngdə...

...ya unudulmuş mirasdan
ya da yağan soyuq qardan-
bir sənsizlik yeddi rəngdə,
bu qədər sənsizlik hardan?

...bir az sarıdan gələndi,
bir az yaşıldan qalandı.
...gözəl doğrudu sənsizlik,
sənsizlik gözəl yalandı!

Bir sənsizlik yeddi rəngdə...
Yoxsa hamısı alıdı?
...sənsizlik cümlədə felin
bilmirəm hansı halıdı!

Hər şeyi bir cəmləyən var,
bir bölən: ona..onsuza!
...sənlə bir yerdə təkiydim,
mən sənsizlikdə sonsuzam.


***

Aşıq Abbasın sazı...

...dünya bir qızıl üzükdü,
qaşı Abbasın sazıdı.
...dünyada nə qədər saz var,
başı Abbasın sazıdı.

...dartır içimdən qoparır,
çəkir göylərə aparır.
...havaları-durna qatarı,
döşü Abbasın sazıdı!

...qədim yol kimi keçilən,
səsi səslərdən seçilən.
...köynəyi qara biçilən
Aşıq Abbasın sazıdı.

Paşa Talıblı
Azərbaycan Yazıçılar Birliyinin üzvü

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar