Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pandemiya turizm sektorunu “vurdu": Ölkəyə gələnlərin sayı 4 dəfə azalıb

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu ilin birinci rübündə də ölkəmizə gələn turistlərin sayında azalma davam edib. Belə ki, həmin müddətdə Azərbaycan 117,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə az xarici gəlib. Səfər edənlərin çoxu, əsasən, qeyri-turizm məqsədilə ölkəmizə gəliblər.

Rəsmi statistikaya görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-mart aylarında Gürcüstandan gələnlərin sayı 11,9 dəfə, Türkmənistandan 8,9 dəfə, Qazaxıstandan 7,7 dəfə, Özbəkistandan 5,2 dəfə, Rusiya Federasiyasından 4,1 dəfə, Ukraynadan 3,7 dəfə, Böyük Britaniyadan 3,6 dəfə, Belarusdan 2,1 dəfə, Türkiyədən 1,9 dəfə, İrandan 1,6 dəfə azalıb”.

Bunu Milli Məclis deputatı, iqtisadçı-alim Vüqar Bayramov deyib. O qeyd edib ki, COVİD- 19 pandemiyasının aktiv olduğu dövrdə ölkəmizə gələn turistlərin sayının azalması gözlənilən idi:

“Bununla belə, yeni turizm mövsümünün başlanmasına az zaman qaldığını nəzərə alsaq, ölkəyə səfərlərlə bağlı sərt qaydaların dəyişdirilməsinə ehtiyac var. Belə ki, əgər icazə verilən meyarlara uyğun gəlməyən əcnəbinin müddətli koronavirus (COVID-19) neqativ PSR-testi nəticəsi varsa da belə, ölkəmizə daxil ola bilməz. Halbuki test nəticələri neqativ olan əcnəblilərin potensial virus yayıcısı riski ciddi şəkildə aşağıdır. Buna görə də bu şəxslərin səfərləri epidemioloji baxımdan hər hansı ciddi təhlükə yaratmır.

Xatırladaq ki, mövcud qaydalara əsasən, ölkəyə yalnız bizdə akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar