Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pandemiyanın dünya demoqrafiyasına təsirləri - İnsanlar üçün problem virusdur, yoxsa sərt karantin?..

Hazırda koronavirus dünya demoqrafiyasına digər xəstəliklərdən daha çox təsir edirmi və qapanmalar olmasaydı, daha fərqli və daha qorxunc bir mənzərə ilə üzləşə bilərdikmi?..

Sosioloq: “Əminliklə deyə bilərəm ki, insanların vəziyyətini məhz sərt karantin və qapanmalar vəziyyəti daha da pisləşdirdi. Bunu etməyən ölkələrdə vəziyyətin daha yaxşı olması buna konkret sübutdur”.

“Pandemiya dünyada əhali artımına, demografik vəziyyətə ciddi təsir edir”.

Bu sözləri sosioloq Elçin Bayramlı pandemiyanın dünya demoqrafiyasına təsirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Pandemiya elan olunandan sonra bilirik ki, dünya səviyyəsində qapanmalara gedildi və bu qapanmalar çox az ölkələr istisna olmaqla müxtəlif səviyyələrdə hələ də davam edir. Təbii ki, dünyadakı bir çox insan üçün karantinlə bağlı məhdudlaşdırılma müddətinin ən çətin mərhələsi evə qapanmalar oldu. Uzun müddət özünütəcrid bir sıra mənfi nəticələri də bərabərində gətirdi.

Dünya üzrə demoqrafik statistikaya nəzər saldıqda görürük ki, 2020-ci ildə əhalinin sayının azalması ölkələr üzrə fərqlidir. Belə ki, koronavirus təsirlərinin yan keçmədiyi Rusiyada əhali 510 min nəfər azalıb. “Forbes”nəşrindəki məlumata görə isə Yeni Zelandiya, Almaniya, Tayvan və Norveçdə pandemiya dövründə ölümlərin sayı nisbətən daha azdır. Maraqlıdır ki, virusun ilk dəfə qeydə alındığı və sürətlə yayıldığı Çində də ölüm sayı nisbəti az olub. Hazırda isə bu nəhəng ölkədə demək olar ki, yoluxma qeydə alınmır.

Pandemiyanın dünya demoqrafiyasına təsiri barədə nə demək mümkündür? Hazırda koronavirus dünya demoqrafiyasına digər xəstəliklərdən daha çox təsir edirmi və qapanmalar olmasaydı, daha fərqli və daha qorxunc bir mənzərə ilə üzləşə bilərdikmi?

Mövzunu PİA.az-ın əməkdaşı “Altay” Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Dünyanın ən sıx əhalisinin olduğuı - milyard yarımdan çox insanın yaşadığı və əsasən də gigiyenik qaydalara riayət olunmayan - bir ölkədə gündəlik yoluxma niyə ya heç olmur, ya da bir-iki yoluxma qeydə alınır? Bu sualın cavabını bilən varmı?”.

Epidemiya vaxtlarında yeganə tədbir qorunma vasitələrindən istifadə və immunitetin yüksəldilməsinin olduğunu düşünən sosioloq PİA.aza-a bildirib ki, heç bir ölkədə bu əsas şeyi təmin etmirlər:

“Pandemiya dünyada əhali artımına, demografik vəziyyətə ciddi təsir edir. Əvvəla qlobal qorxu terrorundan ürəyi xəstə olanların bir çoxu öldü. İkincisi, tez-tez modifikasiya edilən bu laboratoriya virusu, immuniteti çox zəif olanların və xroniki xəstəlikləri olanların da bir çoxunun ölümünə səbəb oldu. Üçüncüsü, əksər ailələr belə bir qorxulu və gələcəyin qeyri-müəyyən olduğu vəziyyətdə dünyaya yeni uşaq gətirməkdən çəkindilər. Dördüncüsü, iqtisadi və sosial vəziyyətin ağırlaşması da ailələri buna məcbur etdi. Beşincisi, dünyanı başına götürmüş və ardı-arası kəsilməyən təbii fəlakətlər, ekoloji çirklənmə, süni və öldürücü qidalar insanların daha tez və sürətlə ölməsinə səbəb olur.

Virusa yoluxmanın dünya demoqrafiyasına birbaşa təsirinə gəldikdə isə, koronavirus adlanan bu “virus-bəla” öldürücülük gücünə və miqyasına görə digər xəstəliklər və viruslar sıralamasındakı ilk 100-lüyə belə düşmür. Artıq çox sayda ölkələrdə minlərlə fakt ortaya çıxıb ki, ölüm sayı sünidir, başqa xəstəliklərdən ölənləri Covid diaqnozu ilə qeydə alırlar.

Elçin Bayramlı: “Artıq çox sayda ölkələrdə minlərlə fakt ortaya çıxıb ki, ölüm sayı sünidir, başqa xəstəliklərdən ölənləri Covid diaqnozu ilə qeydə alırlar”.

Əminliklə deyə bilərəm ki, insanların vəziyyətini məhz sərt karantin və qapanmalar vəziyyəti daha da pisləşdirdi. Bunu etməyən ölkələrdə vəziyyətin daha yaxşı olması buna konkret sübutdur. Adi bir misal, Belarus bu günə qədər heç bir qapanmaya getməyib. Kim deyə bilər ki, Belarusda yoluxma və ölüm sayı digər ölkələrdən yuxarıdır. Əksinə, bu göstərici aşağıdır. Nəzərə almaq lazımdır ki, Belarusda preziden seçkilərindən sonra yüz minlərlə insanın toplaşdığı etiraz aksiyaları keçirildi və bu aksiyalar bir neçə ay davam elədi.

Niyə heç kim sual eləmir ki, virusun yayıldığı ölkə olan Çində niyə yoluxma yoxdu? Dünyanın ən sıx əhalisinin olduğu - milyard yarımdan çox insanın yaşadığı və əsasən də gigiyenik qaydalara riayət olunmayan - bir ölkədə gündəlik yoluxma niyə ya heç olmur, ya da bir-iki yoluxma qeydə alınır? Bu sualın cavabını bilən varmı? Misal üçün Avropa İttifaqının liderləri bu sualın cavabını bilirlərmi?

Epidemiya vaxtlarında yeganə tədbir qorunma vasitələrindən istifadə və immunitetin yüksəldilməsi ola bilər. Lakin heç bir ölkədə bu əsas şeyi təmin etmirlər. Yəni maskalar pulsuz paylanmalı, televiziyalar insanları qorxudub öldürmək əvəzinə, gecə gündüz immunitetin necə gücləndirlməsini izah etməli idi. Bütün dünyada isə bunun əksi baş verdi. Kütləvi şəkildə insanlarda qorxu və vahimə yaradıldı. Ümumdünya səviyyəsində yaradılan bu qorxu və vahimənin yaratdığı iqtisadi, psixoloji və sosial ziyanları isə ölçüyə gəlməz səviyyədədir. Yəni insanlığa, o cümlədən dünya demoqrafiyasına dəyən böyük ziyan pandemiyadan deyil, məhz əssasız və gərəksiz qapanmalardandır. Yəqin ki, bir zamandan sonra dünya güclərinin hansı səbəbdən bu sınaqları həyata keçirmələri haqqında müəyyən bir məlumatlar ortaya çıxacaq. Əslində bu məlumatlar bu gün də ortalıqdadır. Sadəcə hazırda bu informasiyaların təsdiqlənməsi problemi yaşanmaqdadır.

Elçin Bayramlı: “Xarici ölkələrdəki məlumatlardan aydın görünür ki, vaksin olunanlar arasında yoluxma və ölüm halı daha çoxdur və vaksin olunan şəxslər virusun gizli daşıyıcıları olaraq daha böyük təhlükə yaradırlar”.

İnsanlara zorla vaksin adı ilə naməlum tərkibli maye vurmaqla bu iş düzələn deyil. Əvvəla, vaksin hələ hazır deyil, 3-4 ilə hazır olacaq. Elmi tələblərə görə, 3-cü və 4-cü fazaları keçməyən məhlul vaksin sayılmır. İkincisi, xarici ölkələrdəki məlumatlardan aydın görünür ki, vaksin olunanlar arasında yoluxma və ölüm halı daha çoxdur və vaksin olunan şəxslər virusun gizli daşıyıcıları olaraq daha böyük təhlükə yaradırlar.

Sadəcə, insanların immunitetini yüksəltmək lazımdır, ölkələr bunun üçün çalışmalıdırlar. Çünki immuniteti yüksək olanlar bu virusu rahatca keçirib sağalır. Orqanizmin özünün bütün xəstəliklərdən və viruslardan müdafiə sistemi var. Bu sistemə kömək etmək kifayətdir, hazırda isə insanlar bu sistemi daha da zəiflətmək üçün əllərindən gələni edirlər. Yaşlı və xroniki xəstəlikləri olanların isə maksimum qorunmasını təmin etmək lazımdır. Onlara maska, spirt kimi qoruyucu vasitələr pulsuz paylanmalıdır.

İmmun sistemin gücləndirilməsi üçün çalışmaq yerinə isə böyük dövlətlər vaksin bazarında monopoliaya sahib olmaq üçün mübarizə aparırlar. Kiçik dövlətlər isə onların etdiklərini təkrarlamaq üçün canfəşanlıq edirlər. Güya bununla öz xalqlarının sağlamlığını qoruyurlar”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Ən çox oxunanalar