Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Parisdə 500 minə yaxın insan pensiya islahatına qarşı etiraz aksiyası keçirir

Fransa planlaşdırılan pensiya islahatlarından narazılıqlarını ifadə etmək məqsədilə yüzminlərlə insan ölkə paytaxtı Parisin küçələrinə çıxıb...

“Report” xəbər verir ki, bu barədə Fransa KİV-i “Ümumi Əmək Konfederasiyası” (CGT) həmkarlar ittifaqına istinadən məlumat yayıb.

CGT-nin hesablamalarına görə, nümayişçilərin sayı 500 min nəfərə çatır. Bu, islahat əleyhinə ilk kütləvi etirazların keçirildiyi yanvarın 19-u ilə müqayisədə 100 min nəfər çoxdur.

Fransa mətbuatının məlumatına görə, nümayişlər əsasən dinc xarakter daşıyır. Buna baxmayaraq, etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında müəyyən toqquşmalar olduğu da bildirilir.

BFMTV telekanalının məlumatına görə, Parisdə etiraz aksiyaları zamanı 6 nəfər saxlanılıb.

Qeyd edək ki, Fransanın digər böyük şəhərlərində də minlərlə insanın iştirakı ilə nümayişlər keçirilir. Həmkarlar ittifaqlarının məlumatına görə, Nantda 65 min, Lionda 45 mindən çox, Bordoda isə təxminən 70 min insan küçələrə axışıb.

pia.az


Etiket: Fransa


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar