Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Parlamentdə, Nazirlər Kabinetində anası, nənəsi erməni olanlardan qrup düzəltmək və İrəvana göndərmək lazımdır”

Ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəndən sonra məcbur olub Azərbaycan qanunlarına da əməl edəcəklər...

“Vaxtilə Azərbaycan 1990-cı illərdə “xalq diplomatiyası”ndan istifadə edib. Ziyalılardan, yarım ermənilərdən istifadə edərək ermənilərlə danışıqlara gedirdik. Bilirsiniz ki, Bakının özündə 30 min erməni var. Onların uşaqlarının da çoxu vəzifələrdədir. Kimlərin anası erməni idisə, o vaxt Prezident Aparatı siyahı çıxartdı, hamısını Xankəndinə göndərdi. İndi də həmin variantdan istifadə etmək olar. Məlumdur ki, həm parlamentdə, həm də Nazirlər Kabinetində anası, nənəsi erməni olanlar var. Onlardan bir qrup düzəltmək lazımdır. Çünki əsl həqiqəti onlar gedib danışacaqlar ki, ermənilərə Bakıda necə yanaşırlar”.

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

O bildirib ki, əslində ermənilərə inanmır: “Amma mediada bu şəkildə anti-erməni təbliğatı başlasa, Brüssel görüşünün nəticəsi kimi sülh sazişi imzalanana qədər onlar bundan bizə qarşı istifadə edəcəklər. Onsuz da biz tolerant xalqıq. Ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəndən sonra məcbur olub Azərbaycan qanunlarına da əməl edəcəklər”.

Politoloq əminliklə deyib ki, imkan yaranarsa, təyyarə ilə İrəvana gedər:

“Danışıqlar vaxtı İrəvana da getmişəm, Kaynavana da. Heç bir təhlükə yoxdur. İndi də təyyarəyə minib gedərəm. Əgər İrəvana danışıqlara getməyə ehtiyac varsa, Birinci Qarabağ müharibəsinin iştirakçısı, bu məsələnin içində olan adam kimi, həm də ermənilərlə danışmaq üçün böyük məmnuniyyətlə İrəvana gedərəm. Niyə də getməyəm? İrəvan da Azərbaycan torpağıdır, guya ermənilərindir ki? 1875-ci ilə qədər İrəvanı idarə edənlərin hamısı türk olub. Ermənilər bunu gizlədə bilmir. Bir şey qalmayıb daha. 4 ildən sonra, oktyabrın 1-də İrəvanın ruslar tərəfindən işğalının 200 ili tamam olur. Allahın izni ilə o vaxta qədər hər halda biz gedərik. Dövlət üçün hər şeyə getmək lazımdır. Uzağı bizi öldürəcəklər, öldürsünlər. Şəhidlərimizdən artıq deyilik ki. Bu, Azərbaycan dövlətinə çox müsbət imic gətirər. Böyük məmnuniyyətlə iştirak edərəm”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar