Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Partiyalar üçün yeni qanun... - Siyasətdə nə dəyişəcək?

Bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclis sədrinə müraciət ediblər...

Fazil Mustafa: “Yeni qanun layihəsinə Böyük Quruluş Partiyası öz təkliflərini verib”.

Hafiz Hacıyev: ““Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə Müasir Müsavat Partiyası artıq öz təkliflərini irəli sürüb”.

Azər Qasımov: “Partiya sədri hörmətli Qüdrət Həsənquliyev bu barədə müzakirələr zamanı partiyanın adından təklifləri bəyan edəcək, buna dair öz fikirlərini açıqlayacaq”.

Məhəmməd Əsədullazadə: “Düşünmürəm ki, “Siyasi partiyalar haqqında” yeni qanunda hər hansı bir mürtəce qanun qəbul olunacaq. İlk növbədə yeni qanun partiyaların inkişafına yönəlməlidir”.

İqbal Ağazadə: “Ümid Partiyasının təkliflərinin yeni qanunda yer alacağına inanmıram”.

Milli Məclis “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanır. Belə ki, məlumata əsasən Azərbaycan Respublikası Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclis sədrinə müraciət ediblər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanmasının zəruriliyi vurğulanır.

Milli Məclisin sədri Sahibə Qafarova artıq yeni qanun layihəsinin hazırlanması haqqında müvafiq tapşırıqlar verib və sənədin hazırlanması üzrə işə başlanılıb.

Qeyd edək ki, hazırda dövlət qeydiyyatında olan 58 siyasi partiyanın fəaliyyəti 1992-ci il iyunun 3-də qəbul edilmiş qanunla tənzimlənir. Qanuna görə, siyasi partiya vətəndaşların ölkənin siyasi həyatında, vətəndaşların siyasi iradəsinin formalaşdırılmasında və ifadə olunmasında iştirak etmək niyyəti ilə yaradılmış qeyri-kommersiya hüquqi şəxsidir. Siyasi partiyanın qeydə alınması üçün ən azı 1000 vətəndaşı onun üzvü olmalıdır.

Azərbaycan ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.

Silahlı Qüvvələrsiyasi partiyaların yaradılması və fəaliyyəti qadağandır.

PİA.az-ın əməkdaşı yeni qanunla bağlı partiyaların fikirlərini və təkliflərini öyrənməyə çalışıb. Buna görə də əməkdaşımız bir neçə partiyaya müraciət edib.

Fazil Mustafa: “Təkliflərimizdə partiyaların sayının artırılması, seçkidə iştirak etməyən partiyaların qeydiyyat işinə baxılması və başqa məsələlər öz əksini tapıb”.

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə tanış deyiləm. Amma yeni qanun layihəsinə Böyük Quruluş Partiyası öz təkliflərini verib. Bununla bağlı Milli Məclisin sədri Sahibə xanıma məktub yazmışıq. Məktubunda yeni qanun layihəsində hansı müddəların olmasının faydalı olduğunu bildirmişik.

Təkliflərimizdə partiyaların sayının artırılması, seçkidə iştirak etməyən partiyaların qeydiyyat işinə baxılması və başqa məsələlər öz əksini tapıb”.

Hafiz Hacıyev: “Düşünürəm ki, partiyamızın irəli sürdüyü təkliflər nəzərə alınacaq”.

“Bəli, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin müzakirə olunacağını bilirəm. Amma layihədə konkret olaraq hansı müddəların yer alacağını bilmirəm. Yeni qanun layihəsinə Müasir Müsavat Partiyası artıq öz təkliflərini irəli sürüb. Düşünürəm ki, partiyamızın irəli sürdüyü təkliflər nəzərə alınacaq. Bu barədə hörmətli parlament sədri Sahibə xanıma məktub yazmışıq”.

Azər Qasımov: “Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Milli Məclisdə təmsil olunan partiya kimi yeni qanuna öz təkliflərini verəcəyi şübhəsizdir”.

“Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Azərbaycan dövlətinin qəbul etdiyi və etməyi planlaşdırdığı prinsipial əhəmiyyət kəsb edən bütün məsələlərdə hər zaman öz təklif və iradları ilə çıxış edib. Hal-hazırda Milli Məclisdə müzakirəsi aparılan “Siyasi partiyalar haqqında" qanun layihəsində də Milli Məclisdə təmsil olunan partiya kimi öz təkliflərini verəcəyi şübhəsizdir.

Partiya sədri hörmətli Qüdrət Həsənquliyev bu barədə müzakirələr zamanı partiyanın adından təklifləri bəyan edəcək, buna dair öz fikirlərini açıqlayacaq. Bu baxımdan da partiya rəhbərinin çıxışını gözləmək lazımdır”.

Məhəmməd Əsədullazadə: “Düşünürük ki, Milli Cəbhə Partiyasının təklifləri mütləq şəkildə qanun layihəsinə salınacaq”.

Milli Məclisdə partiyalar haqqında yeni qanunun qəbulu yeni siyasi nizama uyğun həyata keçirilməlidir. Artıq yeni reallıqlar ortaya çıxıb. Düşünürəm ki, “Siyasi partiyalar haqqında” yeni qanunda mütləq şəkildə dəyişikliklər olmalıdır. Milli Cəbhə Partiyası da daimi bu məsələni gündəmə gətirib.

Əlbəttə, Milli Cəbhə Partiyası olaraq bizim də yeni qanuna öz təkliflərimiz var. Təkliflərimizi tolpum şəkildə parlamentə təqdim edəcəyik. Düşünürük ki, Milli Cəbhə Partiyasının təklifləri mütləq şəkildə qanun layihəsinə salınacaq.

Mən düşünmürəm ki, “Siyasi partiyalar haqqında” yeni qanunda hər hansı bir mürtəce qanun qəbul olunacaq. İlk növbədə yeni qanun partiyaların inkişafına yönəlməlidir. İcra hakimiyyətlərindən partiyalara yer verilməlidir, eynulla zamanda rəqabətli seçki keçirilməklə bələdiyyələrdə də, digər dövlət strukturlarında da partiyalara yer verilməlidir. Həmçinin partiyaların maliyyələşməsinə də müəyyən dərəcədə yardım olmalıdır. Düşünürük ki, siyasi partiyaların qeydiyyat məsələsi bir qədər çətinləşdirilməlidir.

Milli Cəbhə Partiyası olaraq biz yeni qanuna dəstək veririk. Mütləq şəkildə siyasi partiyalar haqqında yeni qanun qəbul edilməlidir. Həmin qanun layihəsi də bütün siyasi partiyaların maraqlarına cavab verməlidir. Partiyaların inkişafının qarşısı alınmamalıdır”.

İqbal Ağazadə: “Yeni qanun layihəsinə Ümid Partiyasının heç bir təklifləri olmayacaq”.

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin qəbul olunacağından xəbərim var. Amma yeni qanun layihəsinə Ümid Partiyasının heç bir təklifləri olmayacaq. Çünki bizim verdiyimiz təkliflərin yeni qanunda yer alacağına inanmıram”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar