Bazar ertəsi, 08 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Parklar ölkəsi – Azərbaycan

Dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizin bütün güşələrində və xüsusi olaraq paytaxtımız Bakı şəhərində yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. Bu Azərbaycanın parklar ölkəsi olduğunu bir daha sübut edir. Artıq Bakı şəhərində 300-ə yaxın park, bağ və istirahət məkanları vardır və yeni parkların salınması, mövcud olanlarında isə əsaslı təmir-yenidənqurma prossesi davam edir.

Paytaxtımıza xüsusi gözəllik verən parklardan biri “Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkıdır. 11,2 hektar ərazisi olan parkda paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının səmərəli istirahəti üçün hər cür şərait yaradılıb. Bir vaxtlar “Luna Park” adı ilə məşhur olan parkda əsaslı yenidənqurmaya zərurət yaranmışdı. Bu məsələ Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli Sərəncamı ilə həllini tapdı və 2021-ci il dekabrın 30-da park istifadəyə verildi.

Qeyd edilməlidir ki, 1922-ci ildə salınmış parkın şəhərin estetik görünüşünə uyğunlaşdırılması məqsədilə onun ərazisində əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib, süni göl yaradılıb, amfiteatr və 1938-ci ildən mövcud olan yay kinoteatrı yenidən qurulub, iki fəvvarə kompleksi və müasir tipli işıqlandırma sistemi yaradılıb. Parkda müasir söhbətgahlar, müxtəlif ölçülü oturacaqlar, idman qurğuları quraşdırılıb, uşaq əyləncə kompleksi yaradılıb. Parkın ərazisində yaşıllaşdırma işləri görülüb, minlərlə ağac-kol və dekorativ bəzək bitkiləri əkilib.

Axşam saatlarında, istirahət günlərində parka gələn sakinlərin sayı daha da artır. İnsanlar ailə üzvləri, yaxınları ilə parkdakı istirahət guşələrinə toplaşır, pikniklər təşkil edirlər. Bu da vətəndaşlarımızda yeni istirahət mədəniyyəti formalaşdırır.

Bakı şəhərinə gözəllik verən daha bir məkan Xətai rayonu ərazisində 43 hektar ərazidə yeni yaradılan “Gənclik” parkıdır. Bir zamanlar baxımsız ərazi olan bu məkan indi indi tam yeni görkəm alıb. Ərazi yenidən qurularaq Azərbaycanın meşə tipli füsunkar parklarından birinə çevrilib.

Parkda şəhər sakinlərinin və qonaqların istirahəti üçün müxtəlif infrastruktur yaradılıb. Burada 300 minədək ağac əkilib, yaşıllıqlar salınıb. Bir sözlə, sakinlər və qonaqların parkda asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait vardır.

Yeni istirahət məkanında həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri yaradılıb, attraksion quraşdırılıb. Həmçinin fiziki məhdudiyyətli şəxslər üçün idman və əyləncə sahəsi yaradılıb. Burada qurulmuş "Ürəklər" kompozisiyası isə paytaxtımıza, təbiətimizə, insanlarımıza olan sevgini tərənnüm edir.

Parkda bağlı və açıq futbol meydançaları inşa olunub, ziyarətçilər üçün piknik məntəqələri də vardır. Qaçış üçün cığırlar, eləcə də velosiped yolları parkın idmansevərlərin də ən çox üz tutduqları məkana çevrib.

Beləliklə, yeni parklar paytaxtda aparılan abadlıq-quruculuq işlərinə mühüm töhfə verərək həm də şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin mühüm tərkib hissəsidir.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

Ərzaq və taxıl bahalaşır... - KTN-nin bu sahədə yürütdüyü siyasət qənaətbəxşdir?

Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri... - Fotolar

Populyar xəbərlər

Bakıda sürücülər etiraz aksiyası keçirdi - Video

Sabiq icra başçısının villaları, maşınları və fermaları...

DTX-dan əməliyyat - “Broker” Əbülfəz Məlikovun həbs edilməsi təsdiqləndi

Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri... - Fotolar

Yol polisi Səfər Mehdiyevi saxladı: "Sən nə həyasız adamsan?" - Video

Daha bir erməni Azərbaycan Prezidentinə müraciət etdi - Video

Azərbaycanda son sutkada 469 nəfər koronavirusa yoluxub

Həmid Herisçi: “Nöqsanı televiziyalarda yox, reytinq şirkətlərində axtarmalıyıq”

Ən çox oxunanalar