Bazar, 02 Oktyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Park Naftalan”a basqın: Polis bu hadisəni araşdırmaq istəmir... - Video

“Park-Naftalan” Müalicə Mərkəzinə bir neçə şəxs tərəfindən basqın olub və polis bu basqın hadisəsini araşdırmaq istəmir...

PİA.az xəbər verir ki, “Park-Naftalan” Müalicə Mərkəzinin direktoru Hatəm Əli oğlu Qocayev baş prokuror Kamran Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova mürciət edərək rəhbəri olduğu mərkəzə edilmiş basqınla bağlı tədbir görülməsini xahiş edib. Surəti Goranboy prokuroru Kamran Məmmədova ünvanlanmış müraciətdə Hatəm Qocayev qeyd edir ki 19.09.2022-ci il tarixdə bir qrup şəxs direktoru olduğu “Park-Naftalan” Müalicə Mərkəzinə məxsus olan sanatoriyanın binasına basqın edib:

“Hörmətli səlahiyyət sahibləri.

Basqın edənlər zor gücünə əmlakımızı talayaraq quldurluq cinayəti törədiblər. Belə ki, saat 07:20 radələrində 4 (dörd) nəfər şəxs zorla qeydiyyat şöbəsinə daxil olaraq qeydiyyatçıların üzərinə təhkim olunan 1 ədəd kompyuteri və əməkdaşlardan birinin ofisində olan 2 ədəd kompyuter və bir sıra avadanlıqları götürərək işçilərimin əmək funksiyalarını icra etmələrinə qəsdən maneçilik törətdilər. Hazırda işçi heyəti vəzifə səlahiyyətlərini icra edə bilmirlər.

Baş verənlər sanatoriyada olan qonaqların həyat və sağlamlıqları baxımından ciddi narahatlığına səbəb olub. Hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə dəfələrlə müraciətlərimiz nəticəsində Naftalan Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəldilər. Lakin həmin şəxslərin əməllərinin qarşısını almaq üçün heç bir tədbir görülmədi. Polis əməkdaşlarının bu cür laqeyd rəftarı bizi çox təəccübləndirdi.

Polis əməkdaşları hansı maraqlara əsaslanaraq cinayətkarlar qarşısında hərəkətsiz qala bilərlər? Azərbaycan Respublikasının 181.1-ci maddəsinə əsasən, quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 181.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hörmətli cənablar!

Yuxarıda göstərilən halla bağlı polis əməkdaşlarının laqeydliyini nəzərə alaraq işlə bağlı prosessual nəzarəti dərhal üzərinizə götürərək cinayətkarlarla bağlı tədbir görülməsi ilə bağlı göstəriş verməyinizi sizdən xahiş edirik”.

pia.az




Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

İranlı din xadiminin qızının toy görüntüləri gündəm oldu - Video

Paşinyan NATO hərbçilərini Azərbaycanla sərhədə gətirir - Təhlükəli oyun

“Dövlətdən oğurlayıb, küçə insanlarına ev alırlar” - Partiya sədri 

"Özünüzü artistliyə vurmayın, yığışdırın yalançı sevgilərinizi"

Rəhim Rəhimli xəstəxana xərclərini ödəyə bilmirmiş...

Zaqatalada tarixi şəxsiyyətlərin adı ilə bağlı biabırçılıq- Fotofakt

Kadırov Krasnıy Limandakı uğursuzluğa görə generalı sərt tənqid edib

Alla Puqaçovanın Rusiyaya qayıtmasının səbəbi məlum oldu

Van Dammın azərbaycanlı gəlinindən qayınanasına təbrik - Foto

İlham Əliyev Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimdə iştirak edib - Yenilənib + Foto

Kremlin planı - Azərbaycan və Ermənistan üçün nələr hazırlanır?

Ən çox oxunanalar